SAHİB MƏMMƏDOV KARDİOLOQ, ŞİRVAN ŞƏHƏR XƏSTƏXANASI

Həkim-kardioloq Sahib Məmmədov 1969-cu ildə Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur.
DOKTOR SAHİB MƏMMƏDOVUN TƏHSİLİ VƏ ƏMƏK FƏALİYYƏTİ:
1976-1986-cı illərdə Sahib Məmmədov orta təhsil alaraq 1986-da Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-Profilaktika Fakultəsinə (İndiki ATU) daxil olmuşdur.
Ali təhsil müddətində 1988-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.
1993-cü ildə Sahib Məmmədov Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1993-1994-cü illərdə Sahib Məmmədov Bakı şəhərində yerləşən 1 saylı Xəstəxanada (Keçmiş Semaşko) klinik ordinatura keçmişdir.
Doktor Sahib Məmmədov 1994-cü ildən etibarən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim-kardioloq vəzifəsində çalışır.
Yanaşı olaraq 1994-1998-ci illərdə Şirvan Şəhər Təcili Tibbi Yardım Stansiyasında həkim-kardioloq işləmişdir.
Həkimlik fəaliyyəti dövründə doktor Sahib Məmmədov Azərbaycanda və Avropa ölkələrində müxtəlif ixtisasartırma kurslarında, elmi konqress və konfranslarda iştirak etmişdir.
Hər 5 ildən bir Əziz Əliyev adına Az.DHTİ-da təkmilləşdirmə kursunda iştirak edir.
Sahib Məmmədov 2010-cu ildən etibarən hər il (2020 Covid 19 Pandemiyası dövrü istisna olmaqla) Tükiyə Kardioloji Dərnəyinin bütün illik konfranslarında iştirak edir.
O eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin il ərzində müxtəlif məzmunda keçirilən bütün konfranslarında və qurultaylarında iştirak edir.
Sahib Məmmədov həmçinin
2011-ci ildə Parisdə (Fransa)
2012-ci ildə Münxendə (Almaniya)
2013-cü ildə Amsterdamda (Niderland)
2014-cü ildə Barselonada (İspaniya)
2016-ci ildə yenidən Parisdə
2018-ci ildə Munxen şəhərində
Avropa Kardiologiya Cəmiyyətinin konfranslarında iştirak etmişdir.

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Doktor Sahib Məmmədov əsasən ürək-damar sistemi xəstəliklərinin və yanaşı gedən xəstəliklərin müayinə və müalicəsi, o cümlədən konkret olaraq:
Ürəyin İşemik Xəstəlikləri
Arterial Hipertoniya xəstəliyi ilə məşğul olur.
Ürək çatmamazlığı
Kardiomiopatiyalar….

DOKTOR SAHIB M’MM’DOVUN
ÜZVÜ OLDUĞU TİBBİ ASSOSSASİYALAR:
Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
TÜrkiyə Kardioloji Dərnəyinin üzvüdür (TKD)

DOKTOR SAHİB MƏMMƏDOVUN İŞ YERİ:
Azərbaycan Respublikası
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
“Şirvan şəhər Mərkəzi Xəstəxanası”
Şirvan şəh,Heydər Əliyev pr.16,
AZ1803 Ширван, Азербайджан

Xəstəxananın telefonu:
(021) 215 03 58
DOKTOR SAHİB MƏMMƏDOVUN
ƏLAQƏ TELEFONU:
+994 50 335 80 81
FACEBOOK PROFİLE – SAHİB MƏMMƏDOV KARDİOLOQ

Facebook Comments