Kişi potensiyasının diaqnostikasına seksual stimulyasiya,genital,kremaster,xayalıq ,penis başı,anal refleksler,vibrasiya testi,sistometriya,xarici cinsi orqanda arterial qan təzyiqinin ölçülməsi ,qan döranın tədqiqatları,tomoqrafiya ,dopleroqrafiya və sairə müayinələr aiddir.
Kişi stimulyasiya aparmaq üçün ,xəstəni müayinə otağında tək oturdur və ona seksual –erotik filmı baxmağı təklif edirlər ,xəstənin penisinə tenzometr bağlanır və ekranda ona baxirlar, bu üsulla ereksiyanın vaxtını ,sürətini və keyfiyyətini müəyyən edirlər.
Genital refleks periferik sinirlərin ereksiyaya olan təsirini araşdırmaq üçün yoxlanılır.Burada həm də krimaster refleksi yoxlanilır. Sonuncu bir tərəfli , səthi və hərəki refleksdir. Bu refleksi budun daxili səthində dərini küt alət vasitəsilə siğallamaqla törətmək olar.Nəticədə müafiq tərəfdə xayanın yuxarı qalxması görunür.
Bu refleks nəticəsində xayanı qaldıran əzələ tədricən yığılır və xayanı qaldrır.Belə effekt cinsi oyanma və ereksiya zamanı qeyd edilən prosesə oxşayır. Bu refleks sinir yollarında zədədələnmə olduqda pozulur və ya itir.
Xayalıq refleksi yerli refleks olub , çox vaxt soyuq otaqda soyunan kişilərdə nəzərə çarpır. Bu refleks soyuq əşyanı xayalığa , aralığa və ya budun iç səthinə dəyməsi nəticəsində , xayaların saya əzələ qişasının soxulcanvari hərəkətlərlə yığılmasından ibarətdir.Xayalıq refleksi mielopatiya zamanı olmaya bilər.
Penis başı refleksi iki tərəfli və hərəki refleks olub, penis başının arxa nahiyəsinin qıcıqlanması və ya buraya təzyiq göstərilməsi zamanı, soğanaq –mağaralı cisim əzələsinin və xarici anal sfinkretrinin yığılmasindan ibarətdir.
Penisin başına üzükvari elektrod keçirməklə , bu refleksi elektromioqramma şəklində qeyd etmək mümkündür.
Anal refleks səthi və daxili olmaqla , iki variant müəyyən edilir.Aralıgın sığallamasında xarici anal sfinkterin yığılması müşahidə edilir. Daxili anal refleksi ,əlcək geyilmiş əlin barmağına içəri saldiqda ,anal sfinkterinin yıgılmasından ibarətdir.
Vibrasiya testi vibrator vasitəsilə , 40 – 80 hts tezlikdə , penisin bası nahiyyəsində yerinə yetirilir. Kişilərdə vibrasiya testi variabel nəticələr verir.Bəzən eyni zamanda spermanı analiz üçün əldə edirlər.
Sistometriya sidik kisəsinin sidiklə dolması nəticəsində ,sidik kisəsi daxili təzyiqin qeydiyyatına əsaslanır. Alınmiş əyrinin xarekterinə görə , sidik kisəsinin tonusu və ya onun spazmalara meyillik dərəcəsi araşdırılır.
Bu üsulla sidik kisəsinin boşalma təzyiqi və həm də bu zaman sidik kisəsinə kateter salındığı üçün , sidik kisəsində qalıq sidiyin miqdarı müəyyən edilir.Sidik kisəsi əzələsi və ereksiya əzəzlələri eyni sinirlərlə innervasiya olunduğu üçün , sidik kisəsinə aid dəyişikliklərə əsasən , kişi potensiyası , ereksiya haqqında mülahizə irəli sürülür.
Kişi xarici cinsi orqanında , yəni penisdə qan təzyiqinin ölçülməsi civə tenzometri vaistəsilə yerinə yetirilir
.Əvvələr marağlı cisimlər üzərində pulsasiyanın dərəcəsinin palpator olaraq,qiymətləndirirdilər.Klassik tenzometrik üsulla, penisdə arteral qan təyziqini ölçmək üçün ,əvvəl , əldə , yəni qolda arterial qan təyziqi ölçülür, müəyyən edilir.Bu proseduranı sakit otaqda , uzanmış vəziyyətdə , sıxıcı manjete sistolik təzyiqdən çox olmaq şərtilə hava yeritməklə icra edirlər.
Müasir dövrdə qolda və həmdə penisdə arterial qan təzyiqini elektron-tenzometri vaistəsilə müəyyən edirlər.Yeri gəlmişkən qeyd edək ki cinsi orqanların kompüter və ya maqnit rezonans tomoqrafiyaların gedişində arterial və venoz qan dövranı dopler üsulu ilə yoxlanılır.
MƏNBƏ: Rauf Rzayev. Seksologiya kitabı.
Rauf Rzayev. Uroloq-androloq.
Facebook Comments