AYAZ MUSAYEV KARDİOLOQ

HAQQINDA
Doktor Ayaz Musayev 1975-ci il May ayının 1-də Azərbaycanın Qarabağ bölgəsində, Ağdərə rayonunun Manikli kəndində dünyaya gəlib
1981-ci ildə Cəfər Cabbarlı adına kənd orta məktəbinə daxil olub və 1991-ci ildə orta təhsilini başa vurub
1991-ci ildə Ayaz Musayev orta təhsilini bitirərək Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə-Profilavtika Fakultəsinə daxil olub
ATU-da təhsil aldığı vaxt Qarabağda mənfur erməni təcavuzu nəticəsində torpaqlarımızda müharibə gedirdi. Tələbə Ayaz Musayev erməni təcavuzunə laqeyd qalmayaraq könüllü olaraq cəbhəyə gedərək müharibə iştirak edib
Müharibə vaxtı tibbi xidmətdən daha çox əsgər kimi döyüş bölgələrində vuruşmuşdur.
Nəticədə Ayaz Musayev döyüşdə yaralanmış və qazi olaraq arxa cəbhəyə qayıtmışdır.
Döyüşdə müxtəlif vaxtlarda üst-üstə 4 dəfə yaralanan Ayaz Musayev sonuncu dəfə ağır yaralanaraq hospitalda uzun müddət müalicə almışdır.
Bu dövrdə 1 il Azərbaycan Tibb Universitetində akademik məzuniyyət götürüb müalicə aldıqdan sonra ali təhsilini davam etdirmişdir.
1997-ci ildə Ayaz Musayev Azərbaycan Tibb Universitetini bitirmişdir.
İnternaturanı Elmi Tədqiqat Kardiologiya İnstitutunda keçmişdir.
Təhsilini bitirdikdən sonra Azərbaycanın Göygöl rayonuna (Keçmiş Xanlar rayonu) təyinat alaraq 2 ay həkim kimi fəaliyyət göstərmişdir.
Daha sonra onu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına kardioloq vəzifəsinə təyinat alaraq göndərilib. Həkimlik fəaliyyətini həmin rayonda davam etdirməyə başlayıb.
Bu müddət ərzində doktor Ayaz Musayev MDB ölkələrində, Avroipada və qardaş Türkiyədə çoxsaylı ixtisasartırma kurslarında, elmi-praktik konfrans və seminarlarda iştirak edib.
Həkim kardioloq olaraq əsas təkmilləşmə istiqaməti dünyada və Azərbaycanda məhs kardioloji bilik və təcrübə qazandıran tədbirlər olmuşdur.
Doktor Ayaz Musayev Birinci Qarabağ müharibəsində əsgər kimi 2-ci Qarabağ müharibəsində isə həkim olaraq iştirak etmişdir.
1994-cü ildə ATU Hərbi kafedrasında imtahandan keçərək leytenant kimi zabit rütbəsi almışdır.
2006-cı ildə ehtiyatda olan zabit kimi yenidən hərbi xidmətə çağırılıb.
2006-2008-ci illərdə Ayaz Musayev N saylı Hərbi Hissədə zabit kimi xidmət göstərmişdir.
Daha sonra yenidən mülki sahədə həkimlik fəaliyyətinə qayıtmışdır.
2016-cı ildə doktor Ayaz Musayev Aprel döyüşlərində könüllü olaraq hərbiyə yazılıb. 12 gün müddət ərzində Tərtər Hospitalında yaralılarımıza tibbi yardım göstərmidir.
2020-ci il 27 Sentyabrda erməni təxribatı nəticəsində başlayan 2-ci Qarabağ müharibəsinin ilk günlərində doktor Ayaz Musayev Hərbi komissarlığa müraciət etmiş və müraciəti qəbul olunaraq N saylı hərbi hissədə həkim olaraq fəaliyyət göstərmidir.
2-ci Qarabağ müharibəsində Fizuli, Cəbrayıl, Hadrut və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edərək 91 gün hərbi xidmətdə olub. 2020-ci ilin Dekabr ayında ordu sıralarından tərxis olunaraq yenidən kardioloq-həkim olaraq xəstəxanada öz işinə qayıtmışdır.
Hazırda doktor Ayaz Musayev Ağcabədi rayonunda yerləşən KARDİO MED klinikasında çalışır.
Həmin klinikanın təsisçisi və direktoru olaraq bölgədə kardioloji xidmətin əhalinin ehtiyaclarına uyğun şəkildə təşkili və bu xidmətin inkişaf etdirilməsi istiqamətində çalışır.
Dr.Ayaz Musayev həmin bölgədə klinikanın nəzdində mühüm kardioloji müayinələrin və müalicə işinin təşkilini, ö cümlədən EXOKardioqrafiya müayinəsi, EXO Doppler Kardioqrafiya müayinəsi, 3 D kardioqrafiya, həmçinin Transezofagiyal ExoKardioqrafiya. 3 D Stress Test, Tredmil müayinəsi, eləcə də aritmoloji müayinələr, sutkalıq kardioloji monitorinq müayinələri, rəqəmsal elektrokardioqrafik müayinələrn aparılması işini təşkil etmişdir.
Burada da məqsəd əsas etibarilə bölgədə əhalinin tibbi, kardioloji ehtiyaclarına yönəlmiş təlabatların ödənilməsini həyata keçirtməkdir.
Yeri gəlmişkən, doktor Ayaz Musayevin təşəbbüsü ilə həmin klinikada hər gün müharibə veteranları və şəhid ailələri üçün pulsuz müayinələr həyata keçirilir.
Onun rəhbərliyi və təşkilatçılığı ilə həkimlər qrupu həftə sonrarında işğaldan azad olunmuş bölgələrdə pulsuz tibbi xidmətlər göstərirlər.
Eyni zamanda bölgələrdə qazilər və şəhid ailələri üçün tibbi yardım aksiyalarında iştirak edir.
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ
Dr.Ayaz Musayev tərəfindən aparılan müayinələr:
EKQ (12 kanallı rəqəmsal elektrokardioqramma)
EXO-KQ ,(EXO – Kardioqrafiya)
Kardiovaskulyar 3D Stress test
Təzyiq holteri
Ritm holteri
Müalicə etdiyi xəstəliklər:
-Ürəyin İşemik xəstəliyi:Stenokardiyalar, Miokard infarktı, Karanar sindrom
-Arterial Hipertoniya
-Ürək çatışmamazlığı
-Perikarditlər
-Miokarditlər
-Aritmiyalar və bütün ürək- damar xəstəlikləri

ÜZVÜ OLDUĞU TİBBİ ASSOSASİYALAR:
Azərbaycan kariologiya Cəmiyyəti (AKC)

DOKTOR AYAZ MUSAYEVLƏ ƏLAQƏ
İŞ YERİ:
ÜNVAN:
Ağcabədi ş.H.Əliyev pr.Stroykanın kruqu
(+99450) 725 17 15


DOKTOR AYAZ MUSAYEV KARDİOLOQ – ŞƏXSİ FACEBOOK PROFİLİ
İNSTAGRAM SƏHİFƏSİ – KARDİOMED KLİNİKA
FACEBOOK SƏHİFƏSİ – KARDİOMED KLİNİKASI


VİDEO YOUTUBE – KARDİOLOQ AYAZ MUSAYEV. AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİNİN QURULTAYI. 2021-Cİ İL.


wikimed.az – AZƏRBAYCAN ONLİNE TİBB ENSİKLOPEDİYASINA YÜKLƏNMİŞ DİGƏR KARDİOLOQ VƏ KARDİOCƏRRAH HƏKİMLƏR
wikimed.az – RƏŞAD MAHMUDOV, KARDİOCƏRRAH, T.E.D.
wikimed.az – ELNUR HƏSƏNOV, KARDİOCƏRRAH, T.E.D.
wikimed.az – FAZİL ABBASOV, KARDİOCƏRRAH, T.E.D
wikimed.az – ÜZEYİR RƏHİMOV, KARDİOLOQ, T.Ü.F.D.
wikimed.az – TOFİQ CAHANGİROV, T.E.D, KARDİOLOQ
wikimed.az – SEYMUR MUSAYEV, KARDİOCƏRRAH
wikimed.az – MİRƏLİ MƏCİDOV, KARDİOCƏRRAH
wikimed.az – ELMƏDDİN ƏLİYEV, KARDİOCƏRRAH
wikimed.az – QALİB İMANOV, KARDİOLOQ
wikimed.az – FİRDOVSİ İBRAHİMOV, KARDİOLOQ
wikimed.az – ABBASƏLİ ABBASƏLİYEV, KARDİOLOQ, T.Ü.F.D.
wikimed.az – RUSLAN NƏCƏFOV, KARDİOLOQ, T.Ü.F.D.
wikimed.az – ŞAHİN XƏLİLOV, KARDİOLOQ, T.Ü.F.D.
wikimed.az – RASİM MƏHƏRRƏMOV, KARDİOLOQ
wikimed.az – NEMƏT BƏŞİROV, KARDİOLOQ
wikimed.az – SƏRDAR ABDULLAİ, KARDİOLOQ
wikimed.az – OKTAY MUSAYEV, KARDİOLOQ
wikimed.az – SAMİR MUSTAFAYEV, KARDİOLOQ
wikimed.az – ÜLVİ MİRZƏYEV, KARDİOLOQ, T.Ü.F.D.
wikimed.az – TOFİQ SADIQOV, KARDİOLOQ, T.Ü.F.D.
wikimed.az – ƏLƏSGƏR ƏLİYEV, İNVAZİV RADİOLOQ
wikimed.az – VUQAR ZAMANOV, KARDİOLOQ
wikimed.az – AYAZ MUSAYEV, KARDİOLOQ
wikimed.az – NƏSİMİ CABBAROV, KARDİOLOQ
wikimed.az – ELŞƏN RZAYEV, PEDİATRİK KARDİOLOQ
wikimed.az – NİCAT BABAYEV, KARDİOLOQ
wikimed.az – TURXAN YUSİFOV, KARDİOLOQ
wikimed.az – EMİN HACIBABAYEV, KARDİOLOQ

Facebook Comments