ÖLÜM MƏLƏYİ LƏQƏBLİ ALMAN HƏKİMİ – JOSEF MENGELE. DÜNYANIN ƏN QƏDDAR HƏKİMİ

“Ölüm mələyi” ləqəbini qazanmış Josef Mengele dünyanın ən qəddar həkimlərindən biridir. Həyatı boyunca insanlar üzərində apardığı təcrübələr nəticəsində 2 milyondan çox insanın daha çox uşaqların ölümündə bir-başa məsuliyyət daşıyır.
Hitlerin yaxın adamlarından olan Josef Mengele ən böyük düşərgə olan Auschwitz düşərgəsində öz qorxunc planlarını yahudilər üzərində həyata keçirmişdir.
Ona “ölüm mələyi” ləqəbi taxdılar çünki ora vaqonlarla gələn yəhudilərin taleyini o müəyyən edirdi. İnsanları sağ və sol hissəyə ayırır. Bunlardan yararsız olanları bir-başa qaz otaqlarına, ölümə yollayırdı. Yararlı olanlardan isə öz təcrübələrində istifadə edirdi.
İnsanın nə qədər təzyiqə dözə bildiyini müəyyən etmək üçün insanları gözləri ürəkləri partlayacaq qədər böyük təzyiq olan otaqlarda saxlayır, təcrübələrin nəticəsini özü üçün qeyd edirdi. Ən qorxunc təcrübələri əkiz uşaqlar üzərində aparmışdır.
O uşaqlar ona əmi deyərlərmiş, buna səbəb bu həkimin onlarla əvvəlcə yaxşı rəftar etməsi, onlara şkolad verib beyinlərini aldatması idi. Belə təcrübələrdən birində o “Guida və İna” adlı iki qaraçı uşağı özü ilə aparmışdır.
Qayıdanda isə onlar bellərindəm bir-birinə tikilmiş və yaraları mikrob qapmışdı. Onlar ölümə tərk edilmişdi. Gecə-gündüz ağrıdan qışqıran bu uşaqların anası Morfin öz uşaqlarını tapmış daha çox ağrı çəkməmələri üçün öz əlləri ilə uşaqlarını öldürmüşdür.
Bundan əlavə o insanlarım göz rəngini dəyişib maviyə boyamaq və xüsusi alman irqi yaratmaq istəyirdi. Amma bu təcrübələr uğursuz olmuş və uğursuz olduğu kimi minlərlə insanın ölümünə səbəb olmuşdur. Daha çox təcrübələr də həyata keçirilmişdir, amma sənədlər yandırıldığından bəziləri sirr olaraq qalacaq.
Təcrübələrə aid şəkillər mövcuddur, aşağıdakı linkdən baxa bilərsiniz, lakin ürəyi zəif olanların baxması tövsiyə olunmur:

Facebook Comments