Androloji kitabça. Sağlam həyat bizimlə. Op.dr.Qardaşxan Mamedov. Uroloq-androloq


Bu günlərdə Uroloq-androloq, Op.dr.Qardaşxan Mamedov tərəfində “Sağlam həyat bizimlə” adlı Androloji kitabça çap olunaraq oxucuların ixtiyarına verilmişdir.
Olduqca sadə dildə yazılmış kitabça əsasən qeyri-ixtisas sahibləri, əsasən sadə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Öz sağlamlığı ilə maraqlanan bütün yaş kateqoriyalarından olan kişilər üçün bu kitabça əla maarifləndirici məlumat mənbəyi ola bilər.
Doktor Qardaşxan Mamedovun müəllifi olduğu kitabçada aşağıdakı məlumatlar hamının anlaya biləcəyi tərzdə yer almışdır:
Sonsuzluq. Sonsuzluq barədə ümumi məlumatlar. Kişilərdə aparılan müayinələrin məqsədi.
Sonsuzluq zamanı kişilərin müayinəsində fiziki müayinə. O cümlədən, sperma analizi, endokrin(hormonal) müayinə, ültrasəs(USM) müayinə, genetik qiymətləndirmə, sidikdə spermanın yoxlanması barədə bilgilər var.
Həmçinin kişilərdə sonsuzluğun səbəbləri, kişilərdə sonsuzluğun müalicəsi barədə öyrənə bilərsiz.
Sonsuzluğun müalicəsində medikamentoz(dərmanla) müalicə və cərrahi müalicə barədə məlumat verilir. Cərrahi müalicə barədə danışılarkən varikoselektomiya, vaso-vasostomiya, epidimo-vazostomiya barədə məlumat verilməklə yanaşı köməkçi vasitələrlə mayalanma üsulları haqda bilgilər də yer almışdır.
Kişilərdə sonsuzluqda süni mayalanmada nailiyyətə təsir edən yeni üsullar: Genetik testlər nədir?
Kimlər testdən keçməlidirlər? Tıxanma olan və spermada spermatozoid olmayan kişilər, spermatozoid əskikliyi olan və ya miqdarı çox az olan kişilərdə genetik pozuntular, xromosom qiymətləndirməsi, süni mayalanmadadan əvvəl və o əsnada genetik qiymətləndirmənin əhəmiyyəti nədir? Bunlar barədə də öyrənə bilərsiz.
Testosteron əskikliyi. Yaşlanmaq təbiidir. Yaşlı hiss etmək isə yox.
Kişidə yaş artdıqca “Andropoz” olaraq bildiyimiz, testosteron səviyyəsində azalma ilə bağlı yaranan “Yaşlanan kişilərdə gec başlayan hipoqanadizm” sindromu ortaya çıxır.
Cinsi istəkdə azalma və sərtləşmə keyfiyyətində azalma
Bədəndə yağlanma, piylənmənin artması,\
Bədən tüklərində azalma
Əzələ kütləsində və əzələ gücündə azalma
Bunlar kişiləri narahat edən problemlərdəndir.
Kitabçada testosteronun kişi cinsi üçün əhəmiyyəti barədə məlumat da maraq doğurur.
Kişilərin cinsi performansında ciddi narahatçılıqlardan biri olan Erkən boşalma barədə bütün suallara cavab verilir. İzah olunur ki, erkən boşalma daimi deyil, bəzi vaxtlarda olarsa bu bir problem təşkil edərmi? Bu nə zaman problemə çevrilir?
Erkən boşalma demək üçün hansı hallar baş verməlidir, yəni nə qədər erkən olarsa erkən boşalma kimi qəbul edilir? Bu haqda da məlumatlar var.
Bildirilir ki, erkən boşalmada 3 hal mövcuddur. Beynəlxalq cinsi tibb cəmiyyəti erkən boşalmanı belə ifadə edir:
“Şəxsdə gərginlik, qayğı və ya məyusluq, demək olar ki, hamısında və ya tamamilə bütün hallarda boşalmanı gecikdirməmək və əlaqənin ilk dəqiqəsində, eləcə də cinsi əlaqə başlamadan əvvəl boşalma halıdır”
Erkən boşalma problemi üçün cinsi tərəfdaşlar nələr edə bilər?
Erkən boşalma müalicə olunmazsa nə baş verə bilər?
Müalicə metodları hansılardır? Bu və digər mühüm suallara cavab verilir kitabçada.
Kitabçada Erektil disfunksiya, cinsi zəiflik və ya sərtləşmə problemi olanlar da gərəkli bilgilər ala bilir. Bu mövzuda kişiləri ən çox narahat edən sualların cavabı verilib.
Kişilərin ağır cinsi zəiflik hallarında həlli yollarından biri olan Penis protezi barədə də suallarınıza cavab var.
Kitabçada eyni zamanda kişilərin ən vacib orqanlarından biri olan prostat vəzi barədə sullara cavablar da öz əksini tapıb. Prostat vəzi iltihabı, prostat vəzinin adenoması, böyüməsinin müalicəsi necə aparılır?
TUR əməliyyatı nədir? Necə aparılır? Bu suallara da cavablar yazılıb.
Cinsi yolla keçən xəstəliklər əsasən gənc, başqa sözlə seksual cəhətdən aktiv olan cütlüklərin problemidir. İnfeksiyalar barədə aydın dillə yazılmış bütün informasiyalar var kitabçada.
Kitabçada infeksiyaların diaqnostikası və müalicəsi ilə yanaşı profilaktik tədbirlər və qorunma yolları barədə də bilgilər yer almaqdadır.
wikimed.az – Azərbaycan Tibb Ensiklopediyası


Uroloq-androloq. Op.Dr.Qardaşxan Mamedov – wikimed.az
Andrologiya barədə ensiklopedik bilgi
Urologiya-andrologiya

Facebook Comments