ZƏRRAF ŞİRİNOV TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR, ÜMUMİ CƏRRAH

Zərraf Şirinov — tibb elmləri doktoru, professor. Akademik M.A.Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsi baş elmi işçi.

DOKTOR ZƏRRAF ŞİRİNOVUN HƏYAT FƏALİYYƏTİ:
Zərraf Şirinov 1962-ci ildə Kəlbəcər rayonunun Kilisə kəndində doğulub. 1983-ci ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakultəsinə qəbul olub və elə həmin fakultəni 1989-cu ildə fərqlənmə diplomu ilə bitirib.
Zərraf Şirinov fərqlənmə ilə ali təhsili bitirdiyi üçün həmin ildə internanı bitirməmiş birbaşa yeni yaranmış Elmi Tədqiqat Qastroenterologiya İnstitutuna klinik ordinator kimi işə götürülüb.
Zərraf Şirinov 2 illik kliniki ordinatura dövründə həmin illərdə qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi üzrə ixtisaslaşma kursu keçib. Bundan sonra həmin klinikanın qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi şöbəsində kiçik elmi işçi kimi işləyib.
1997-ci ildə doktor Zərraf Şirinov “Çapıq-xora mənşəli piloroduodenal  stenozlar zamanı mədə rezeksiyası və vaqotomiya”  mövzusunda namizədlik dissertasiyasını müadfiə edib və tibb elmləri namizədi elmi adını alıb.
2000-ci ildə həmin şöbəyə müdir təyin edilib.
2005-ci ildə Moskvada Zərraf Şirinov Xalqlar Dostluğu Universitetində “Xora xəstəliklərinə görə əməliyyat olunmuş mədənin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2008-cı ildə isə Azərbaycan Resbublikası Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri doktoru elmi adı təqdim edilib.
170-dən artıq çap edilmiş elmi məqalələri var.
Üç monoqrafiyanın müəllifidir. Rusiya Federasiyası Patent İdarəsi tərəfindən səmərələşdirici işinə görə 3 patent alıb. Onun namizədlik və doktorluq işi mədə və onikibarmaq bağırsağın xorasının cərrahiyyəsi mövzusundadır.
Zərraf Şirinov 14 il Akademik M.A.Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsinin müdiri olmuşdur.
Bu müddət ərzində doktor Zərraf Şirinov 2500-dən artıq qeyd olunan cərrahiyyə sferasında əməliyyatlar icra edib.
Öd kisəsində aparılan həm açıq, həm də laporaskopik əməliyyatları da həyata keçirir.
2008-cu ildə  Türkiyənin Ankara şəhərində Hacettepe Universitetinin klinikasında laporaskopik öd cərrahiyyəsi və 2010-cu ildə Ukraynanın Kiyev şəhərində Şalimovun klinikasında endoskopik cərrahiyyə və qaraciyər köçürülməsi (transplantasiya) üzrə ixtisasartırma kursu keçib.
2012 -ci ildə Almaniyanin Manhaym şəhərində ixtisasartırma kursu keçib.
Zərraf Şirinov 2017-ci ildə Istanbulda Yeni Yüzyil Üniversitesi Gaziosmanpaşa Hastahanesinde transplantasiya şöbəsində ixtisasartırma kursunda olmuşdur.Əməliyyatlarının çoxunu öd kisəsində aparılan əməliyyatlar (xolesistektomiya) təşkil etsə də olduqca bir cox digər daxili xəstəliklərdə elmi-tibbi əhəmiyyət kəsb edən yeni cərrahi taktikalar tətbiq edib.
Bu da əsasən öd və qaraciyərdənxaric öd yollarında yatrogen zədələnmələr zamanı rekonstruktiv əməliyyatları, qaraciyərin exinokokkozu və həcmli törəmələri, qidaborusu, mədə, onikibarmaq bağırsaq, nazik və yoğun bağırsaqlar üzərində aparılan açıq və laparoskopik əməmliyyatları əhatə edir.
Zərraf Şirinovun 5000- dən artıq müvəffəqiyyətli əməliyyat təcrübəsi var.
Tibb elmləri doktoru Zərraf Şirinovun rəhbərliyi ilə 4 namizədlik dissertasiyası müdafiə olunub, 4 elmi iş isə araşdırılma mərhələsindədir. AAK tərəfindən 2019-cu ildə Cərrahiyyə ixtisası üzrə DOSENT,
2022-ci ildə doktor Zərraf Şirinova PROFESSOR elmi adı verilmişdir.
2018-ci ildən hal hazıra kimi ECM-də baş elmi işçi vəzifəsində çalışır.
Zərraf Şirinov elmi nailiyyətlərinə, çalışdığı Elmi Cərrahiyyə Mərkəzinin ictimai həyatında fəal iştirakına, uzun illər ərzində əhaliyə qüsursuz tibbi yardım göstərdiyinə görə və 60 illik yubileyi münasibətilə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən mükafatlandırılıb.
Alovlu vətənpərvər olan Zərraf Şirinov 2-ci Qarabağ müharibəsində də fəal iştirak etmişdir.
2022-ci ildə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində “Qarabağ qaziləri” İctimai Birliyi tərəfindən həkim-professor Zərraf Şirinov fəxri diplomla təltif edilib.
Öz həkimlik peşəsində son dərəcə qabiliyyətli və bacarıqlı olan Zərraf Şirinovu çoxları həm də gözəl şerlər yazmaq keyfiyyəti ilə seçilən duyğusal bir şair kimi tanınır.
Onun şerlərində niskil və kədərli notlar olsa da insanların həyat eşqini artırır, zəhməti, sevgini, vətənə olan məhəbbəti tərənnüm  edir.
Vətənimiz Azərbaycanı, insanlarda yurdsevərliyi tərənnüm edən, həmçinin doğulub boya başa çatdığı Kəlbəcər rayonunun gözəlliklərini vəsf edən şerləri çox sevilir. Zərraf Şirinov  1993-2020-ci illəri əhatə edən işğal dövründə Kəlbəcər dərdini kədərli, eyni zamanda nikbin duyğularını öz şerlərində əks elətdirib.
Həssas qəlbli insan olan doctor Zərraf Şirinovun çoxsaylı şerləri ilə tanış olduqca ədəbiyyatsevərlər onun qələm əhli kimi digər bir keyfiyyətini də görmüş oldular. Şerləri oxucular tərəfindən yüksək qiymətləndirilib.
Doktor Zərraf Şirinov öz şerlərini Zərrah Təhməzoğlu imzası ilə çap etdirib. “Gorumuza sarı gedək” və “Vətən torpağı Kəlbəcər” adlı şer kitabları qələm əhli və oxucular tərəfindən sevilir.
2017-ci ildə hələ Kəlbəcər erməni işğalı altında olanda Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək” kitabının təqdimatı keçirilib.
2020-ci ilin İkinci Qarabağ müharibəsi və nəticədə dogma Kəlbəcərin işğaldan azad olunması indi artıq şair qəlbli Zərraf doktorun yazdığı misraları daha nikbin notlara kökləyir. Həsrət və qəm kədər dolu şerlər, xoşbəxtlik və alqışlarla dolu cümlələrlə əvəz olunur.

DOKTOR ZƏRRAF ŞİRİNOVLA ƏLAQƏ:
Email: [email protected]
050-354-21-51


FACEBOOK PROFİLE – PROFESSOR, DOKTOR ZƏRRAF ŞİRİNOV
VİKİPEDİA SƏHİFƏSİ – VİKİPEDİA PAGE – T.E.D. PROFESSOR ZƏRRAF ŞİRİNOV
XƏBƏR LENTİ – Professor Zərraf Şirinov Fəxri fərmanla təltif edilib
MÜSAHİBƏ – Zərraf Şirinov:”Kəlbəcər həsrətini içim göynəyə- göynəyə yaşamışam…”
XƏBƏR LENTİ – Qızıl əlli, zər qələmli Tibb elmləri doktoru, Professor şair Zərraf Təhməzoğlu Şirinov
XƏBƏR LENTİ – TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİ -Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahlığı şöbəsi
XƏBƏR LENTİ – ŞİRİNOV ZƏRRAF TƏHMƏZ OĞLU
XƏBƏR LENTİ – 73 yaşlı qadının əməliyyatı uğurla nəticələnib
XƏBƏR LENTİ – ZƏRRAF ŞİRİNOV ŞERLƏRİ 

YOUTUBE VİDEO – saglamTV. Zərraf Şirinov. Zerraf Shirinov. T.e.d. Öddaşı xəstəliyi. Xolesistolitiaz..
YOUTUBE VİDEO – STOMAYA SƏBƏB OLAN CƏRRAHİ XƏSTƏLİYİN REKONSTRUKTİV ƏMƏLİYYATI. saglamTV. Zerraf Şirinov. Qeyri-spesifik koralı kolit. Stomalı xəstələrdə rekonstruktiv emeliyyatlar
YOUTUBE VİDEO – 20 yanvar gecəsi həqiqi mənada döyüşən Həkim Zərraf Şirinov..
YOUTUBE VİDEO – Bitişmə xəstəliyi, səbəbləri və ağırlaşmaları – DOKTOR RAMİN QASIMOV VƏ T.E.D. ZƏRRAF ŞİRİNOV 
YOUTUBE VİDEO – PROFESSOR, DR. ZƏRRAF ŞİRİNOV. LAPAROSKOPİK XOLESİSTEKTOMİYA
YOUTUBE VİDEO – Laparoskopik öd daşı emeliyyatı ve göbek yırtığı. Ümumi cerrah Zerraf Şirinov. SaglamTV.
YOUTUBE VİDEO – saglamTV. Zerraf Şirinov. T.E.D, Qaraciyər exinokokkları nədir və cerrahi müaliesi.

Facebook Comments