RASIM CƏFƏRLİ ÜMUMİ CƏRRAH, TİBB ELMLƏRİ DOKTORU

İxtisas – Ümumi cərrah, Endoskopik cərrah, Kök hüceyrə transplantoloqu
Şöbə: II Cərrahi xəstəliklər kafedrası
Cəfərli Rasim Elxan oğlu 1982-ci ildə həkim ailəsində anadan olub.
1998-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb Universitetinin II-Müalicə-profilaktika fakültəsinə qəbul olub. Universitetdə təhsil aldığı müddətdə elmi işlərə böyük həvəs göstərib, tələbə elmi cəmiyyətinin fəal üzvü olub
Rasim Cəfərli Tibb elmləri doktoru, dosent,  150 məqalə, tezis, 3 səmərələşdirici təklif, 2 metodik tövsiyənin müəllifidir.
Rasim Cəfərli 1998- 2004-cü illərdə ATU-nun II Müalicə-profilaktika fakultəsində təhsil almışdır.
2004- 2007 – ATU-nun II Cərrahi xəstəliklər kafedrası, aspirantura 
Həkim Rasim Cəfərli Azərbaycanda ilk dəfə kök hüceyrə (stem cells) transplanasiyaya həsr edilmiş doktorluq disertasiyasını müdafiə etmişdir.

T.E.D. RASİM CƏFƏRLİNİN MÜALİCƏ ETDİYİ XƏSTƏLİKLƏR:
Qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəlikləri;
Qastroenteroloji xəstəliklər;
Qaraciyər;
Öd yolları;
Mədəaltı vəz;
Nazik və yoğun bağırsaq xəstəlikləri.

DOKTOR RASİM CƏFƏRLİNİN İŞ TƏCRÜBƏSİ:
2004 — hazırkı dövrə qədər — Azərbaycan Tibb Universitetinin kliniki bazası olan Akademik M. A. Topçubşov adına Elmi-Cərrahiyyə Mərkəzi, ümumi cərrah.
2004- cü ildən ATU- nun II Cərrahi xəstəliklər kafedrası

DOKTOR RASİM CƏFƏRLİNİN TƏHSİLİ:
Azərbaycan Tibb Universiteti, II müalicə-profilaktika fakultəsi (1998—2004)
Doktor Rasim Cəfərli daha sonra ali tibb təhsilini çoxsaylı ixtisasartırma kurslarında, konfrans və seminarlarda təkmilləşdirmişdir..

DOKTOR RASİM CƏFƏRLİNİN İŞTİRAK ETDİYİ KURSLAR:
Ümumi və endoskopik (laparoskopik) cərrahiyyə üzrə ixtisasartırma kursları və seminarları, Hacıtəpə Universiteti (Ankara, Türkiyə, 2007—2008);
Ümumi və endoskopik (laparoskopik) cərrahiyyə üzrə ixtisasartırma kursları və seminarları, «Humboldt-Klinikum» (Berlin, Almanya, 2010—2011);
V.K.Qusak adınaTəxirəsalınmaz və Bərpa İnstitutu (Donestk, Ukrayna,2012—2015);
Kök Hüceyrələrin Beynəlxalq Kultivasiya Mərkəzi, «Biostem», dissertant (Donetsk, Ukrayna).

RASİM CƏFƏRLİNİN İCRA ETDİYİ PROSEDURLAR:
Ümumi və laparoskopik cərrahiyyə ilə bağlı prosedurlar.

DR. RASİM CƏFƏRLİNİN ELMİ İŞ VƏ MƏQALƏLƏRİ
Qaraciyər exinokokkektomiyalarından sonra ağırlaşmaların profilaktika və müalicəsi (namizədlik dissertasiyası)
Müəllif: Tibb üzrə fəlsəfə doktoru. Rasim Cəfərli
28 elmi məqalə və tezis  (mövzu uzrə), tədqiqat 2007-ci ildə sona çatdırılıb
Rasim Cəfərli: 
Qaraciyər sirrozu və portal hipertenziyanin kompleks müalicəsində kök hüceyrələrin transplantasiyasi
(Doktorluq dissertasiyası), Tibb üzrə elmləri doktoru
36 elmi məqalə və tezis (mövzu üzrə) Tədqiqat  2015- ci ildə sona çatdırılıb
1. Autologous bone marrow mesenchymal stem cell transplantation in liver of patient with liver cirrhosis
2. Вּлּиּяּнּие тּраּнсּпּлаּнтаּцּиּи аутоּлоּ-гּичесּкּих меּзеּнхּиּмаּлּьּнּых муּлּьтּиּпо-теּнтּнּых стּвоּлоּвּых кּлетоּк на мּиּкּроּ-цּиּрּкуּлּяּцּию печеּнּи пּрּи эּксּпеּрּиּмеּн-таּлּьּноּм цּиּрּроּзе печеּнּи у кּрּыс
3. Results of applying autologous mul-tipotent mesenchymal stromal stem cells in liver cirrhosis treatment
Agayev B.A., Agayev R.M., Cəfərli R.E., Popandopulo A.G.   Cəfərli R.E. Cəfərli R.E.
International Journal of Biomedicine, USA, 2015, vol. 5(1), p. 41-43, Каּзаּнсּкּиּй Меּдּиּцּиּнсּкּиּй Жуּрּнаּл, №2, 2015, с. 198-202
Akademik Gastroenteroloji Dergisi, İstambul, 2015, p.84-91

DOKTOR RASİM CƏFƏROVA ATU-DAN VERİLƏN XASİYƏTNAMƏ
Cəfərli Rasim Elxan oğlu 2004-cü ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə müvafiq müsabiqədən keçərək əyani aspiranturaya qəbul olmuş və II-Cərrahi xəstəliklər kafedrasına  göndərilmişdir. 2007-ci ildə “Профилактика и лечение осложнений после эхинококкэктомий из печени” mövzusunda dissertasiya işini (elmi rəhbər – t.e.d., prof. R.M. Ağayev) başa çatdırmış və uğurla müdafiə etmişdir. Həmin ildən t.ü.f.d. R.E. Cəfərli kafedranın assistenti vəzifəsinə təyin edilmişdir. 2013-cü ildən kafedranın tədris hissə müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.
6 may 2013-cü il tarixində Azərbaycan Tibb Universiteti ilə  Ukraynanın Donetsk şəhərində yerləşən Təxirəsalınmaz və Bərpa İnstitutunun Beynəlxalq Kök Hüceyrələri Mərkəzi arasında Elmi-tədqiqat əməkdaşlığının aparılması məqsədilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kafedramızın assistenti, t.ü.f.d. Cəfərli Rasim Elxan oğlu “Трансплантация стволовых клеток в комплексном лечении цирроза печени и портальной гипертензии” mövzusunda tədqiqat işinə başlamışdır.
2015-ci ildə Azərbaycanda  tibb elmləri doktoru elmi dərəcəsinin alınması üçün  “Трансплантация стволовых клеток в комплексном лечении цирроза печени и портальной гипертензии” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.
2004-cü ildən bu günə qədər 6 Beynəlxalq konqresin təşkil edilməsində yaxından iştirak etmişdir.
T.ü.f.d. R.E. Cəfərli 120 elmi məqalə və tezisin, 3 səmərələşdirici təklifin, 2 metodik tövsiyənin  müəllifidir. Elmi məqalələr əsasən xarici nəşriyyatda öz əksini tapmışdır.
Tibb elmlər doktoru, dosent Cəfərli Rasim Elxan oğlu –
-ixtisas ümumi cərrah, qastroenteroloq, Kök hüceyrə transplantoloqu
İş yeri -Azərbaycan Tibb Universitetinin II-Cərrahi xəstəliklər kafedrasının dosenti
İtisasartırma kursları:
2007-ci il –Ümumi və laparoskopik cərrahiyyə, Hacetteppe Universiteti, Ankara, Türkiyə
2010-cu il – Ümumi və laparoskopik cərrahiyyə, Humboldt Clinicum, Berlin, Almaniya
2015-ci ildə Rasim Cəfərov Azərbaycanda ilk dəfə Kök hüceyrə transplantasiyasına həsr edilən fundamental tədqiqat işi aparmış (qaraciyər sirrozu və portal hipertenziyanın müalicəsində) və tibb üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
2015-ci ildə R.E.Cəfərli tibb elmləri doktoru alimlik dərəcəsinin alınması üçün  “Трансплантация стволовых клеток в комплексном лечении цирроза печени и портальной гипертензии” mövzusunda dissertasiya işini  uğurla müdafiə edib.
Rasim Cəfərlinin 2023-cü il Oktyabr ayında “Kök hüceyrələrin bioloji aspektləri və klinikada tətbiqi perspektivləri” adında monoqrafiya (Ağayev R.M., Cəfərli R.E.) çapdan çıxıb.

RASİM CƏFƏRLİNİN ÜZVÜ OLDUĞU QURUMLAR:
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən “Cərrahiyyə” üzrə Aprobasiya Şurasının Elmi katibi
Azərbaycan  Cərrahlar və Qastroenteroloqlar İctimayi Birliyi

DOKTOR RASİM CƏFƏRLİ İLƏ ƏLAQƏ:
Əlaqə telefonu: 055 – 738 -85 – 00

RASİM CƏFƏRLİNİN XARİCİ ELMİ JURNALLARDA DƏRC OLUNMUŞ MƏQALƏLƏRİ:



Facebook Comments