MİRHAŞIM CALALOV NEFROLOQ. HEMODİALİZ ŞÖBƏSİ

Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ şöbəsinin müdiri, nefroloq Mirhaşım Rəhim oğlu Calalov  1984-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1990-cı ildə Bakıda 190 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2000-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

DOKTOR MİRHAŞIM CALALOVUN TƏHSİLİ:
2000-2006-ci ildə Mirhaşım Calalov Azərbaycan Beynəlxalq Universiteti. Müalicə işi fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.

DR. MİRHAŞIM CALALOVUN ƏMƏK FƏALİYYƏTİ:
2005-2006-cı illərdə Respublika Kliniki Uroloji Xəstəxanasında Hemodializ şöbəsində tibb qardaşı işləmişdir.
2006-2007 – Respublika Kliniki Uroloji Xəstəxana – Hemodializ şöbəsi. Həkim-interna
2007-2011 – Mirhaşım Calalov Respublika Kliniki Uroloji Xəstəxanasının Hemodializ şöbəsində  həkim-nefroloq işləmişdir.
2011-2013 – Kliniki Tibbi Mərkəz – Hemodializ şöbəsi. Həkim-nefroloq
2013-2020 – Mirhaşım Calalov Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2020-ci il Sentyabr ayının 1-dən bu günədək doktor Mirhaşım Calalov  Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışır.

DR. MİRHAŞIM CALALOVUN ÜZVÜ OLDUĞU TƏŞKİLATLAR:
Azərbaycan Nefroloqlar Cəmiyyəti
MDB Nefroloqlar Cəmiyyəti
və Türk Dünyası Transplantoloqlar Dərnəyi (TDTD)

Doktor Mirhaşım Calalov Səhiyyə nazirliyinin Hemodializ üzrə komissiyasının üzvüdür.
2014-cü ildə Səhiyyə nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Hemodializ xəstələri üçün məlumat kitabçasının həmmüəllifidir.
Yerli və xarici elmi konfransların iştirakçısıdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2019-cu ildə YAP Nəsimi rayon təşkilatı tərəfindən Təşəkkürnamə almışdır.
Nəsimi Rayon İcra Hakimiyyətində İctimai Şuranın üzvüdür.
2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. 2021-ci il 09 Fevral tarixində “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralı və xəstələrin müayinə və müalicəsində fədakarlıq göstərdiyinə görə” 230 nömrəli Hərbi hissənin komandiri tərəfindən fəxri fərmanla təltif edilmişdir.

DOKTOR MİRHAŞIM CALALOVLA ƏLAQƏ:
Mərkəzi Neftçilər Xəstəxanası
Telefon:
012-404-28-00
Mobil: 055-554-50-05


FACEBOOK PAGE –  NEFROLOQ, DOKTOR MİRHAŞIM CALALLOV
XƏBƏR LENTİ – AZƏRBAYCAN NEFROLOQLAR CƏMİYYƏTİNİN ÜZVLƏRİ
XƏBƏR LENTİ – Gəncədə “Regionlarda uronefroloji xidmətin təkmilləşdirilməsi”nə dair müzakirələr aparılıb
XƏBƏR LENTİ – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Uronefroloji xidmətin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması məqsədilə tabeli tibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət Koordinasiya Qrupu yaradılıb


YOUTUBE VİDEO – AZƏRBAYCANDA HEMODİALİZ ALAN XƏSTƏLƏR NÖVBƏ GÖZLƏMİR. DR.MİRHAŞIM CALALOVUN MÜSAHİBƏSİ…

Facebook Comments