FƏQƏRƏA ARASI DİSK YIRTIĞI ƏMƏLİYYATI İCBARİ TİBBİ SIĞORTA İLƏ QARŞILANIR

Fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir
Diskektomiya – sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılmasıdır. Fəqərəarası disklər amortizator rolunu oynayır və onurğanın hərəkətliliyini təmin edir. Travma və ya degenerativ dəyişikliklər səbəbindən diskin yerdəyişməsi və ya qabarması baş verir ki, bu da onurğa beynindən çıxan sinirlərin sıxılmasına gətirib çıxarır. Sinirin sıxılması da öz növbəsində ağrı, keyimə, əzələ zəifliyi, hərəkət funksiyalarının və disk yırtığının yerləşməsindən asılı olaraq digər funksiyaların pozulmasına səbəb olur.
Güclü ağrıya və ətrafların funksiyalarının pozulmasına səbəb olan, konservativ müalicəyə (məsələn, dərman və ya fizioterapiya) cavab verməyən disk yırtığı diskektomiya əməliyyatı üçün göstəriş sayılır.
Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır. Disk hissəvi və ya tam Fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir
Diskektomiya – sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılmasıdır. Fəqərəarası disklər amortizator rolunu oynayır və onurğanın hərəkətliliyini təmin edir. Travma və ya degenerativ dəyişikliklər səbəbindən diskin yerdəyişməsi və ya qabarması baş verir ki, bu da onurğa beynindən çıxan sinirlərin sıxılmasına gətirib çıxarır. Sinirin sıxılması da öz növbəsində ağrı, keyimə, əzələ zəifliyi, hərəkət funksiyalarının və disk yırtığının yerləşməsindən asılı olaraq digər funksiyaların pozulmasına səbəb olur.
Güclü ağrıya və ətrafların funksiyalarının pozulmasına səbəb olan, konservativ müalicəyə (məsələn, dərman və ya fizioterapiya) cavab verməyən disk yırtığı diskektomiya əməliyyatı üçün göstəriş sayılır.
Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.
Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsizdir.
Qeyd edək ki, ixtisaslı həkim tərəfindən əməliyyat təyin edilməmişdən öncə konservativ müalicə üsulu tövsiyə olunur. Bunlardan biri də icbari tibbi sığorta ilə qarşılanan fizioterapiya xidmətidir.
Onu da bildirək ki, oturaq həyat tərzi, zədə və travmalar, fiziki yüklənmə, artıq çəki, genetik faktorlar fəqərəarası disk yırtığının yaranmasına səbəb ola bilər. Buna görə, disk yırtığının əməliyyat sonrası yenidən yaranmaması üçün qeyd olunan risk amilləri nəzərə alınmalı, həkimin tövsiyələrinə riayət olunmalıdır.

 

Facebook Comments