Andrologiya. Dərslik. Əhmədov İ.S., İmamverdiyev S.B.

Andrologiya kitabı

Əhmədov İ.S., İmamverdiyev S.B. “Andrologiya”. Dərslik. Bakı, 2015, 368 səh.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2015 tarixli 551 №-li əmri ilə təsdiq edilmişdir.

Rəyçilər: Abdullayev K.İ. – t.e.d., professor, Respublika Təsərrüfat hesablı Uroloji Xəstəxanasının Baş həkimi.

Bağışov Ə.A. – tibb elmləri doktoru, Azərbaycan Tibb Universiteti Urologiya kafedrası.

Kitab Andrologiyadan Azərbaycan dilində yazılan ilk dərslikdir.
Kitabda kişi sonsuzluğu, kişi və qadın cinsi patologiyaları, onların səbəbləri, patogenezi, Avropa protokollarına uyğun müasir diaqnostika və müalicəsiətraflı izah olunmuşdur.
Kitab Azərbaycan Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur. Kitab həmçinin, bu sahə ilə məşğul olan və maraqlanan həkimlər, həkim-rezidentlər və elm adamlarıç üçün də əhəmiyyətlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, t.e.d., professor İmamverdi Südeyf Bəşir oğlu

Azərbaycan Tibb Universiteti, Urologiya kafedrası, “Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının” sədri, tibb elmləri doktoru Əhmədov İlham Səmid oğlu

KİTAB HAQQINDA
Ön söz

Atam Səmid Abdulla oğlunun əziz xatirəsinə ithaf edirəm…

Reproduktiv sağlamlıq, ailə planlaşdırılması dünya praktikasında 50 ildən artıqdır mövcud olsa da, son 10 ildə sürətlə inkişaf edərək urologiyanın yeni bir sahəsi – Andrologiya kimi xüsusi predmetə çevrilmişdir.

Andrologiya kişi cinsi patologiyalarını, kişi sonsuzluğunu, cinsi yolla yoluxan xəstəlikləri, həmçinin qadın cinsi patologiyalarını öyrənir.
Dünyanın bir çox inkişaf etmiş ölkələrinin tibb universitetlərindən Andrologiya kafedraları və İnstitutları fəaliyyət göstərir. Bizim ölkədə isə bu sahənin inkişafına sistemli olaraq 2004-cü ildən başlanılmışdır. Doğrudur, androloji patologiyaların müalicəsində milli həkimlərin böyük təcrübəsi olsa da, ana dilində heç bir dərslik və ya vəsait olmamışdır. Bu dərsliyin yazılmasında məqsəd də həmin boşluğu doldurmağa xidmət etməkdir.

Kitabın müvafiq sahədə çalışan həkimlər, tələbələr və rezidentlər üçün əhəmiyyətli olacağına ümid edirik.

Əlbəttə, ilk təşəbbüs olduğu üçün dərsliklə bağlı müəyyən təklif və iradlar da olacaqdır. Bu irad və təkliflərin hər birinə diqqətlə yanaşılacaq, növbəti nəşrlərdə nəzərə alınacaqdır.

Əvvəlcədən irad və təklif bildirən hər bir kəsə təşəkkür edirik. ([email protected])

Kitabın ərsəyə gəlməsində göstərdikləri dəstək və məsləhətlərə görə hörmətli müəllimlərin Akad.S.B.İmamverdiyevə, Prof.Dr. Atəş Kadıoğluna, tələbələrim gənc həkimlər Elvin Cabbarlıya və Qabil Hüseynova təşəkkür edirəm.

Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri, t.e.d. Əhmədov İ.S.

Andrologiya
Urologiya-Azərbaycan uroloqları
İlham Əhmədov

Facebook Comments