İCBARİ TİBBİ SIĞORTA İLƏ 540 SPLENEKTOMIYA ‘M’LIYYAT; ICRA O;UNUB

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 540 dalağın çıxarılması (splenektomiya) əməliyyatı icra olunub. Əməliyyatların 530-u dalağın tam, 10-u hissəvi çıxarılması ilə bağlı icra olunub.
Splenektomiya əməliyyatı əsasən qarın boşluğunda açılan kəsiklə aparılır. Əməliyyat həmçinin laparoskopik üsulla da icra olunur. Hər iki üsulla aparılan əməliyyat icbari tibbi sığorta ilə qarşılanır.
Dalaq xəstəliyinin diaqnostikası üçün və əməliyyatdan əvvəl zəruri olan USM, rentqenoqrafiya, KT, MRT, biopsiya, laborator və instrumental müayinələr icbari tibbi sığorta ilə həyata keçirilir.
Abdominal travmalar nəticəsində orqanın anatomik struktur bütövlüyünün pozulması, dalağın dağılması, dalaq arteriyasının anevrizması kimi patoloji proseslərin ağırlaşması, xoş və bədxassəli şişlər, dalağın absesi, parazitar və qeyri-parazitar kistalar əməliyyat üçün göstəriş sayılır. Bundan başqa yuxarı mədə bağırsaq sistemi qanaxması ilə müşayiət olunan dalaq venasının trombozu, Verlqof xəstəliyində (trombositlərin miqdarının azalması ilə müşayiət olunan xronik autoimmun xəstəlik) terapevtik müalicənin nəticə verməməsi, autoimmun və qan xəstəlikləri fonunda dalağın patoloji genişlənməsi zamanı splenektomiya təyin olunur.
Qeyd edək ki, dalaq sol qabırğanın altında, mədənin solunda yerləşən qanyaradıcı və immun sistemini müdafiə edən vacib orqandır. Sağlam dalaq bütün orqanizmin işinə cavabdeh olan bir sıra funksiyaları yerinə yetirir. Dalaq qan hüceyrələrinin və onların komponentlərinin yaranmasında iştirak edərək filtr funksiyanı yerinə yetirdiyi üçün insan orqanizminə daxil olan bakteriya və virusları təmizləmiş olur. Dalağı götürülmüş insanların müxtəlif infeksiyaların səbəb olduğu pnevmoniya, meningit və digər infeksion xəstəliklərə həssaslığı artır. Bu səbəbdən dalağı çıxarılan insanlara planlı əməliyyatdan bir neçə həftə əvvəl, təcili əməliyyatlarda isə 3 həftə sonra meninqokok, pnevmokok və digər infeksiyalara qarşı peyvənd olunmaları tövsiyə olunur.
Qeyd edək ki, splenektomiya icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində icra olunur.

WIKIMED.AZ AZƏRBAYCAN ONLİNE TİBB ENSİKLOPEDİYASI SAYTINDA TƏBİB VƏ İCBARİ TİBBİ SIĞORTA İLƏ BAĞLI DİGƏR ƏN SON XƏBƏRLƏRİN BAŞLIQ VƏ LİNKLƏRİ

XƏBƏR LENTİ – MULTIDISIPLINAR NEYROTRAVMA MƏRKƏZİNİN YARADILMASININ ƏSAS HƏDƏFLƏRİ NƏLƏRDİR? AVSTRİYA TƏCRÜBƏSİNİ ÖYRƏNƏN DR. PƏRVİN ƏKBƏROV BUNA AYDINLIQ GƏTİRİB.
XƏBƏR LENTİ – İCBARİ TİBBİ SIĞORTA XƏTTİ İLƏ APARILAN PROSTAT VƏZİ ADENOMASI ƏMƏLİYYATLARI NECƏ APARILIR?
XƏBƏR LENTİ – ICBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ YAPONİYADA……
XƏBƏR LENTİ – İCBARİ TİBBİ SIĞORTA İLƏ 540 SPLENEKTOMIYA ‘M’LIYYAT; ICRA O;UNUB
XƏBƏR LENTİ – İcbari tibbi sığorta ilə babasilin müalicəsi 6 metodla qarşılanır
XƏBƏR LENTİ – ÜRƏK DAMARLARINA STENT QOYULMASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ ÖDƏNİŞSİZDİR
XƏBƏR LENTİ – TİROİDEKTOMİYA ƏMƏLİYYATI İCBARİ TİBB SIĞORTA İLƏ ÖDƏNİŞSİZDİR

Facebook Comments