Koronar Angioqrafiya. Ürək xəstəliklərinin diaqnostikası

Angioqrafiya termini 2 yunan sözündən yaranıb – «angeion» – damar və «grapho» – yazmaq.
Angioqrafiya qan damarların rentgenoloji müayinəsidir.

Bu çox informativ müayinə həkimlərə xəstənin damarların vəziyyətini, orada olan pozulmaları dəqiq qiymətləndirməyə imkan verir. Nəticədə isə xəstəyə lazım olan və daha təsirli müalicə təyin olunur ki, bu müalicənin effektliyindən xəstənin tək sağlamlığı deyil, hətta həyatı asılı olur.

Angioqrafiyanın müxtəlif növləri var. Bu məqalədə biz ürək damarların müayinəsi üçün istifadə olunan angioqrafiya növündən məlumat vermək istərdik.

Müayinə bu kimi hallarda xəstəyə təyin oluna bilər:

– xəstədə tez-tez təngnəfəslik və ürək nahiyəsində ağrılar təkrar olunur (bu bir çox hallarda ürək damarların daralması ilə izah olunur);

– xəstədə hər hansı ürək xəstəliyi aşkar olunub, təyin olunmuş müalicə effekt vermir, xəstəliyin simptomları (stenokardiya və s.) isə daha da güclənir;

– xəstədə anadangəlmə ürək qüsurlarına şübhə yaranıb;

– xəstədə ürək çatışmazlığı simptomları (təngnəfəslik, öskürək, tezləşmiş ürək döyünməsi və s.) inkişaf edir;

– ürək damarlarında aparılan cərrahiyyə əməliyyatlarından əvvəl və sonra və bəzi digər hallarda.

Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və qan və sidik analizləri verməlidir. Bu müayinə üçün bəzi əks-göstərişlər də mövcuddur – kəskin iltihabi və infeksion xəstəliklər, ağır böyrək xəstəlikləri, müayinə zamanı istifadə oluna maddələrə (yod tərkibli maddələr) kəskin allergik reaksiyaların olması, tromboflebit və s.

Ürək damarların angioqrafiyası zamanı xəstənin bud nahiyəsinə xüsusi kateter yeridilir. Müayinə yerli ağrısızlaşdırma ilə keçirilir ki, xəstə, demək olar, heç bir ağrı və s. narahatçılıq hiss etmir.

Daha sonra kateterlə rentgenkontrast maddə (adətən yod tərkibli maddə) verilir. Maddə insan orqanizmi üçün ziyansızdır. Lakin bu maddə allergik xüsusiyyətlərinə malikdir və bu səbəbdən allergik reaksiyalarına meylli olan insanlar bu haqda həkimə məlumat verməlidir.

Kontrast maddə damarlarda axdıqca kompüter böyük sürətlə rentgen şəkilləri çəkir və nəticədə monitorda damarların dəqiq “surəti” əmələ gəlir. Bu şəkilləri analiz etdikdə həkim damarlarda olan trombları, aterosklerozu, bigər pozulma və patologiyaları aşkar edir.

Müayinə qurtardıqdan sonra kateter damardan çıxarılır.

Əgər müayinə zamanı xəstədə ciddi pozulmalar aşkar olunarsa, damarların normal keçiriciyini bərpa etmək üçün angiorqafiya zamanı damara stent (damarların divarlarını aralayan xüsisi kiçik yay) yerləşdirilə bilər.

Müayinədən sonra xəstə adətən bir neçə saat ərzində klinikada həkimlərin nəzarətındə qalır. Xəstənin damarına stent yerləşdirdikdə, xəstə 1 gün ərzində klinikada qalmalıdır.

Angioqrafiya ürəyin işemik xəstəliklrinin diaqnostikasında “qızıl standart” hesab edilir.

Rentgenokontrast məhlulların koronar arteriyalara selektiv yeridilməsi koronar mənfəzin rentgenoloji anatomiyası, stenoz və okklüziya, kollateralların olması haqqında məlumat verir. Hal-hazında Jadkins və Souns üsullarından istifadə edilir.
Koronoqrammanın analizi zamanı ürəyin işemik xəstəliklərində koronar damar mənfəzindəki dəyişiklikləri tam xarakterizə edən bir-neçə əlamətlər qiymətləndirilir. Bunlar aşağıdakılardır:
1. Ürəyin qanla təhcizatının anatomik tipləri:
a)  Sağ koronar tip – insanların 53-60%-ində rast gəlinir. Bu tipdə sağ koronar arteriya sağ mədəcik və qulaqcığı, sol mədəciyin və mədəciklərarası çəpərin arxa səthini qidalandırır.
b) Sol koronar tip – insanların 13-27%-ində rast gəlinir. Bu tipdə sol koronar arteriya ürəyin arxa səthini tamamilə qidalandırır.
c) Bərabər tip – insanların 24-68%-ində rast gəlinir. Bu tipdə ürəyin qidalanmasında sağ və sol koronar arteriyalar bərabər səviyyədə iştirak edirlər.
2.  Zədələnmənin lokalozasiyası:
– sol koronar arteriyanın kökü
– sol koronar arteriyanın ön enən şaxəsi
– sol koronar arteriyanın dolanan şaxəsi
– sol koronar arteriyanın dioqnal şaxəsi
– sağ koronar arteriya
– sağ koronar arteriyanın yan şaxəsi və koronar arteriyaların digər şaxələri.
3. Zədələnmənin yayılması:
– lokal forma
– yayılmış forma
4. Damar mənfəzinin daralma dərəcəsi:
I dərəcə – 50%-ə qədər
II dərəcə – 50-75%-ə qədər
III dərəcə – 75-99%-ə qədər
IV dərəcə – okkluziya (tam tutulma)
Koronar angioqrafiya aparılmasına göstərişlər:
* gərginlik stenokardiyaları
* gərginlik stenokardiyası His dəstəsinin ayaqcıqlarının blokadası ilə
* ağır mədəcik aritmiyaları
* damarlarında operativ əməliyyat apoarılması planlaşdırılan adamlar
* miokardın revaskulyarizasiyası(balon dilatasiyası,aortakoronar şuntlama)
* diaqnozun kliniki və peşəkar baxımdan dəqiqləşməsi
Koronar angioqrafiyaya əks göstərişlər:
* qızdırmalı vəziyət
* ürək ritminin ağır pozulmaları
* kəskin kardiomoipatiya total ürək çatışmazlığı ilə
* beyin qan dövranının kəskin pozulması
* müalicə olunmayan polisistemiya
* yod preparatlarına yüksək həssaslıq.

VIDEO – Azerbaycanda invaziv kardiologiyanın tarixi və bu günü. saglamTV
Ürək-damar xəstəlikləri – TOP 10 Videolar 
Kardiologiya – Angioqrafiya və stent icra edən kardioloqlar
Koronar Angioqrafiya. Ürək xəstəliklərinin diaqnostikası
İnvaziv kardiologiya. İntervension kardiologiya
Koronar angioqrafiya və stent
WIKI QALEREYA – Azərbaycan kardiologiya Cəmiyyəti. 

KARDİOLOQLAR:

Abbasəli Abbasəliyev
Şahin Xəlilov
Üzeyir Rəhimov
Ülvi Mirzəyev
Firdovsi İbrahimov
Tofiq Sadıqov
Vuqar Zamanov
Qalib İmanov
Oktay Musayev
Rasim Məhərrəmov
Samir Mustafayev
Sərdar Abdullai

Facebook Comments