EVDƏ TİBBİ XİDMƏTİN MÜXTƏLİF PARAMETLƏRİ

                               Yataq hamamı(çimmək)

Xəstəliyin şərtlərindən asılı olmayaraq insan gigiyenik təmizliyini yerinə yetirməlidir.Daimi yataqda yatmaqdan meydana gələcək xoşagəlməz halların qarşısını almaq üçün daha əhəmiyyətlidir.Burada hərəkət məhdudiyyəti olan şəxslərin faydalana biləcəyi yataq hamamından danışacağıq.

                                   Yataqda çimmək nədir?

Yaşlılıq yaxud da xəstəlik nəticəsində hərərkət edə bilməmək və öz gigiyenik qulluğunu həyata keçirə bilməmək istər şəxsin özünü ,istərsə də yaxınlarını çətinliyə sala biliBu halda xəstənin şüurunun yerində olması və özünü başqaları üçün yük olduğunu düşünməyi onun psixoloji vəiyyətinə təsir edə bilər.Ancaq xəstənin təmizliyinin olması sağlamlığı baxımından vacibdir.Hərəkət edə bilməyən yataq xəstələrinin gigiyenik baxımı yataqda çimmək adlanan üsulla həyata keçirilir.Bu köməkçi vasitənin tətbiqi sadədir və xəstənin özünü hər baxımdan yaxçı hiss etməyinə imkan verir.

                         Yataqda çimməyin faydaları

Yataqda çimmək xəstənin rahatlaşmağına və özünü fərah hiss etməyinə səbəb olur.Hətta xəstənin danışma qabiliyyəti olmasa belə ünsiyyət saxlayaraq həyatla əlaqə qurmağına imkan verir.Bildiyimiz kimi çiməndə ölü hüceyrələr təmizlənərək derinin yenilənməsi baş verir və bu da rahatlıq yaradaraq xəstənin xəstəliyindən uzaqlaşmağa şərait yaradır.Bədənə qulluq xəstədə fiziki ,əzələ və mənəvi rahatlıq yaradır.Yataqda çimməyin tibbi vacib faydası isə yatalaq xəstədə meydana gələn yataq yaralarının aşkar edilməyinə və erkən qarşısının alınmasıdır.

            Yataqda çimmək proseduru hansı hallarda ola bilər?

-Ağır infeksiya keçirən

-Bədənin hər hansı bir hissəsi iflic olan

-Riskli əməliyyatdan sonra müalicənin yataqda davam etdiyi

-Piylənmə olan hallarda yataqda çimmək proseduru həyata keçirilə bilər.

                       Tək yaşayan yaxınımız üçün baxım

Tək yaşayan yaşlının üstəlik bir xəstəliyi varsa həmin yaşlının tək başın aöhdəsindən gələ bilməyəcəyi aşkardır.Xəstəliyinə uygun olaraq yaşlı yaşlının gündəlik dərman qəbuluna nəzarət etməyi,yemək yemeyi,şəxsi gigiyena kimi gündəlik ehtiyaclarını həyata keçirm

K və təhlükəsizlik məsələlərinə diqqət etməyi çətin və bəzi hallarda qeyri mümkün ola bilər.Bu çətinliklə yanaşı yaşlı xəstə gün ərzində tək qaldığı üçün sosyallaşmağı da qeyri mümkündür.Yaşlının bu negativ hallardan təsirlənməməyi üçün xəstə müşaiyətçisi və ya xəstə baxıcısından dəstək almalıdır.İstər müstəqil istərsə də müəssisə tərəfindən təşkil olunmuş müşaiyətçi və ya baxıcı xəstənin köməyinə gəlib avadanlıq və imkanlarına görə müxtəlif xidmətlər təklif edə bilər.Bu təkliflərin içində müxtəlif ev baxımı və müşaiyət edici xidmətlər də göstərə bilərlər.

Müşaiyət edici,xəstə baxımı xidmətləri növləri cəhətdən olduqca geniş ola bilər.

-dərman nəzarəti

-şəxsi gigiyena və baxım

-yemək yedirtmək

-yemək bişirmək

-yuxu saatlarının yoxlanması

-tualet ehtiyacının aradan qaldırılması

-söhbət edərək sosyal dəstək

-alış veriş

-ev təmizliyi

-paltar yumaq

-səyahət,gəzinti dostluğu

-ev və xəstəxana müşaiyəti

-daimi baxıcı

-növbəli baxım xidməti

-palliativ baxım

-əməliyyat sonrası baxım

-Alzheimer xəstəsi baxımı

-Demans xəstəsi baxımı

-Parkinson xəstəsi baxımı

Bunları nəzərə alaraq yaşlıya müşaiyətçi və ya baxım üçün özəl tibb müəssisəsi ya da müstəqil baxıcıya müracət edecəyinizi dəqiqləşdirməlisiniz.Beləki özəl tibb müəssisə personalının verdiyi xidməti müstəqil işləyən baxıcı şəxs verə bilməz.Unutmayaqki tibb müəssisəsinin personalı tibbi baxımdan tam təchizatlı xidmət verir.Düzgün seçimlə irəlidə meydana çıxacaq problemlərin qarşısını ala bilərsiniz.

Evdə medikal oksigen balonu istifadəsi

Siz və ya yaxınınız evdə nəfəs almağı asanlaşdırmaq üçün oksigen balonundan istifadə edirsinizsə,balonun istifadə qaydasını bilmək lazımdır.Bu yazımızda oksigen balonunun istifadəsi haqqında danışacağıq.

                                Ümumi tədbirlər

Əllərinizi oksigen təmasından əvvəl və sonra yuyun.Əlləriniz alkaqollu dezinfeksiyaedici bir parçayla silmisinizse və hələ də qurumayıbsa oksigen balonuna toxunmayın.Əlləriniz tamamilə quruduqdan sonra toxuna bilərsiniz.

-təchizatçıya cihazın istifadəsi ilə bağlı suallarınızı ətraflı şəkildə vermeyi unutmayın

-cihazı və balonu təmiz saxlayın,beləliklə avadanlığın üzerində bakteriya meydana gəlməyinin qarşısı alınır

-cihazınızın necə təmizlənməyini təchizatçıdan soruşun

Birinci addım – nəzarət

-Kompressorlu borudan istifadə edirsinizsə çənin təzyiqini tənzimləyin.Digər növ cihazlarda aç-bağla düyməsi işinizi asanlaşdırar.

-Oksigen göstəricini yoxlayın və silindrde kifayər qədər oksigen olduğundan əmin olun.Təchizatçı borunun nə zaman doldurulmağını sizə əvvəlcədən bildirməlidir.Ya da müntəzəm bir cədvələ uyğun boru boşalmadan əvvəl sizinlə əlaqə yaradarq borunu doldurmağa gələcəkdir.

-Nəmləndirmə vahidinin səviyyəsini yoxlayın.Göstərici orta səviyyəyə və ya aşağı düşübsə,bölməni saf və ya distillə edilmiş suyla doldurun.Bakteriyanın meydana gəlməyinin qarşısını almaq üçün şüşənin hansı tezliə dəyişilməsini təchizatçıdan öyrənin.

İkinci addım – Boruların bağlanmağı

-Nəfəs yoluna gedən borunu müvafiq şəkildə oksigen borusuna bağlayın

-Borunun əyilmədiyinə və ya oksigen axınına hər hansı mane olmadığına əmin olun

Üçüncü addım – Axın sürətini tənzimləyin

-Həkim tərəfindən təyin olunan oksigen axını tənzimlənir

-Təchizatçı və ya həkimin təsdiqi olmadan bu tənzimi dəyişməyin

Dördüncü addım- Borunun nəfəs yoluna daxil edilməsi

-Həmişəki kimi burunla normal nəfəs alınız

-Oksigenin gəldiyindən əmin deyilsinizsə sadə test edin.Borunu su ilə dolu stəkanın içinə tutun.Boruda axın varsa qabarcıqlar əmələ gələcəkdir.

                Oksigen cihazının təhlükəsiz istifadəsi

Evdə oksigen balonundan istifadə edirkən bütün təhlükəszilik qaydalarına riayət edin.

-Yanan alova 3 m-dən artıq yaxınlaşmayın.Yanmayan atəş mənbələrinə isə 1,5 m-dənçox yaxınlaşmayın.

-Siqaret çəkməyin.Siqaret çəkənlərə çox yaxınlaşmayın

-Oksigen çənini qazlı,elektrikli sobalardan və qazlı .elektrikli qızdırıcı mənbələrdən ən azı 1,5 m məsafə uzaqda tutun(saxlayın).

-Otağın qapısını açıq saxlayın.Beləliklə mühitin hava axını təmin edilər və otağın havasızlığının qarşısı alınmış olar.

-Oksigen cihazınızın zərbə almaması və yıxılmamasına diqqət edin.

-Oksigen cihazınızı etibarlı yerdə dik saxlayın.

-Cihazınız zərbə alıb və səs verirsə dərhal cihazı söndürün .

-Tənzimləyiciniz işləmir və ya cihazı söndürə bilmirsinizə boruları çıxardın və otağı tərk edib dərhal təchizatçıyla əlaqə yaradın .

-Boruların ayağınıza dolaşmamağına diqqət edin

-Parafin,vazelin tərkibli krem və losyon istifadə etmıyin.Bu məhsullar oksigenlə təmas etdikdə yanıcı ola bilər.Cihazınızı bu cür məhsullarla eyni vaxtda istifadə etməyin.

-Oksigenlə ehtiyatsız davranmaq təhlükəlidir.Təchizatçının təlimatlarına əməl edin.Özünüzü və ətrafınızı riskə atmayın.

-Təcili vəziyyətə hər zaman hazır olun.Təchizatçı və təcili yardım əlaqə nömrələri daima yaxınınızda olsun.

                         Oksigen balonunun baxımı

Oksigen balonunun  baxımı üçün təchizatçının tövsiyyələrini nəzərə alın o sizə cihazın fərqli hissələrini  hansı tezlikdə dəyişilməli olduğunu  izah edəcəkdir.

             Nə zaman həkiminizə müraciət etməlisiniz?

-Dərinizdə solğunluq ,dodaqlarınızda ya da dırnaqlarınızda mavi rəng hiss edilərsə,

-Təngnəfəslik,nəfəsdə xırıltı ya da tənəsffüsdə anormal bir dəyişiklik olduğunda.

-Diqqət dağınıqlığı ,anormal narahatlıq ,özünü idarə edə bilməmək kimi psixoloji hallar yaranarsa,

-Döş qəfəsində ağrı olduqda vaxt itirmədən həkiminizə müracət edin.

WIKIMED.AZ – DA  – BAKI BƏRPA MƏRKƏZİ
WIKIMED.AZ – DA – ALLİANCE CLİNİC BAKU
BEPAMERKEZİ.AZ – BAKI BƏRPA MƏRKƏZİNİN WEB-İNTERNET SAYTI
ALLİANCECLİNİC.AZ – ALLİANCE CLLİNİC İNTERNET SAYTI

Facebook Comments