“PLASTİK və REKONSTRUKTİV CƏRRAHİYYƏ” KİTABI. Vaqif Qələndər

Tibb Universitetinin və Həkimləri Təkmilləşdirmə İnstitutunun tələbələrinin və rezidentlərinin hazirlanmasi üçün yazilmış olan ilk dərslik.
Son illər təbabətin bir çox sahələrində, o cümlədən Plastik və
Rekonstruktiv cərrahiyyədə sürətli inkişaf qeyd edilməkdədir. Artıq
2011-ci ildən, Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura
çərçivəsində həkim kadrların hazırlığına başlanılmışdır. Yeni bir ixtisas sahəsi kimi Plastik və rekonstruktiv cərrahiyəyə dair nəzəri biliklərin tələbələr və rezidentlər tərəfindən mənimsənilməsi üçün müvafiq dərslik və dərs vəsaitlərinin yazılması zərurəti yaranmışdır.
Təbabətin bütün sahələrində olduğu kimi sürətlə inkişaf edən ölkəmizdə müasir plastik və rekonstruktiv cərrahiyyə sahəsində kadrların hazırlanmasına yaranmış olan tələbatın nəzəri biliklərini təkmilləşdirmək üçün bu cür dərsliyin yazılmasına böyük ehtiyac duyulurdu. Məhz bu səbəbdən də bu dərslik tələbələr və rezidentlərin hazırlanması üçün önəmli əhəmiyyət kəsb edir. Kitabın müasir plastik və rekonstruktiv cərrahiyə sahəsində tələbə və rezidentlərə nəzəri və praktiki biliklər verməkdə yaxından köməyi olacağına inanıram. Dərslik nəzərdə tutulan
proqramı geniş əhatə etməklə tələbə və rezidentlərin bu sahədə olan biliklərini təkmilləşdirərək bu ixtisası müasir səviyyədə öyrənmələrində əsaslı rol oynayır.
Dərslik müəllifin çoxillik təcrübəsinə əsasən yazılmış, şəkillərdən
bir çox hissəsi şəxsi təcrübələrini əks etdirir.
Kitabda bəzi terminoloji qüsurların olması istisna deyil. Xüsusən,
azərbaycan dilində ümumi qəbul olunmuş terminlərin mövcud olmaması bəzi problemlər yaratmışdır. Lakin müəllif zəngin elmi-pedaqoji təcrü-
bəyə əsaslanaraq göstərilən problemi aradan qaldırmağa çalışmışdır.
Prof.Dr.Vaqif Qələndər 2018

Prof.Dr.Vaqif Qələndərlə Əlaqə tel:050 377 00 00

Facebook Comments