EVDƏ TİBBİ XİDMƏT – VACİB TÖVSİYYƏLƏR

 Yaşlı xəstənin yaxınları nələrin qayğısına qalmalıdır?
Yaşlı xəstənin baxımında qayğının rolu olduğu qədər məsuliyyət tələb edən prosesdir.Bu prosesdə həm yaşlı xəstənin rahatlığı və sağlamlığı,həm də yaşlıya baxan ,onunla maraqlanan yaxınının ümumi sağlamlığı baxımından  əhəmiyyətlidir.

                                         Xəstə yaxınları
Xəstə yaxınları hər şeydən əvvəl özlərinə qayğı göstərməli, öz sağlamlıqlarına laqeyd yanaşmamalı, fiziki olduğu qədər psixoloji sağlamlığına da diqqət göstərməli və mütəmadi olaraq tibbi müayinələrdən keçməlidirlər.Vaxt itirməmək üçün sağlamlıq müayinələrini gecikdirmək irəlidə daha çox vaxt itkisinə səbəb olmaqla yanaşı baxımından məsul olan yaşlı şəxsin də qayğısının ,baxımının gecikməsinə səbəb ola bilər.

                                Xəstəliklə bağlı məlumatlanmaq
Xəstə yaxınlarını ən azı yaşlı baxımı və xəstə yaşlı baxımı mövzusunda məlumatlandırmaq lazımdır. İnternetdə yaşlı baxımı,yaşlı xəstə baxımı , yaşlı xəstənin həyat tərzi kimi mövzularda geniş miqyaslı məlumat əldə etmək mümkündür. Evdə baxım xidməti verən bəzi tibb müəssisələri xəstə yaxınlarına təlim xidməti də verir. Bu qısa lakin faydalı təlimlərə diqqət yetirib qoşulmaq məlumatlanmaq baxımından əhəmiyyətlidir.Əlbəttəki yaşlı xəstənin öz xəstəliyi haqqında məlumatlanması vacibdir.Bunun üçün xəstəliklə bağlı sadə lakin vacib məlumatlar əldə etmək olar.

                            Evdə tibbi dəstək
Xəstəliyin gedişatına görə xəstənin evdə tibbi dəstəyə ehtiyacı olacaqdır. Belə bir vəziyyətə əvvəlcədən hazır olmaq lazımdır.Çətin vəziyyətdə qalmamaq üçün evdə tibbi dəstək almaq istədiyiniz zaman hansı tibb müəssisəsi ilə əlaqə yaradacağınızıəvvəlcədən öyrənib dəqiqləşdirmək ehtiyacınız olan zaman soyuqqanlı olmağınıza ,prosedurun tezləşməsinə və yaşlı şəxsə lazımi müdaxilələrin olunmasına şərait yaradacaq.

           Evdə baxım nədir və kimin ehtiyacı vardır?
Evdə baxım -öz sahəsində mütəxəssis olan həkimin yaşlının evinə gedərək ona göstərdiyi qayğı xidmətidir.Evdə baxım xidmətinin əsas məqsədi orta və yuxarı yaşlardaki şəxslərin günlük bəzi işlərini həll etmək  və sağlamlıqla əlaqəli mövzularda evə gələn baxıcıdan dəstək alaraq evində müstəqil şəkildə yaşamağını təmin etməkdir.

                                  Evdə baxım xidməti nədir?
Hər şeydən əvvəl unutmamalıyıq ki, evdə baxım xidməti verən şəxs xəstə baxıcısıdır,tibb bacısı deyildir.Xəstəyə baxan şəxslərin tibb bacısı xidmətlərini icra etmək səlahiyyəti yoxdur,lakin əksinə tibb bacısı xəstə baxım xidməti verə bilər.
Evdə baxım xidməti verən şəxs xidmətdən yararlanan xəstəyə
-düzgün qidalanma mövzusunda dəstək olur
-təmizlik,qab yumaq kimi ev işlərində dəstək olur
-şəxsi qayğı göstərir
-dərmanların vaxtında və düzgün dozada qəbul edilməsinə nəzarət edir
-xəstəyə müşaiyət edir
-həkim ,tibb bacısnın ziyarətini xəbər verir
-və sadə sağlamlıq mövzularında kömək edir.
Bu siyahı baxıcı ilə razılaşmaya uyğun olaraq artırıla və azaldıla bilər.Burada vacib olan hansı baxım xidmətinə ehtiyac olduğunu dəqiq müəyyanləşdirmək və bu xidmətləri baxıcıya və xidmət göstərən müəssisəyə aydın şəkildə çatdırmaqdır.

              Kimlərin evdə baxım xidmətinə ehtiyacı var?
Baxım xidmətinə ehtiyacınız olub olmadığını təyin etmək üçün özünüzə sadə bir neçə sual verə bilərsiniz:
-Yaşınıza görə ya da xəstəlikdən sonra sağalma mərhələsində olduğunuz üçün evinizdə köməyə ehtiyacınız var?
-Yataqdan qalxarkən və yatağa girərkən köməyə ehtiyacınız varmı?
-Qab ,paltar yumaq kimi məişət işlərinizdə köməyə ehtiyacınız varmı?
-Həkim müayinələrinə tək gedə bilirsiniz?
-Dərmanlarınızı düzgün dozada və vaxtında içə bilirsiniz?
-Yeməklərinizə nəzarət edib,düzgün qidalana bilirsiniz?
-Şəxsi gigiyenaya mütəmadi olaraq nəzarət edə bilirsiniz?
Bu suallara verdiyiniz cavablar əsasında evdə baxım xidmətinə ehtiyacınız olub olmadığını müəyyələşdirmək mümkündür.Əgər bu suallara ümumi olaraq “xeyr” cavabı verdinizsə evdə baxım xidmətinin sizə faydalı olacağına şübheniz olmasın.

             Evdə sağlamlıq xidməti növləri və personalı
Xəstələrin ev şəraitində geniş miqyaslı sağlamlıq xidmətlərindən faydalanması Evdə Sağlamlıq Xidmətləri adı altında həyata keçirilir.Evdə sağlamlıq xidmətlərinə-evdə tibbi xidmət , baxım  və xəstəni müşayiət etmək daxildir. Buradaki vacib məqam xəstəyə baxım və müşaiyət etməkdən əlavə göstərilən tibbi xidmətlərin həkim qrupları və həkim ,tibb bacısı, fizioterapevt və psixoloq kimi mütəxəssis səhiyyə işçiləri tərəfindən həyata keçirilməsidir.

          Evdə sağlamlıq xidmətlərinin alt qrupları nələrdir?
Evdə tibb xidmətlərini ümumi 6 başlıq altında nəzərdən keçirə bilərik.
-Evdə profilaktik xidmət
Evdə profilaktik müalicə xəstənin sağlamlıq problemini sadə bir şəkildə müalicə etməyi və mümkün  fəsadların qarşısını almağı hədəfləyən bir xidmətdir.
-Evdə diaqnostik xidmət

Bu növ xidmətdə diaqnostik cihazlar xəstənin evinə gətirilir və xəstənin müayinəsindən sonra diaqnoz qoyulur.
-Evdə müalicəvi xidmət
Bu xidmət növü xəstəxanadan buraxılan xəstənin müalicə gedişatına xüsusilə reanimasiyadan sonra xəstə yaxınlarının bu prosesə daxil etməyi hədəfləyir.Xəstəlik və müalicə haqqında məlumatlandırılan xəstə yaxınları müalicənin gedişatına daxil olur.
-Evdə reabilitasiya xidməti
Reabilitasiya xəstənin xəstəxanadan çıxdıqdan sonra bərpa müddətini sağlam və təsirli bir şəkildə həyata keçirməyi hədəfləyən müalicə növüdür.
-Evdə uzunmüddətli xidmət
Xroniki xəstəliyi olan yaşlı insanlar bu xidmətdən faydalanırlar. Buna müvafiq xüsusi baxıcı və ya xəstəyə qayğı göstərəcək tibb müəssisəsi ilə razılaşırlar.Bu xidmət daimi və nöbəli olur.Xəstənin ümumi vəziyyətinə uyğun xidmət təyin edilir.

Evdə hospiz xidmət
Tibb xidmətinin ən əhatəli və ağır xidmət növü olub digər adı da polliativ xidmətdir.Hospiz ximətin məqsədi müalicə etmək deyil,terminal halda olan xəstənin şikayət və ağrılarını mümkün qədər azaltmağı təmin etməkdir

Evdə tibbi xidmət personalları
Evdə tibbi xidmətlər birdən artıq insandan ibarət qrup tərəfindən təmin edilir. Hər bir mütəxəssisin sahəsi və məsuliyyəti fərqlidir.Hər birinin müalicə prosesinə daxil edilib edilməyəyi xəstənin ehtiyaclarından asılıdır.
-Həkimlər
Evdə tibbi xidmət daxilində həkimin əsas vəzifəsi evdə müalicə alan və ya baxılan xəstənin müalicə və ya baxım müddətini təşkil etməkdir.Başqa sözlə desək evdə müalicə protokollarının təşkilatçısıdır.
-Tibb bacısı
Evdə tibb bacısı xidmətinə ümumi tibb bacısı öhdəlikləri və cəmiyyətin sağlamlığı prinsipləri daxildir.
-Fizioterapevt
Evdə fizioterapiya xəstənin əzələ gücünü artıran və müvazinət qabiliyyətini gücləndirən müalicə tətbiqlərindən ibarətdir.
-Psixoloq
Onların vəzifəsi əgər varsa xəstənin ruhi və sinir problemlərini həll etməkdir.
-Dietoloq
Dietoloq xəstəliyi nəzərə alaraq xəstəya xüsusi qidalanma planı hazırlayır və xəstənin sağlam qidalanma vərdişi qazanmasını təmin edir.
-Peşə terapevti
Xəstənin gündəlik həyat bacarıqlarını artırmağı hədəfləyir və bu istiqamətdə xəstəyə məşqlər etdirir.
-Danışıq terapevti
Xəstəliklə əlaqədar olaraq məhdud nitq və ya ünsiyyət bacarığı olan xəstələrin ünsiyyət qurmağına imkan yaradır və xəstəni müalicə prosesi haqqında məlumatlandırır.
-Evdə xəstəyə baxan müşayiətçi
Həkim və tibb bacısının rəhbərliyi altında xəstəya şəxsi qulluq ,hərəkət etməyə  və dərman qəbulu kimi mövsularda dəstək olan çəxsdir.
-Ailə üzvləri
Müalicə qrupunun əsas iştirakçısıdır. Ailə üzvlərinə xəstəlik haqqında məlumat verilməyi, hətta zərurət olasra xəstə yaxınlarına xəstəlik haqqında təlim verilməsi müalicə qrupunun digər iştirakçılarıyla əlaqə qurmağı müalicənin gedişatına müsbət təsir göstərir.

WIKIMED.AZ – DA  – BAKI BƏRPA MƏRKƏZİ
WIKIMED.AZ – DA – ALLİANCE CLİNİC BAKU
BEPAMERKEZİ.AZ – BAKI BƏRPA MƏRKƏZİNİN WEB-İNTERNET SAYTI
ALLİANCECLİNİC.AZ – ALLİANCE CLLİNİC İNTERNET SAYTI

Facebook Comments