EVDƏ TİBBİ XİDMƏT

Evdə tibbi xidmət nədir?

Evdə tibbi xidmət -müayinə,tibbi baxım,müali,müşahidə və aanaliz kimi tibbi xidmətlərin ev şəraitində təşkil və təmin olunmasıdır.İnsanlar bu xidməti xəstəxanada deyil evində qəbul edir.Yaşlı və xüsusi şərtlərə görə evindən çıxa bilməyən ya da cıxmağı riskli olan şəxslər evdə tibbi xidmət sayəsində komfortlu şəraitdə müalicə oluna bilirlər.Xüsusilə 65 yaşından yuxarı insanlar üçün bu xidmət xəstəxanada sıra gözləmək ,nəqliyyatda vaxt itirmək problemini və infeksiya riskini azaltdığı üçün əhəmiyyətli xidmətdir.Siz də özünüz,ailəniz yaxud da yaxınlarınızdan biri üçün evdə tibb və baxım  xidmətlərindən faydalana bilərsiniz.

 Evdə müayinə və müalicə
Həkimə getməlisiniz lakin evdən çıxa bilmirsiniz?Evə həkim çağırmalı ,evdə müayinə olmalısınız?Yoxsa ananızı,atanızı,yaşlı hər hansı yaxınınızı müayinə üçün xəstəxanaya aparmalısınız?Yeriyərkən çətinlik çəkir və fizioterapiya üçün tibb müəssisəsinə getməlisiniz?Sağlamlıq şərtləriylə bağlı bu və bunabənzər hallar sizə tanış gəlirsə evdə müayinə və müalicə xidmətləri həyat tərzinizi asanlaşdıracaq.Evdə tibb xidmətlərinə-evdə həkim müayinəsi,tibb bacısı köməyi,əhatəli tibb bacısı xidmətləri,evdə fizioterapiya,düzgün qidalanma və dietoloq dəstəyi,evdə sosial məsləhətçi psixoloji dəstək mütəxəssisləri,evdə laborator analizlər,evdə qanvermə,USM və bu kimi çeşidli xidmətlər aiddir.Xidmətlə bağlı klinikamızın …… nömrəsindən məlumat ala bilərsiniz.

Evdə həkim xidməti
Qısacası evdə həkim xidmətinin məqsədi həkimlərin evindən çıxmağa çətinlik çəkən xəstələri evlərində ziyarət edərək onları müayinə edib və lazımi müalicə planını təyin etməkdən ibarətdir.

Evdə müayinə nə üçündür?
Evdə həkim xidmətini icra edən mütəxəssis həkim xəstəni sağaltmaqdan əlavə xəstənin və xəstəliyin vəziyyətini ümumi şəkildə ələ alaraq xəstəliyin diaqnozunu qoyur,xəstəliyin təkrarlanmasının qabağını almaq üçün tədbir görür və eyni zamanda xəstəliyin müalicə müddətinin gedişatına nəzarət edir.Həkim müvafiq diaqnozu qoyur və bunu edərkən xəstənin yaşı,istifadə etdiyi dərmanlar,həyat şəraitinin xəstəlik üzərindəki təsiri mi bir çox faktor da nəzərə alınır.
Evdə tibbi xidmət göstərən həkim eyni zamanda xəstəliyin qarşısının alınmasından məsuldur.Bu məqsədlə həkim funksional balans yaradır:xəstənin görmə və eşitmə qabiliyyətini,psixoloji vəziyyətini,psixomotor fəaliyyətini aşkarlayıb diaqnozu təyin edir.Xəstəyə qidalanma.şəxsi gigiyena ,fiziki fəaliyyətlərlə bağlı məsləhətlər verir.Həkim xəstəlik getdikcə irəlilədikdə ya da anidən ağırlaşdıqda xəstənin ümumi vəziyyəti,həyat tərzi və yaxınlarını tanıyıb bildiyi üçün xəstənin evdə yaxud xəstəxanada müalicə olunması haqqında məsləhətçi rolunu oynayır.

Baxım xidməti
Adətən yaşlı xəstənin bir çox mövzuda baxım dəstəyinə ehtiyacı vardır.Evdə tibbi xidmət verən həkimin digər vəzifəsi də xəstənin baxım müddətini kordinasiya etməkdir.Sözü gedən tibbi baxımın təşkili evdə baxım müddətinin sağlam formada davam etməyi üçün vacib bir amildir.Buna görə həkim evdə baxım müddətini təşkil edir və ehtiyac olduqda mütəxəssis həkimlərin xəstəni müayinə etməyini,tibb bacısı ,xəstə baxıcıların,kinezioterapevtlerin və ümumi olaraq evdə tibb bacısı və baxım xidmətlərini müalicə müddətiə daxil edilməsini təmin edir.

Evdə qanalma xidməti nədir necə işləyir?
Evdə qan almaq xidməti xüsusilə sağlamlıq şərtlərinə görə evdən çıxa bilməyən xəstələr üçün faydalı xidmətdir.Bunun üçün tibb personalı evinizə gəlib laborator analiz üçün qan alır.
Evdə qan alma xidməti xüsusilə xəstənin evindən çıxmayaraq laborator qan analizlərini etdirməyini təmin edən mobil tibbi xidmətdir.Evə gələn tibb personalıqanın nümuneəsini götürdükdən sonra laboratoriyaya aparır.Laborator analizin nəticəsi xəstəyə elektronik formada göndərilir.

Evə gələn tibb personalı
Evdə qan almağa gələn tibbi personal xidmət göstərən laboratoriyanın laborantı və yaxud tibbi xidmət göstərən müssisənin mütəxəssis tibbi personalı ola bilər.

Qan nümunəsinin daşınması
Qan götürüldükdən sonra laborator analizin növünə görə lazım olarsa soyuq şəraitdə mühafizə edilərək daşınır.Buna müvafiq olaraq soyuq tibbi çantalardan istifadə olunur.Həkimin istədiyi qan analizi üçün qanın özünəmaxsus formada mühafizə olunmasına ehtiyac olmazsa  o zaman qan normal tibbi çantada aparıla bilər.

Evdə qan alma xidmətinin üstünlüyü nələrdir?
Evdə qan alma xidməti xüsusilə yaşlı xəstələrin evdəki komfort şəraitlərini tərk etməyərək qan verməklərini təmin edir.Beləliklə də yaşlı şəxs qan vermək üçün tibb müəssisəsinə getmək,qeydiyyatdan keçmək,sırasını gözləmək kimi prosedurlardan azad olur.Həmçinin xəstə qəbulu çox olan tibb müəssisələri nə qədər təmizlənib dezinfeksiya olsa da infeksiya yayılma riski yüksək olanyerlərdir.Bu xidmət sayəsində yaşlılar infeksiya tutmaqdan qorunurlar və əlbəttəki,eyni zamanda bu mobil xidmət vaxtdan gözlə görünəcək qədər qənaəti təmin edir.

Evdə fizioterapiya
Fizioterapiya müəyyən fiziki idmanların fizioterapevt köməyi ilə həyata keçirildiyi bir reabilitasiya müalicəsidir.Fizioterapiyanın tətbiqində bəzən tibbi avadanlığa ehtiyac olmadığı üçün ev şəraitində bu prosedur rahat həyata keçirilir.Lakin müalicəni başdan sonuna kimi sağlam şəkildə davam etmək üçün bəzi nüanslara diqqət etmək lazımdır.

Terapiya müddəti necə davam edir?
İlkin olaraq xəstə müayinə olunmalıdır.Həkim müyinədən sonra xəstəyə müalicə planı hazırlayır.Burada vacib olan müayinənin evdə yaxud tibb müəssisəsində olacağını müəyyənləşdirməkdir.Bir çox şəhərlərdə evdə fizioterapiya xidməti verən tibb müəssisələri vardır.Bu xidmət sayəsində evindən çıxa bilməyən və yaxud yatalaq insanlar ev şəraitində müayinə oluna bilirlər.Evdə  bu xidmətdən istifadə etməmişdən əvvəl xidmət göstərən tibb müəssisəsindən evinizə gəlib gəlməyəcəyini öyrənmək lazımdır.
Evdə fizioterapiya xidməti göstərən bir çox müəssisə vardır.Lakin bunların bir qismi evinizə həkim göndərir.Bəzi sağlamlıq mərkəzləri isə evinizə müayinə üçün həkim eyni zamanda tibbi personalı göndərir.Əgər hal hazırda müayinə olunub və əlinizdə həkimin imzalı müalicə planı varsa evdə fizioterapiya xidməti verən tibb müssisəmizlə əlaqə yaradıb fizioterapevt ilə məsləhətləşə bilərsiniz.

WIKIMED.AZ – DA  – BAKI BƏRPA MƏRKƏZİ
WIKIMED.AZ – DA – ALLİANCE CLİNİC BAKU
BEPAMERKEZİ.AZ – BAKI BƏRPA MƏRKƏZİNİN WEB-İNTERNET SAYTI
ALLİANCECLİNİC.AZ – ALLİANCE CLLİNİC İNTERNET SAYTI

Facebook Comments