Uşaqlarda orta qulaqda maye toplanması
Orta qulaq, qulaq pərdəsinin arxasında hava ilə dolu olan sahədir. Bir uşağın orta qulaqda maye toplanması (efüzyonlu otitis media) olduqda, bu orta qulaqda sulu və ya seliyəbənzər bir mayenin yığılması deməkdir.
Orta qulaq mayesi qulaq infeksiyası ilə eyni deyil. Qulaq infeksiyası ümumiyyətlə soyuqdəymə zamanı, orta qulaq mayesinin viruslara, bakteriyalara və ya hər ikisinə yoluxduğu zaman baş verir. Orta qulaq mayesi olan uşaqlarda infeksiya əlamətləri və simptomları yoxdur. Uşaqların çoxunda qızdırma və ya şiddətli ağrılar olmur, ancaq yüngül bir narahatlıq və ya eşitmə çətinliyi ola bilər. Uşaqların təxminən 90% -i 5 yaşından əvvəl orta qulaqda maye alır.
Orta qulaq mayesinə nə səbəb olur?
Orta qulaq mayesinin tək bir səbəbi yoxdur.
Keçmişdə qulaq infeksiyası
Soyuqdəymə və qrip
Evstax borusunun tıxanması( orta qulağı burun arxasına bağlayan dar kanal)
Orta qulaq mayesi əlamətləri hansılardır?
Orta qulaq mayesi olan bir çox sağlam uşaqda çox az ya da heç bir problem yoxdur. Adətən özləri sağalırlar. Ümumiyyətlə orta qulaq mayesi adi bir müayinədə aşkar edilir. Əgər qulaqda narahatlıq varsa da yüngül dərəcədədir. Uşağınıznarahatlıq hiss edə bilər, qulaqlarını ovuşdura bilər və ya yatmaqda çətinlik çəkə bilər. Digər simptomlar arasında eşitməqabiliyyətinin itməyi, əsəbilik, yuxu problemləri, kontrol ediləməyən hərəkətlər, nitq və ya dil problemləri və zəif məktəb performansı var. Uşağınızın televizora daha yaxın oturduğunu və ya səs səviyyəsini həmişəkindən daha çox artırdığını görə bilərsiniz. Bəzən uşağınızın sizə xüsusən də oyun meydançasında və ya səs -küylü bir mühitdə diqqət yetirmədiyini görə bilərsiniz.
Uşağınızın eşitmə qabiliyyətindən narahat olsanız həkimi ilə danışın. Uşağınızın qulaq problemlərini qeyd edin.Bu qeydlər uşağınızın həkiminə orta qulaq mayesinin səbəbini tapmaqda kömək edə bilər.
WIKIMED.AZ – DA – BAKI BƏRPA MƏRKƏZİ
WIKIMED.AZ – DA – ALLİANCE CLİNİC BAKU
BEPAMERKEZİ.AZ – BAKI BƏRPA MƏRKƏZİNİN WEB-İNTERNET SAYTI
ALLİANCECLİNİC.AZ – ALLİANCE CLLİNİC İNTERNET SAYTI
Facebook Comments