Vəfa Pənahian

Pənahian Vəfa Mustafa oğlu 05 sentyabr 1966-cı ildə Baki şəhərində həkimlər ailəsində anadan olub. 1973-cü ildə Bakı şəhərinin 134 saylı orta məktəbinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirib.
Bioqrafiyası

Həmin 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin II-ci müalicə profilaktik fakultəsinə daxil olub, 1989-cu ildə Universiteti bitirib. 1989-1990-cı illərdə M. Əfəndiyev adına 2 saylı və Kliniki Təcili Tibb Yardımı xəstəxanalarında internatura dövrü keçib.

1990-1992-ci illərdə təyinatla Sumqayıt şəhər poliklinikasında həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.

01 oktyabr 1992-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasına aspiranturaya daxil olub və 1995-ci ildə aspiranturanı bitirib.

01 oktyabr 1995-ci ildən 04 dekabr 2017-ci ilə dək həmin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasında assistent, dosent, sonra isə professor vəzifələrində çalışıb.

Bu illər ərzində 20 iyun 1996-cı ildə namizədlik dissertasiyasını müdafiyə edid. Mövzunun adı: “Yuxaru əng boşluqlarının irinli-iltihabı xəstəliklərinin kompleks müalicəsində alçaq tezlikli ültrasəsin tətbiqi”. 02 oktyabr 1996-cı ildə elmlər namizədi diplomunu alıb.

1998-ci ildən başlayaraq doktorluq dissertasiyasının üzərində işləməyə başlayıb. 15 iyun 2001-ci il Moskva Elmi-Praktik Otorinolarinqologiya Mərkəzində Doktorluq dissertasiyamı təstiq edib. Dissertasiyanın adı: “Azərbaycan Respublikasında anadangəlmə və irsi LOR-orqanlarının xəstəliklərinin yayılma tezliyi və profilaktikası”. 16 dekabr 2004-cü ildə həmin Elmi-Praktik Mərkəzin Elmi şurasında doktorluq dissertasiyamı müdafiyə edib. 04 mart 2005-ci il doktorluq diplomu alıb. 2012-ci ildə Azərbaycan Respublikasını Prezidenti Yanında AAK-a nostrifikasiyadan keçib, tibb elmləri doktoru elmi adını təstiq edib.

05 dekabr 2017-ci ildə Azərbaucan Tibb Universitetinin burun, boğaz və qulaq xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilib.

95 çap elmi işin müəllifidir, onlardan 1 ixtira, 1 metodik tövsiyyə, 1 sorğu kitabı və 1 dərs vəsaitidir.

Əlaqə telefonu: +994 050 312 27 71

Soyuqdəymənin iki həftədən artıq davam etməsi sinusit hesab edilir

Facebook Comments