Əbülfəz Soltanov

Soltanov Əbülfəz Ağasoltan oğlu

Tibb elmləri doktoru, Torakal onkoloq, Milli Onkologiya Mərkəzinin şöbə müdiri Əbülfəz Soltanov 24.09.1962 tarixində anadan olmuşdur.

Təhsili

1980-1985 Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi, Bakı, Azərbaycan.

1985-1987Həkim – SSRİ T.E.A Ümumittifaq onkoloji elmi mərkəzinin torakal onkologiya şöbəsində məqsədli kliniki ordinatura (hazırki R.O.E.M, R.T.E.A, Moskva).

1987-1988Azərbaycan SSR SN Rentgenologiya radiologiya və onkologiya Elmi tədqiqat institutunda kiçik elmi işçi.

1988-1991SSRİ T.E.A. Ümumittifaq onkoloji elmi mərkəzinin torakal onkologiya şöbəsində məqsədli aspirantura (hazırki R.O.E.M, R.T.E.A, Moskva).

Elmi fəaliyyəti

Soltanov Ə.A. klinik onkologiya üzrə yüksək ixtisaslımütəxəssisdir.
1991-ci ildə “Ağciyər xərçənginin cərrahi müalicəsinin çətinliklərı, səhvləri və fəsadları” mövzusu üzrə (hazırki R.O.E.M, R.T.E.A, Moskva) namizədlik dissertasiyasını müdafiə etmişdir.
2012-ci ildə “Ağciyər xərçənginin Azərbaycan Respublikasında yayılmasının epidemioloji xüsusiyyətləri” mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiyə etmişdir.

170 dən çox elmi işi çap olunmuşdur. Bunlardan 1-ı monoqrafiyadır.

Soltanov Ə.A. rəhbərliyi altında bir sıra elmi tədqiqatlar icra olunmuşdur.

İş fəaliyyəti

1985-1987 Moskva şəhərində Ümumittifaq onkoloji elmi mərkəzində kliniki ordinatura

1987-1988 Azərbaycan SSR SN Rentgenologiya radiologiya və onkologiya Elmi tədqiqat institutunda kiçik elmi işçi

1988-1991 SSRİ T.E.A. Ümumittifaq Onkoloji Elmi Mərkəzi -nin torakal onkologiya şöbəsində məqsədli aspirantura

1991-1992 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəz -də kiçik elmi işçi

1992-1999 Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı -nın torakal cərrahiyə şöbəsinin rəisi. 1999-cu ilin yanvar ayından hal-hazırki dövrə qədər Milli Onkologiya Mərkəzində çalışır.

Dil bilikləri: Rus dili, İngilis dili

Əlaqə telefonu: : +994 050 319 91 77
[email protected]

saglamTV. Əbülfəz Soltanov. T.e.d. Onkoloq. Torokal Onkologiya nədir və nəyi əhatə edir?

T.e.n. Əbülfəz Soltanov. Milli Onkologiya Mərkəzi. Qida borusu xərçənginin cərrahi müalicəsi.

Əbülfəz Soltanov. Cərrah-onkoloq. Ağciyər xərçəngi nədir? Abulfaz Soltanov.

saglamTV. Əbülfəz Soltanov. Ağciyər şişlərinin cərrahi müalicəsi Torocal oncology. Abulfaz Soltanov.

Əbülfəz Soltanov. Torakal cərrah-onkoloq. Ağciyər xərçəngi əməliyyatları

Facebook Comments