XƏLİL HÜSEYNOV OFTALMOLOQ-CƏRRAH


Cərrah-oftalmoloq Xəlil Hüseynov 1969-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur.
1986-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 1994-cü ildə həmin universiteti bitirmişdir.

Xəlil Hüseynovun İxtisaslaşma təhsili:

1997-2001-ci illərdə Dominikan Respublkikasının Santo Domingo şəhərində yerləşən
Xəlil Hüseynov Pedro Henriquez Urena adına Universitetdə tibb təhsili alaraq ümumi oftalmoloq diplomuna layiq görülmüşdür.
2002-2003-cü illərdə ABŞ-ın Florida ştatının Mayami şəhərində yerləşən Bascom Palmer Eye Institute-da ixtisasaslaşma və təkmilləşmə məqsədilə bir illik fellowship “Cornea ve refraktive” cərrahiyyəsindən keçmişdir. Daha sonra Xəlil Hüseynov aşağıdakı təkmilləşmə kurslarında iştirak etmişdir:
“Cornea“ kursları, ABŞ, 2004
“Ön seqment“ kursları, İspaniya, 2005-ci ildə
“Ön seqment“ kursları, Fransa, 2006-cı ildə
“Qlaukoma“ kursları, Avstriya, 2007-ci ildə
“Cornea“ kursları, İtaliya, 2007-ci ildə
“Qlaukoma“ kursları, ABŞ, 2009-cu ildə

Xəlil Hüseynovun İşlədiyi yerlər:

2004-2009-cu illərdə Bakıda CCR Qeyri-hökümət humanitar təşkilatlarının oftalmoloji şöbəsinin rəhbəri olmuşdur.
2007-2014-cü illərdə Bakıda BRİZ-L oftalmoloji klinikasında baş həkim işləmişdir.
2014-cü ildən bu günə kimi Respublika Müalicə Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin rəhbəridir.
Peşəkar fəaliyyəti dövründə əhalinin tibbi maarifləndirilməsində və imkansız şəxslərə yardım məqsədilə televiziyalarda təşkil olunan xeyriyyə aksiyyalarında yaxından iştirak edir. Güzəştli göz əməliyyatlarını da həyata keçirmişdir.

Xəlil Hüseynov Oftalmoloq-cərrah kimi çalışdığı klinikada müxtəlif göz xəstəliklərinin cərrahi müalicəsi, defektlərin korreksiyası ilə məşğul olur. Doktor Xəlil Hüseynov aşağıdakı göz xəstəliklərinin müalicəsini həyata keçirir:
Anadangəlmə katarakta, Katarakta, Qlaukoma, Diabetik retinopatiya, Buynuz qişa xəstəlikləri, Mirvari suyu əməliyyatları, Çəpgözlüyün korreksiyası, aradan qaldırılması, Göz daxili təzyiq, Göz dibinin müayinə və müalicəsi və sairə göz xəstəlikləri.

Xəlil Hüseynovun Üzvü olduğu beynəlxalq təşkilatlar:

American Academy of Oftalmology(AAO)
American Society of Cataract and Refractive Surgery (ASCRS)
European Society of Cataract and Refractive Surgery (ESCRS)
Xəlil Hüseynov vaxtaşırı təmsil olunduğu beynəlxalq oftalmoloji cəmiyyətlərin konfranslarında iştirak edərək xarici həmkarlarla informasiya mübadiləsində aktiv iştirak edir, öz təcrübələrini xarici mütəxəssislərlə bölüşür.

Xəlil Hüseynovla əlaqə:. RMDM Hospital, (+994) 050 6230253
051 5000253,  050 5931290,  070 6230253

Doktor Xelil Huseynov. Keratokonus xesteliyi. Cross link . Corneal segment 

 Dr. Xelil Huseynov. -18 görmə zəifliyi olan pasientin gözünə halqalı linza qoyuldu

Xalil Huseynov. Khalil Huseynov. Oftalmoloq. Mirvari suyu. Katarakta ameliyyatı

Dr.Oftalmoloq. Xelil Huseynov. Revmatizm xestesi. Mirvari suyu. Quru sindrom

Dr.Xelil Huseynov. Video reportaj. Ikincili Qlaukoma. İCL emeliyyatı

RDM-de oftalmoloq-cerrah Xelil Huseynovla reportaj. Ramil Necefli

Dr.Xelil Huseynov. Gozde bir emeliyyatla 3 problem birden hell olundu

 Khalil Huseynov. Xalil Huseynov.
Çəpgözlük əməliyyatla necə düzəldilir?

Facebook Comments