TİBB UNİVERSİTETİNİN CƏRRAHİYYƏ KLİNİKASI NİYƏ GÖRƏ İCBARİ TİBBİ SIĞORTADAN MƏHRUM EDİLİR?
Prezidentin bu klinika haqda tapşırıq və tövsiyələrinə əməl olunmaması təxribatdır yoxsa intriqalarin acı nəticəsi?
Söhbət ATU Tədris Cərrahiyyə Klinikasınin hazırkı acınacaqlı vəziyyətindən gedir…..
Azərbaycan Tibb Universitetinin 2013-cü ildə açılışı olduğu Tədris Cərrahiyyə Klinikası son vaxtlar demək olar ki, acınacaqlı vəziyyətdədir. Yaxın xaric ölkələrdə mövcud bütün universitetet klinikaları obrazlı desək xəstələrlə dolub daşır. Müəllimlər də öz tələbələrinə praktiki biliklər öyrədirlər.
Özünün mğhtəşəm imkanlarına, ən müasir avadanlıqlarına, mükəmməl kadr potensialına, səliqə səhman və estetik gözəlliyinə, digər maddi texniki bazasına baxmayaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında apardığım müşahidələrim ürək ağrıdır.
Elə bil hansısa sehirli əl bu klinikanı boş qalmasında maraqlıdır. ATU-nun tədris üçün tikilən klinikaları səmərəli işlədilmir. İstər Tədris Terapevtik, istərsə də Tədris Cərrahiyyə klinikalarında mənzərə heç xoş deyil. Böyük bir elmi ictimaiyyət üçün bu binalar böş bir iş yerlərinə çevrilib. Zəngin elmi kadr potensialını kimlərsə başqa yerlərə səpələməkdə maraqlıdır.
Tələbələrdə soruşuram ki, xəstələrin müayinələrinə, cərrahi əməliyyatlara aparırlarmı sizi? Cavab verirlər ki, xəstə yoxdur. Necə aparsınlar? Quru nəzəriyyə öyrənirik. Praktika yoxdur. Rezidentlərin yaxşı yetiştirilməsi üçün işlər görülmür.
Tədris Klinikası nə üçündür? Yaxşı, savadlı həkimlər yetişdirmək üçün. Tədris Cərrahiyyə Klinikasında kadr yetişdirmək üçün bütün imkanlar var. Təkcə xəstələrdən başqa. Belə klinikalarda adətən kütləvi xəstə axını olmalıdır. Kafedralar da öz növbəsində tələbələrə konkret xəstələr üzərində praktiki biliklər öyrətməlidirlər. Klinika fəaliyyətə başladığı ilk illərdə müəyyən qədər xəstə axını var idi.
Həmin illərdə keyfiyyətli tibbi xidmətlər hər yerdə ödənişli idi. Bu tibb ocağı özünün peşəkar kadr potensialı və maddi-texniki imkanları ilə rəqabətdə irəli gedirdi. Vətəndaşlar yaxşı həkim sorağı ilə bu klinikaya çox üz tuturdular.
Ancaq İcbari Tibbi Sığorta ölkəmizdə geniş vüsət almağa başlamasından sonra bu klinika xəstə azlığı ilə üzləşib. Bu xəstələrin seçimi deyil. Müəyyən qurumnların fəaliyyəti ilə əlaqədardır. Halbuki çox xəstə istəyər ki, universitet klinikasında müayinə və müalicə olunsun.
Son 10 ildə bu klinikada apardığım müşahidələrimlə fərqi çox yaxşı görürəm və ona görə də bu məndə xeyli suallar yaradır.
Belə bir təbii sual yaranır? Bu xəstəxananın imkanlarından istifadə etməmək gələcəyin həkimlərini praktiki biliklərdən məhrum etmək, peşəkar həkimləri, eyni zamanda elm adamlarını işsiz gücsüz, çarəsiz qoymaq Azərbaycan səhiyyəsinə qarşı düşünülmüş təxribat deyilmi?
Yoxsa bu müxtəlif qurumların arasında anlaşmazlıq və ya intriqaların nəticəsidir?
ATU Tədris Cərrahiyyə Klinikası nəyə görə İcbari Tibbi Sığortadan kənarda saxlanılır?
Bu klinikanın icbari tibbi sığortadan uzaq düşməsi kimlərin günahıdır?
Kimsə bütün bunlara nə vaxt açıqlama verəcək?
ATU-nun tədris klinikasına qarşı belə münasibət nədən xəbər verir? Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əməl olunmamasını necə izah etmək olar?
2013-cü il Sentyabr ayında ölkə prezidenti səhiyyə ictimaiyyəti ilə birgə ATU-un bu möhtəşəm klinikasının açılışında geniş çıxış etdi və bura ilə bağlı gözləntilərini, arzu istəklərini, tapşırıqlarını ifadə etdi.
SİTAT: Prezident İlham Əliyev klinikanın açılışında belə demişdi: “Xatırlayıram ki, üç il bundan əvvəl bu klinikanın təməl daşını qoyduq. O vaxt – üç il bundan əvvəl Tədris-Terapevtik Klinikanın açılışını da qeyd etdik. O vaxt rektor və professor-müəllim heyətinin nümayəndələri müraciət etmişdilər ki, Cərrahiyyə Klinikasının tikintisinə də ehtiyac vardır. İlkin olaraq Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Ondan sonra dövlət büdcəsi hesabına bir neçə il ərzində bu gözəl tibb mərkəzi yaradılmışdır.
Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində yaradılmış tibbi mərkəzlər arasında bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz gözəlliyi, memarlığı və funksional cəhətləri ilə seçilən bir klinikadır.
O vaxt belə bir klinikanın yaradılması iki məqsədi güdürdü. İlk növbədə, qarşıda Azərbaycan Tibb Universitetində tədris prosesini daha da yüksək səviyyəyə qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda, bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni zamanda, Azərbaycanda yeni, müasir tibb mərkəzinin yaradılması da təmin edilmişdir. Yəni, burada həm təhsil, həm səhiyyə – ölkəmiz üçün vacib olan iki sahə birləşir. Burada bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır, çox gözəl binadır. Həkimlər, tələbələr üçün burada ən gözəl şərait yaradılmışdır. Belə də olmalıdır.…..”
Göründüyü kimi prezident də vurğulayır ki, xəstəxananın böyük bir potensialı var və bu imkanlardan səmərəli istifadə olunmalıdır.
Ölkə başçısının da, səhiyyə ictimaiyyətinin və medianın da bu xəstəxana ilə bağlı böyük gözləntiləri var idi. Təəsüf ki, bu gözləntilərin əksinə olaraq bu klinika hansısa intriqaların qurbanına çevrilir. Görünən odur ki, İcbari Tibbi Sığorta ətrafında müəyyən oyunlar gedir və bunun acısını da Azərbaycan elmi və Tibb Universitetində təhsil alan minlərlə tələbə və müəllimlər çəkir. Bu heç də sadəcə onların problemi deyil. Azərbaycan xalqının problemidir. Bizim haqqımız var suallar verməyə və izahat istəməyə. Çünki dəyən diyan ümumən ölkəmizə dəyir. İcbari Tibbi Sığortadan istifadə yaxşıladıqca xəstələri başqa klinikalara yönəldirlər. Əvvəlki dövlət xəstəxanaları təmir edilir, yeni-yeni klinikalar açılır. Bir sıra özəl klinikalarla anlaşma imzalanır.
Sanki deyirlər başqa klinika açaq, təki icbari tibbi sığorta sistemi ATU TCK-dan uzaq olsun.
Belə bir məhtəşəm cərrahiyyə klinikası ola ola bu yaxınlarda Appro Hospital adlı böyük bir xəstəxana açdılar və tibbi sığrtaya cəlb elədilər. Bəzi özəl klinikalarda da xəstə axını görürəm. Öyrəndim ki, həmin klinikaların İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-lə müqavilələri uğurla işləyir.
Digər tərəfdən başqa özəl klinikalar da var ki, TƏBİB-lə anlaşması olsa da bağlanan müqavilələr kağız üzərində qalıəb. Ümumiyyətlə bu və ya digər klinikanın İcbari tibbi sığorta üzrə müqaviləsinin olmasından çox anlaşmanın işlək olması önəmlidir.
Anlaşmanın icra olunması üçün görəsən hansı meyarlar mövcuddur?
Klinikalar xəstələrin cəlb olunması üçün kimlərdən “Xeyir dua” almalıdırlar?
ATU Tədris Cərrahiyyə Klinmikası ümumiyyətlə heç kimin yadına düşmür.
Bu klinika hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansındadır. Səhiyyə Nazirliyinin balansında olan bir sıra dövlət xəstəxanalarında İcbari Tibbi Sığorta işləyir. Özü də çox uğurla və genişliklə.
Mən yenidən prezident İlham əliyevin 2013-cü ildə ATU TCK açılışında etdiyi nitqindən sitat gətirirəm.
SİTAT: “Azərbaycan Tibb Universiteti ölkəmizdə həkim kadrların hazırlanmasında xüsusi rol oynayan ali məktəbdir. Bu ali məktəbin böyük tarixi, gözəl ənənələri və əminəm ki, gözəl gələcəyi vardır. Çünki bu gün müstəqil Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər artır, səhiyyənin maddi-texniki bazası möhkəmlənir. Belə olan halda əlbəttə ki, tibbi xidmətin səviyyəsi də artmalıdır.
Universitetdə çox böyük təcrübəyə, biliklərə malik olan professor-müəllim heyəti vardır. Əlbəttə ki, sizin bilikləriniz gənc nəslə ötürülür. Elə etməliyik ki, gənc nəsil, gənc həkimlər dünyada səhiyyə sahəsində gedən bütün prosesləri yaxından izləyə bilsinlər. Bunu etmək üçün burada imkanlar, kompyuter otaqları vardır. Əminəm ki, müxtəlif ali məktəblərlə canlı bağlantı da yaradıla bilər. Əməliyyatların izlənməsi üçün gözəl şərait vardır.
Beləliklə, bizim gənc həkimlərimiz dünyada səhiyyə sahəsində gedən bütün mütərəqqi yenilikləri bilməlidirlər…..”
Daha bir SİTAT: “Bu yaxınlarda mən təhsillə bağlı fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, elə etməliyik ki, bizim gənclər xaricə oxumağa getməyə ehtiyac duymasınlar. Azərbaycanda təhsilin səviyyəsi elə olmalıdır ki, burada ən yüksək təhsil almaq üçün imkan olsun. Səhiyyə sahəsində də, həmçinin biz o səviyyəni əlbəttə ki, təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq……
Deyə bilərəm ki, biz həkimlərin bütün xahişlərini çalışırıq ki, yerinə yetirək. Belə gözəl klinikalar həm tədris, tibb mərkəzləridir, eyni zamanda, həkimlərin iş yeridir. Hər yerdə, hər şəhərdə, hər rayonda həkimlərin iş yeri də bax, belə olmalıdır…..”
Bax belə. Ölkə başçısının dediklərinə belə çıxır ki, bu klinikanın indiki halında əməl olunmur. Tədrisin keyfiyyətinə, yeni nəslə tibbi biliklərin çatdırılması və universitet kafedralarında çalışan həkimlərə qayğı göstərmək üçün prezidentin iradəsilə vaxtilə vəsait ayrıldə və indi möhtəşəm bir klinika mövcuddur.
Amma xəstə çatışmazlığı var. Dövlətin resurslarından biri də İcbari Tibbi Sığortadır. Bu sistem səmərəli şəkildə Azərbaycan Tibb Universiteti klinikasında da effektiv şəkildə istifadə olunmalıdır.
Mən inanmıram ki, universitetin rəhbərliyi buna çalışmasın. Çünki onlar öz ali təhsil müəssisəsinin klinikasının inkişafında və səmərəli fəaliyyətində hamıdan çox maraqlıdırlar. Görünür vəziyyətin yaxşılaşdırılmasına gücləri çatmır.
Kimlər cavabdehdirsə vəziyyətin dəyişməsi üçün hansı addımlar atmalıdırlarsa mütləq o addımı atmalıdırlar. Böyük bir tədris klinikasını qurbana çevirmək olmaz. Süründürməçiliklərə son qoyulmalıdır.
Gəlin bu məsələnin ictimaiyiləşməsi və həllini tapmasına çalışaq. Mediada bu haqda yazılar daha çox olmalıdır. Çünki aktual ictimai əhəmiyyət daşıyır.
Baş verənlərin bizə birbaşa dəxli var. Ağrı acısını keyfiyyətli tibbi yardım almaq istəyən minlərlə xəstə, praktiki bilik və bacarıqlardan məhrum olan rezident və tələbələr, çoxsaylı peşəkar mütəxəssislər çəkir.
Ramil Nəcəfli: Tibbi jurnalist
Facebook Comments