ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI. Almacıq sümüklərinin sınıqlarının osteosintezi

MƏQALƏ:
Almacıq sümüklərinin sınıqlarının osteosintezi
Almacıq sümükləri üst çənənin formalaşmasında çox böyük əhəmiyyəti vardır. Çıxıntılı bir yerdə yerləşdiyi üçün travmaya məruz qalma riski çoxdur. Orbitanın inferior və lateral hissəsini əmələ gətirən almacıq sümüyü əsas sümüklə lateralda, frontal sümüklə yuxarıda, əng sümüyü ilə medial və inferiorda birləşir. Əsas sümüklə birləşdiyi yer və almacıq qövsü almacıq sümüyünün ənzəif və incə nöqtəsidir. Ən qalın qüvvətli yeri isə alın sümüyü ilə və ənglə birləşdiyi yerdir.
Almacıq qövsünün sınıqları çənənin tac çıxıntısının hərəkətlərini sıxaraq ağız açılmasına mane olurlar
Periorbital, subkonyuktival hematoma və infraorbital sinir anesteziyası almacıq qövsü sınıqlarının ən önəmli əlamətlərdəndir. İzolə zigomatik qövs sınıqlarının müalicəsi osteosintezsiz cərrahi reduksiyadan ibarətdir. Reduksiya məqsədi ilə gicgah yanaşması (Gilles) ilə və intraoral yanaşma (Keen) ilə reduksiyalar aparıla bilər. Ancaq kompleks almacıq sınıqlarında osteosintez mütləqdir.
Zugoma osteosintezində ən müasir və güvənilə bilə üsul rigid internal fiksasiyadır.
Almacıq sümüyünün kompleks sınıqları çox vaxt orbitanın dibinin sınıqları ilə rast gəlinir. Bu halda əvvələ zugoma sınığı repozisiya olunur, sonra isə orbitanın dibi repozisiya və osteosintez olunur.
Osteosintez məqsədilə birinci plak frontozugomatik sütuna yerləşdirilir. İkinci plak zugomatik arkın üstünə fiksə edilməlidir.
Üçüncü və dördüncü plaklar infraorbital kənara və zugomatikomaksilyar buttressa yerləşdirilir və bağlanır.
Sonunda orbital taban rekonstruksiya edilir. Zuqomatikomaksillar kompleks sınıqlara-Tripod sınıqlar da deyilir. Zuqomatikomaksillar kompleks sınıqlara-Tripod sınıqlarda fiksasiya 4 nöqtədən aparılır.

  1. Zuqomatikotemporal.

  2. Zuqomatikofrontal.

  3. Zuqomatikosfenoid.

  4. Zuqomatikomaksillar.

İşin əsas məqsədi, zuqomatikomaksillar kompleksin strukturunun və orbitanın divarlarının anatomik reduksiyası və bərpasıdır. Orbitanın bayır divarının dəqiq reduksiyası üçün əsas və almacıq sümüklərinin xətt üzrə düzgün yerləşməsinə nail olmaq lazımdır. Anatomik orientir nöqteyi nəzərcə əməliyyatın taktika və texnologiyası olduqca çətinlik yaradır.

Plastinkaların bağlanması ümumi prinsipi əsas tutaraq əvvəlcə hərəkətli sümük fraqmenti olan hissə, yəni açar adlandırılan faqmentə 1 ədəd vida plastinka ilə sümük sınığının ən yaxın hissəsinə bağlanılır, daha sonra hərəkətsiz hissəyə 1 ədəd vida ilə plastinka sümüyə sıxılaraq yaxınlaşdırılır və fiksə edilir. Daha sonra hər tərəfə ardıcıllıqla vidalar bağlanırlar. Şəkildə hərəkətli sümük sınığı kimi almacıq sümüyünün kombinəolunmuş sınığı göstərilmişdir. 1-ci zugomatikofrontal sütun üzrə 1 ədəd düz 5 dəlikli plastinka; 2-ci zugomatikotemporal sütuna 1 ədəd 7 dəlikli düz plastinka; 3-cü zugomatikomaksillyar sütuna 1ədəd 6 dəlikli orbital ya düz plastinka; 4-cü digər aşağı zugomatikomaksillyar sütuna 1ədəd Z-şəkilli plastinka ağıziçi bağlanılır. 5-ci isə orbitanın aşağı divarına orbital meş deyilən metal konsrtuksiya yerləşdirilir

Almacıq sümüyünün 3D reduksiyası, elevator, huk, vidalarla Carroll- Girard üsulu ilə repozisiyası.

MƏNBƏ:
KRANİOMAKSİLLOFASİAL TRAVMALARDA VƏ ODLU SİLAH YARALANMALARINDA (OSY) REKONSTRUKTİV VƏ KORREKTİV SÜMÜK CƏRRAHİYYƏSİ İNTERNAL FİKSASİYANIN PRİNSİPLƏRİ
(Dərs vəsaiti) – ŞAMXAL ƏSGƏR OĞLU MƏMMƏDOV.
RAUF FİZULİ OĞLU ƏZİZOV


ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI
DƏRS VƏSAİTİ –  KRANİOMAKSİLLOFASİAL TRAVMALARDA VƏ ODLU SİLAH YARALANMALARINDA (OSY) REKONSTRUKTİV VƏ KORREKTİV SÜMÜK CƏRRAHİYYƏSİ İNTERNAL FİKSASİYANIN PRİNSİPLƏRİ
(Dərs vəsaiti) – ŞAMXAL ƏSGƏR OĞLU MƏMMƏDOV.
RAUF FİZULİ OĞLU ƏZİZOV

Facebook Comments