FAZİL ABBASOV ÜRƏK CƏRRAHI, PROFESSOR

Kardiocərrah, professor, tibb elmləri doktoru Abbasov Fazil Eyvaz oğlu 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur.
Doktor Fazil Abbasov 1973-cü ildə  Azərbaycan Tibb Universitetini bitirmişdir.
Fazil Abbasov 1973–86-cı illərdə M.A.Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İn-tunda anesteziologiya-reanimatologiya şöbəsinin, 1991–94-cü illərdə torakal onkologiya şöbəsinin rəhbəri olmuşdur. 1994-cü ildən M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiridir (1999-cu ilədək eyni zamanda in-t direktorunun elmi işlər üzrə müavini olmuşdur). [1]
Professor Fazil Abbasov 150 – dən artıq elmi məqalə, tezis və monoqrafiya müəllifidir
Elmi əsərləri xarici ölkələrdə və Azərbaycanda çap olunmuşdur.
Xeyli sayda beynəlxalq elmi-praktik konfranslarda iştirak edib, elmi məruzələrlə çıxışlar etmişdir.

DOKTOR FAZİL ABBASOVLA ƏLAQƏ:
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkıəzi
Bakı şəhəri, Şərifzadə küçəsi 17
Ürək cərrahlığı şöbəsi
Mobil tel: 050-320-96-26
Email: fazilabbas50@com

PROFESSOR FAZİL ABBASOVUN ŞƏXSİ WİKİPEDİA SƏHİFƏSİ
TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİNDƏ FƏALİYYƏTİ
VIDEO – Fazil Abbasov. T.e.d. Ürək cərrahı. Kardiocerrah. SAGLAM TV

Professor Fazil Abbasovun şöbə müdiri olduğu
TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİNİN
Ürək cərrahlığı şöbəsi
Azərbaycanda ilk ixtisaslaşdırılmış ürək cərrahlığı şöbəsi 1976-cı ildə M.A.Topçubaşov adına ECM-nin nəzdində yaradılmışdır. 1977-ci ilin noyabrında ilk “qapalı”, 1979-cu ilin dekabrında isə “açıq” ürək əməliyyatlarının icrasına başlanılmışdır. Hazırda ürək cərrahlığı şöbəsinə t.ü.e.d., professor Fazil Eyvaz oğlu Abbasov rəhbərlik edir.
Ürək cərrahlığı şöbəsində, ürək transplantasiyasından başqa,
qazanılmış ürək  qüsurlarına  görə bütün əməliyyatlar icra olunur:
ürək qapaqlarının təmiri və protezlə əvəz olunması,
aorta-koronar şuntlama, ürəyin birincili şişlərinin  çıxarılması, qalxan aortanın və
aorta qövsünün  anevrizmalarının cərrahi müalicəsi,
ürək exinokokkozlarının cərrahi müalicəsi,
mürəkkəb ritm pozğunluqlarının və atrio-ventrikular blokadaların cərrahi müalicəsi,
habelə 18 yaşdan yuxarı xəstələrdə ürəyin anadangəlmə qüsurlarının radikal korreksiyası.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu şöbə, müharibə zamanı baş vermiş penetrasiyaedici ürək yaralanmalarının süni qan dövranı şəraitində cərrahi müalicəsi sahəsində böyük klinik təcrübəyə malik olan kardiocərrahi mərkəzlərdən biridir.
YOUTUBE VIDEO – FAZİL ABBASOV TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR, KARDİOCƏRRAH  SAGLAM TV
Tibb elmləri doktoru, professor, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri FAZİL ABBASOV saglamTV-də ürək-damar xəstəliklərinin cərrahi müalicəsi barədə, habelə çalışdığı klinikada aparılan ürək əməliyyatlardan danışır.

WİKİMED.AZ – AZƏRBAYCAN TİBB ENSİKLOPEDİYASINA YÜKLƏNMİŞ VƏ TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİNİ TƏMSİL EDƏN MÜTƏXƏSSİSLƏR:
YUSİF ƏLİYEV TİBB ELMLƏRİ DOKTORU
XALƏDDİN NOVRUZ OĞLU MUSAYEV. CƏRRAH.
ELNUR HƏSƏNOV UŞAQ ÜRƏK CƏRRAHI.USAQ KARDİOCƏRRAHI
FƏTTAH SADIQOV CƏRRAH-ENDOKRİNOLOQ
Dr.Ələsgər Əliyev. İnvaziv radioloq.
Dr. Rasim Cəfərli. Rasim Jafarli.
ZAUR ƏLİYEV. DAMAR CƏRRAHI.
ELDƏNİZ ƏLİYEV ÜRƏK-DAMAR CƏRRAHI
RÜSTƏM MAHMUDOV CƏRRAH-ENDOKRİNOLOQ
NICAT BABAYEV INVAZIV KARDIOLOQ

Facebook Comments