ƏLÖVSƏT İSAYEV ORTOPEDİK ONKOLOQ, TRAVMATOLOQ-ORTOPED

ƏLÖVSƏT İSAYEV ORTOPEDİK ONKOLOQ, TRAVMATOLOQ-ORTOPED
Milli Onkologiya Mərkəzinin həkimi, ortopediya və travmatologiya uzmanı, ortopedik onkologiya və əl cərrahiyyəsi və mikrocərrahiyyə üzrə mütəxəssis Əlövsət Həmid oğlu İsayev

DOKTOR ƏLÖVSƏT İSAYEVİN  TƏHSİLİ:
İsayev Əlövsət Həmid oğlu 1974-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur.
1988-ci ildə Əlövsət İsayevin ailəsi Qərbi Azərbaycandan (Ermənistan Respublikası) Erməni terrorizmi nəticəsində deportasiya olunmuşdur.
1991-ci ildə Bakı şəhərində 252 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir.
1990-cı ildə Əlövsət İsayev Fizika fənni üzrə respublika olimpiadasında 2-ci yerin qalibi olmuşdur. 1991-ci ildə Türkiyyə Cumhuriyyətindəki Universitetlərdə təhsil üçün keçirilən imtahanlardan yüksək qiymətlər alaraq bu ölkədə təhsil almaq hüququ qazanmışdır.
2000-2001-ci illərdə İstanbulda Qırmızı Aypara Cəmiyyətində həkim olaraq işləmişdir.
2002-ci ildə TUS imtahanını verərək Ege Universiteti Ortopediya və Travmatologiya kafedrasında ixtisaslaşma haqqı əldə etmişdir.
2006-cı ildə Əlövsət İsayev Ege Universitetində “Anevrizmal və Bəsit sümük kistalarında müalicə nəticələri” mövzusunda dissertasiya müdafiə edərək Ortopediya və Travmatologiya mütəxəssisi adını almışdır.
2007-2008-ci illərdə Əlövsət İsayev İstanbul şəhərində Özəl xəstəxanada Ortopediya və Travmatologiya mütəxəssisi olaraq fəaliyyət göstərmişdir.
2009-cu ildən günümüzə kimi Əlövsət İsayev Bakı şəhəri Milli Onkologiya Mərkəzində Ortopediya və Travmatologiya mütəxəssisi kimi, həmçinin Ortopedik Onkoloq olaraq fəaliyyət göstərməkdədir.
Op Dr Əlövsət İsayev Dayaq Hərəkət aparatının bir çox xəstəliklərində lazım gələn mürəkkəb cərrahiyyə əməliyyatlarını müvəffəqiyyətlə dünya standartları səviyyəsində icra etməkdədir.
Həkimin şəxsən apardığı tədqiqatlar və onların nəticələri haqqında yazmış olduğu məqalələri  həm xarici tibb jurnallarında həm də ölkəmizdəki tibb jurnallarında çap olunmuşdur.

DR.ƏLÖVSƏT İSAYEVİN  İŞTİRAK ETDİYİ TƏDBİRLƏR:
7 sentyabr 2011-ci il tarixində Qlazqoda keçirilən Avropa Orqan Transplantasiya Cəmiyyətinin 15-ci Konqresində “Transplantasiya sonrası xəstələrdə Caposi’nin Sarkomalarının  erkən meydana gəlməsi” mövzusunda iştirak etmişdir.
2012-ci ildə Bakıda keçirilmiş Ümummilli Lider H. Əliyevin ad gününə həsr olunmuş elmi-praktiki konfransında”Onurğanın metastatik törəmələrində dekompresiya və fiksasiya əməliyyatının keyfiyyətinin yaşama üzərinə olan təsirlərinin araşdırılması”mövzusunda iştirak etmişdir.
Milli Onkologiya Mərkəzində müalicə olunmuş miksoid liposarkoma xəstələrinin qısa müddətli təqibinin nəticələri. Ümummilli Lider H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları, Bakı 2013
2013-cü ildə Qazaxıstanda keçirilən MDB-nin onkoloq və radioloqlarının VII qurultayında “Etil spirti və formalinin əməliyyat zamanı istifadəsinin anevrizmal sümük kistinin residivləşməsinə təsiri” mövzusu ilə iştirak etmişdir.
2014-cü ildə Bakıda keçirilmiş Ümummilli Lider H. Əliyevin ad gününə həsr olunmuş elmi-praktiki konfransında iştirak etmişdir.

DOKTOR ƏLÖVSƏT İSAYEVİN ELMİ FƏALİYYƏTİ:
Anevrizmal və bəsit sümük kistalarının müalicə nəticələri. Dissertasiya (uzmanlıq tezi) , 2006 , İzmir
Əzələ-skelet sisteminin zədələnmələrinin  diaqnostikasında qalın iynə biopsiyası  ISOLS 2007,Almaniya  P 3.49
Daban lokalizasiyalı törəmələrin  cərrahi müalicə variantı olaraq taəsaxımlı sural fleb tətbiqi.
“Müalicə olunmuş sümük kistalarının residiv vermə xüsusiyyətləri”Azərbaycan Onkologiya və Hematologiya jurnalının Bakı 2010 №113 nömrəsində dərc edilmişdir.
Thick needle biopsy in the diagnosis of musculoskeletalsystem lesions. ISOLS 2007 Germany P 3.49
Müalicə olunmuş sümük kistalarının residiv vermə xüsusiyyətləri. Azərbaycan Onkologiya və Hematologiya jurnalı, Bakı 2010 № 113
Early occurency of Caposi’s Sarkomas in post Transplant Patient Treated. 15th Congress of the European Society for Organ Transplatation. Glassgow, 7 september 2011
Onurğanın metastatik törəmələrində dekompresiya və fiksasiya əməliyyatının keyfiyyətinin yaşama üzərinə olan təsirlərinin araşdırılması. Ümummilli Lider H. Əliyevin ad gününə həsr olunmuş elmi-praktiki konfransın materialları, Bakı 2012
Milli Onkologiya Mərkəzində müalicə olunmuş miksoid liposarkoma xəstələrinin qısa müddətli təqibinin nəticələri. Ümummilli Lider H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları, Bakı 2013
Dəri törəmələrinin eksiziyadan sonra səthi defektlərin dəri grefti ilə rekonstruksiyası. Azərbaycan Onkologiya və Hematologiya jurnalı, Bakı 2010 № 2
Влияние использования этилового спирта и формалина в ходе операции на рецидивирование аневризмальной костной кисты VII Съезд Онкологов и радиологов СНГ-2013 Казахстан-2013
Daban lokalizasiyalı törəmələrin cərrahi müalicə variantı olaraq taəsaxımlı sural fleb tətbiqi. Ümummilli Lider H. Əliyevin ad gününə həsr olunmuş elmi-praktiki konfransın materialları, Bakı 2014

DOKTOR ƏLÖVSƏT İSAYEVİN İŞ YERİ:
2009-cu ildən Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsində həkim vəzifəsində çalışmaqdadır.

Dr.ƏLÖVSƏT İSAYEVLƏ ƏLAQƏ TEL:
(+994 12) 537-08-11
Mobil: 050 – 401-59-00


DOKTOR ƏLÖVSƏT İSAYEVİN FACEBOOK PROFİLİ

Facebook Comments