Umumdunya tibb assosiyasinin Helsinki bəyannaməsində həkimlərə tibbi etikaya riayət olunmanin zərurəti xatirladilir və insanlarda bio-tibbi muayinələrin kecirilməsi zamani buna xususi diqqət yetirməyin muhum əhəmiyyət kəsb etdiyi xusui vurgulanir.
Gundəlik tibbi və elmi publistik ədədbiyyatlardada bir cox muasir tibb alimləri haqli olaraq muasir tibbi laboratoriyaya kecmisdir.və klinisist ancaq bu aparatlarin təsirinə dusmusdur deye gileylənirlər və ilkin diaqnozun qoyulmasi ucun həkimin baxisi ikinci plana kecmiş elmi tibbi təcrubə arasindaki gərginlik artmisdir.(P.Vatkins.2000).Hələ E.G Hann (1997)bunlari gorerek qeyd edir ki tibbi təhsil mussisələri məhz həkim yetisdirməlidir kliniki tədqiqatcilar deyil.
Deyilənlər kəskin səslənə bilər , lakin ədalətlidir. Mualicə edən həkim və yazan həkim –bu terminləri 200 ildən artiqdir ki ,oz hekayələrinin birində Balzak demisdir.Dahi yazici eləcədə siyasətbazliq edən , mubariz və tibbi dərmanlar satan həkimləri ayird etmisdir.Həqiqətən də istənilən dovr və istənilən janr klassik əsər ucun səciyyəvi oldugu kimi muəllif tibb işcilərinə ən muasir xarekteristikani vermişdir.
Təcrubəli həkim xususilə də tam gərginliklə işləyən cərrah fiziki cəhətdən ciddi elmi iş ilə məşgul ola bilmir, heç standart xəstəxanalarda da bunun ucun zəruri muasir avadanlıq yoxdur. Digər tərəfdən ,təcili yardim qaydasinda daxil olan (seçilməmiş) xəstələrdə,çətin ki ,randomizasiya,nəzarət qruplarin secilməsi və muasir təbabətin prinsipləri məqsədəuyğun deyil .Bu cur şəraitdə muxtəlif mualicə metodlarını (xusuilə də plasebedan istifadə etməklə)təsdiq etmək olmaz.Seçim yalnız ən yaxşı,duzgun yoxlanılmiş və təcrubədə tətbiq olunmuş faktlardan mumkundur (E.Pellegrini,1999).Bəzi məlumatlara görə,(F.Courselman et al.
,2000)son bir neçə il ərzində urqent pasiyentlər kontigenti 59%artmişdir,agir təxirəsalinmaz xəstələrin sayi 51% çoxalmişdir,bu da inkişaf etmiş ölkələrdə orta həyat muddətinin kəskin artımı ilə əlaqədardır.
Xususi muayinələr daha çox təcili yardim şobələri fəaliyyətinin analizinə xususilə də xəstənin yardşımının gözləmə muddətinin qisalma yollarina həsr olunur (D.Dyricou et al.,1999).Belə xəstələrdə klassik fizikal muayinə metodlarını heç kim ləğv etməyib.Onlar əvvəlki kimi həkimə çox qiymətli təcrubə verir,onlari toplmaq və həmkarlara öturmək lazimdir,bu da çox muhum elmi –təcrubi təqdiqatlarin predmetini təşkil edir (F.A.McAlister,1999). Məhz bu cur elmi işi mumkun deyil,həm də hər tərəfli təşviq edilməlidir.M.Velasco Suarez (1998)və bir çox muəliflər yazirlarki,həkim nisbi hissə malik olmalı ,ən yeni texniki vasitələrin tətbiqini məntiqlə məhdudlaşdirmalı və ilk öncə , etik amillərə əsaslanmali prosedur və ya əməliyyatin keçirilməsi ucun mutləq yaxşı məlumatlandirilmiş,başa salindiqdan sonra xəstənin yazili raziligini almalidir.Duzgun olaraq qeyd edilir ki, mumkun oldugu qeder bahali manipulyasiyalardan qaçmaq lazimdir ki, xəstənin muayinə və muaslicəsi xərcləri azalsin. Bu məsələ hələ xususilə də təkrar edirik,urqent (təcili)xəstər uçun aktual olaraq qalir. Proktologiyanin tibbin ayri (mustəqil) sahəsinə ayrılması ilə bu ixtisas uzrə çox sayda işlər yarandı,lakin kəskin ağrılı anorektal sindromları,rektal qanaxmaları,perianal və sakral buzdum irinləməsi olan çoxsaylı xəstələrə təxirəsalinmaz yardımın göstərilməsi problem olmuş və hələdə problem olaraq qalır.İş ondadırki,urqent(təcili)proktoloji xəstələr təcili cərrahiyə yerləşdirilirlər,bu şobənin həkimləri xususi olaraq proktologiya uzrə hazırliqlı deyillər.Butun proktoloji xəstələrin yarisindan çoxu ilk öncə təxirəsalinmaz cərahhi yardima ehtiyyac duyurlar,bu zaman xəstəlik kəskin paraproktit tutması,babasil duyunlərin duşməsi və boğulması,buzdum nahiyəsində abses,şiş mənşəli yoğun bagirsaq keçməzliyi,kəskin anorektal ağrilardan başlayir.Koloproktologiya uzrə istənilən dərslikdə (A.N.Rıjix,1956,.A.M.Aminev,1965 V.D.Fyodorov,Q.İvoroboy,V.L.Rivkin,1994.,W.Gabriyel,1945J.Goligher,1975.,M.Corman,1984) bu problemlər müzakirə olunur,lakin xüsusi olaraq kəskin proktoloji patalogiya rus dilli işlərdə keçən əsrin əllinçi illərində Sankt-Peterburqda Sestroretsk xəstəxanası proktoloji şöbəsinin nisbətən kiçik iş təcrübəsi üzrə təhlil olunmuşdur (B.L.Kandelis,1980).Bu dövrdən sonra həmz düz bağirsağin bəzi kəskin xəstəliklərinin patogenezinin anlayişinnda ,həm də onlarin müalicə metodlarında işlər yaxşiliğa doğru dəyişmişdir. Bu urqent xəstələrin təxirəsalinmaz proktologiyanın azsaylı şöbələrində toplanması nəticəsində mümkün olmuşdur.
Respublikamızda ilk proktoloji şöbə akademik Mirqasımov adına respublika klinik xəstəxanası nəznində,ilk yoğun və düz bağirsaq cərrahiyyəsi şöbəsi ET Qastroenterolgiya institutunda (koloproktoloji) professor F.İ.Gülməmmədovun rəhbərliyi altında yaradılmişdır. Bu müddət ərzində ATU –nin I cərahhi xəstəliklər kafedrasında professor H.A. Sultanovun rəhbərliyi altinda cərrahi qrup proktologiya ilə məşğuı olmağa başlamışdır.Hal-hazırda akademik Topçubasşov adına ECM -də yoğun və düz bağirsaq cərrahiyyəsi şöbəsi fəaliyyət göstərir.
Üç tibb elimləri doktoru və 8 tibb elmləri namizədinin fəaliyyət göstərdiyi şöbədə nəzəri tədqiqatları təxirəsalınmaz proktoloji stasionarda xəstəliklərin böyük əksəriyyətini təşkil edən kəskin paraproktit və kəskin babasil kimi xəstəlikərin müalicə nəticələrini müəyyən şəkildə yaxşılaşdıran bir neçə yeni metodikaların həmin klinikanın gündəlik təcrübəsində tətbiq olunmasına gətirib çixarmişdir.
Bu metodlar məhz son illər praktikada intensiv şəkildə tətbiq olunur və hələ ki, xüsusi ədədbiyyatda bir o qədər izah edilməmişdir.Urqent proktoloji xəstələrin müalicələrinin təhlili yeni metodikalar üzrə əməliyyat olunmuş xəstələrin sayi təsviri olduğu zaman və bu əməliyyatlarin ən yaxın nəticələrinin təhlili onların əvəlkilərlə nisbətdə üstünlüklərini göstərir ,onda kəmiyyət keyfiyyətə keçmiş və bizdə bu məlumatları dərc etmək və proktoloqlara kəskin paraproktit və kəskin babasil zamani əməliyyatın yeni modifikasiyalarının tətbiqini təklif etmək ,bu çoxsaylı xəstələrdə əməliyyatdan sonrakı müaclicənin yeni metodlarını tətbiq etmək hüququ yaranmışdir. Abdominal cərrahiyədə endoskopik yollarinin,xususilə də laparoskopiyanin geniş tətbiq olunduğu dövrdə, həmin metodlar düz və çənbər bagırsağın bir çox zədələnmələrinin müalicəsində ugurla tətbiq edilir(V.B.Aleksandrov),lakin söhbət böyük qarın bosluğu əməliyyatlarindan gedir,hansilar ki endocərrahiyədə mahir olan ayri -ayri cərrahların vaistəsiləqarındaxili fəsadlar (peritonit)təhlukəsini azaldır,xəstələrin sağalma və tibbi reabilitasiya müdətlərini azaldir.
Eyni zamanda anal kanala, pararektal toxumalara,sağrı-büzdüm nahiyyəsinə əməliyyat yollari ənənəvi olaraq qalir. Proktoloji xəstələrin bu cür ən yeni müayinə metodlarını,məsələn düz bağirsağin xərçəngi zamanı endoanal exoqrafiya,yoğun bağirsagin motorikasinin tədqiqi zamanı – stsintiqrafiya və kino-radioqrafiya və s., biz hesab edirik ki, yoğun bagirsaq sturukturu və funksiyasının planli elmi müayinəsi üçün tələb olunan bu metodikalar çətin ki, urqent proktologiyada geniş şəkildə tətbiq olunsun
.Elmin marağin təmin edilməsi və ağir xəstəyə praktiki təxirəsalinmaz yardım –başqa –başqa şeylərdir.Əlbttəki ,bəzi mühüm yeniliklər və ilk növbədə, diaqnostik laparoskopiya, sözsüz ki, hər bir cərrahi stasionarin arsenalina daxil olmalıdır. lakin düz bağirsaq , anus, parakteal və sagrı-büzdüm nahiyyəsinin kəskin xəstəliklərinin diaqnostikasi ücün əksır hallarda yalnız şikayətlərin analizi ,xarici muayinə ,ehtiyyatli palpasiya ,zondlama və düz bağirsağin barmaqla müayinəsi kimi klassik usullar kifayətdir.
Tibbi etika təxirəsalinmaz yardımın gosdərilməsi zamani yalniz yoxlanilmiş,daha sadə və effektiv manipulyasiyaların onların maksimal ağrağrisizlaşdırılması ilə tətbiqini tələb edir.
Onları necə qiymətləndirmək lazim olduğu ikinci məsələdir.Ehtimal ki,qərbdə universitet tibbi mərkəzlərində qəbul olunduğu kimi , bu növ müxtəlif müqayisəli tədqiqatlar yalnız xüsusi etik komitələrin və xəstələrin özlərinin razılıgı ilə , onların tam yazılı məlumatlandırılması zamanı aparmaq lazımdır,ya da bu könüllü insanlar üzərində ödənişli tədqiqatlardır. Təcrübi urqent cərrahiyədə , xüsusilə də urqent proktologiyada dəqiq işlənmiş müayinə və müalicə alqoritmi daha vacibdir., kim (növbətçi cərrah ,ordinator,şübə müdiri ), nə zaman (qəbul otağinda , səhər palatada ) etməli və etməməlidir. Belə xəstələrdə hətta barmaqla rektal müayinənin aparılması , məsələn , sfinkterin spazmı ilə kəskin anal çat zamanı , hemoroidal düyünlərin boğulması zamanı ağrisizlaşdirma olmadan mümkün deyil.
Ağrısızlaşdırma isə həqiqi məlumatlar təhrif edir. Bir qayda olaraq , kəskin agri zamanı hec bir anaskopiya, rektoskopiya kolonoskopiya etmək lazim deyil. (bəzən rektal qanaxamalar zamanı rektoskopiya istisna olmaqla.) . Göstərişlər üzrə instrumrntal muayinələri əməliyyatdan , agrinin götürulməsindən sonra, planli qaydada yerinə yetirmək lazinmdir. Məsələn , hər bir proktoloji xəstə ( yeri gəlmişkən 50 yaşından yuxarı hər bir “prakriki saglam”kimi ) ilkin kolonoskopiyadan keçməlidir.Bu, simptomsuz yoğun bagirsaq şişlərinin – poliplərin və xərçəngin başlangic formalarinin aşkar olunması və mualicəsinin vaxtinda aparilmasinda yeganə yoldur . Bu ideal variantdir , lakin kəskin anorektal patologiya olan xəstələr uçun olmaz .
Kəskin proktoloji xəstələrinin zəruri və yetərli müayinə və təxirəsalinmaz müalicə metodları istənilən xəstəxanada tətbiq olunur. Həmin metodları urqent proktologiya üzrə hazırlıqdan keçmiş hər bir cərrah bilməlidir.
Əgər təcrübəli cərrahin müasir operativ koloproktologiyanin tam kursunun öyrənməsi üçün , bizim fikrimizcə , ən azi 3-4 ay tələb olunursa, daha sıx anorektal cərrahi cəmi 2-3 həftə ərzində yiyələnə bilər.Bu zaman ən başlıca – xəstənin yatagı yaninda heçnə icad etməmək , qoruyucu,ağrisiz , əsasən fizikal müayinə prinsiplərinə riayət etmə və yalniz qəbul olunmuş əməliyyat və manipulasiyaları tətbiq etmək lazımdir…….
ARDI VAR.
MƏNBƏ: Duz ve Yogun Bagirsagin kəskin cərrahi xəstəlikləri. Kitab.
Xaləddin Musayev. Professor.
Xaləddin Musayev. wikimed.az. Azerbaycan dilində
Xaləddin Musayevin video çıxışları
Proktoloji əməliyyatlar – Dünən və bu gün. Xaləddin Musayev
Халаддин Новруз оглы Мусаев – Rusca
Khaladdin Novruz oglu Musayev – İngiliscə (wikimed.az)
Facebook Comments