Cinsi həyat. Seksual həyat.

Cinsi həyat hər kəsin həyatında məsuliyyətli addımdır. Bu addımı atmazdan əvvəl ona hazır olmaq və onun verəcəyi nəticələr haqqında düşünmək gərəkdir. Cinsi həyatın başlanması sosial, mədəni və religioz tradisiyalar, ailə vəziyyəti, ətrafdakılarla ünsiyyət dərəcəsindən asılıdır.

Doğrudur, yeniyetmələr cinsi həyata çox böyük maraq göstərirlər, ancaq hamı cinsi həyatın erkən başlanmasının tərəfdarı deyildir. Bəzi yeniyetmələr yoldaş və ya dostların təsiri altında cinsi həyata başlayırlar. Ancaq, erkən cinsi əlaqələr yeniyetmə üçün emosional gərginlik və onun reproduktiv sağlamlığına qorxu törədir. Cinsi həyatın erkən başlanması və tez-tez cinsi partnyorların dəyişilməsi xronik iltihabi xəstəliklərə, immunodefısit sindromuna, cinsi infeksiyalar, sonsuzluğa düçar olmasına gətirib çıxara bilər. Onu da qeyd edək ki, yeniyetmə və ya gənc qız və ya oğlan intim yaxınlığını və ya cinsi əlaqədə olmağı istəmirsə, yox deməyi bacarmalıdır.

Məlumdur ki, qızlarda cinsi inkişaf oğlanlardan 1-2 il əvvəl başa çatır. Ancaq, qızlar cinsi həyata, adətən oğlanlardan gec başlayırlar. Onu da qeyd edək ki, müasir dövrdə gənc nəslin cinsi həyat, cinsi həyata başlamaq vaxtı, evlənməyə qədər mümkünlüklər haqqında fıkirlər xeyli dəyişilmişdir.

Gənc şəxsin seksual davranışının formalaşmasında onun yaşadığı ailə böyük rol oynayır. Valideynlər həmişə yeniyetmənin yaxınlığında, yanında olmalı və ona həmişə həyan durmalı, onu başa düşüb, qurtuluş yolunu göstərməlidirlər. Aralanmaq, uşaqlaşmaq, münasibətləri soyutmaq, konfliktlərə, mübahisələrə yol vermək gərək deyildir. Bir sözlə, hətta çətin və mürəkkəb anlarda belə yeniyetməni emosional olaraq dəstəkləmək və hadisələrin normal inkişafına çalışmaq məsləhətdir. Mahiyyətcə yeniyetmə böyüklərin və qohumların, xüsusilə valideynlərin rasional təcrübəsindən adaptiv istifadə edə bilmək şəraitinə malik olmalıdır.

Valideynlər bilməlidirlər ki, uşağın cinsi tərbiyəsi doğulduğu gündən başlamalıdır; sonuncu ümumi tərbiyənin tərkib hissəsidir. Uşağın düzgün seksual tərbiyəsi üçün valideynlərin öz uşaqlığı, gəncliyi, seksuallığı, görüşləri, münasibətləri, sevgisi, evlənib ailə qurması haqqında obyektiv, doğru şəkildə uşağın yaşına uyğun olaraq danışmaq məsləhətdir. Qadın və kişi arasında intim əlaqələr ayıb sayılmır və seksuallıq haqqında danışıqları sevgi, məhəbbat, incəlik, zəriflik, əmin-amanlıq, qarşılıqlı hörmət, müsbət emosiyalarla əlaqəli şəkildə, xeyirxahlıq fonunda aparmaq vacibdir.

Yeniyetmədə şəxsi seksuallığa qarşı təbii, müsbət, hörmətli, sağlam həyat tərzli münasibət yaranmalıdır.

Qeyd etmək lazımdır ki, insan cəmiyyətində seksuallıqla əlaqədar olan iki anlayış-erotika və pornoqrafıya mövcuddur.

Mənbə:
Seksologiya və seksopatologiya kitabı. Bakı. 2017-ci il nəşriyyatı.


Andrologiya
Urologiya-andrologiya
Seksologiya və seksopatologiya kitabı.
Seksologiya və andrologiya barədə videolar-Wikimed.az
Rauf Rzayev. Uroloq-androloq

Facebook Comments