Doktor Həsən Mərdiyev 1967-ci ildə Azərbaycan Respublikası Lerik rayonunun Nuravud kəndində anadan olub.
1974-1984-cü illərdə Lerik rayonunda orta məktəbdə oxuyub.
1984-cü ildə orta məktəbi bitirdikdən sonra Politexnik İnstitutuna daxil olub. Həmin institutda 2 il təhsil aldıqdan sonra Sovet ordusunda hərbi xidmətə çağırılıb.
ÜMUMİ CƏRRAH DOKTOR HƏSƏN MƏRDİYEVİN TƏHSİLİ:
1988-ci ildə Həsən Mərdiyev hərbi xidmətdən qayıtdıqdan sonra həkimliyə böyük həvəsi yarandığı üçün Azərbaycan Politexnik institutunda təhsilini yarımçıq qoyaraq Nəriman Nərimanov adına Tibb İnstitutuna sənədlərini təqdim edərək müvəffəqiyyətlə imtahanlardan keçib bu ali təhsil müəssisəsinin Pediatriya fakultəsinə qəbul olmuşdur.
ATU Pediatriya fakultəsini 1995-ci ildə fərqlənmə diplomu ilə bitirən Həsən Mərdiyev uşaq cərrahı ixtisasına yiyələnib.
Həsən Mərdiyev 1995-1996-cı illərdə iSumqayıt şəhərində nternaturatəhsi keçmişdir.
DOKTOR HƏSƏN MƏRDİYEVİN ƏMƏK FƏALİYYƏTİ:
1996-2006-cı illərdə Həsən Mərdiyev: Sumqayıt Şəhər Uşaq Xəstəxanasında uşaq cərrahı işləyib.
2007-ci ildən doktor Həsən Mərdiyev daha geniş spektrdə tibbi xidmət göstərmək məqsədilə ixtisasartırma təhsili alaraq umumi cərrah ixtisasına yiyələnib.
2007 -2012-ci illərdə: Şəfa Klinikasında Ümumi Cərrah
2008-2012-ci illərdə doktor Həsən Mərdiyev: Abşeron Rayon Xəstəxanasında ümumi cərrah işləyib.
Abşeron rayonunun baş cərrahı vəzifəsində çalışıb.
2012-2015-ci illərdə: Sumqayıt şəhərində yerləşən Liman Klinikasında ümumi cərrah işləyib.
2016-cı ildə yenidən doktor Həsən Mərdiyev Abşeron Rayon Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
2017-ci ildə Sumqayıt şəhəri 4 Nömrəli Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2017-ci ilin May ayından 2023-cü ilin Noyabr ayına kimi həmin vəzifədə çalışıb.
2021-ci ildən hazırki dövrə qədər: eyni zamanda “Sumqayıt Hospital” MMC – də, Real Hospitalda həmçinin regionlarda yerləşən xəstəxanalarda cərrahi əməliyyatlar icra etməkdədir.
2023-cü ildə doktor Həsən Mərdiyev Astara rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə, habelə rayonun baş cərrahı təyin edilib.
DOKTOR HƏSƏN MƏRDİYEVİN İŞTİRAK ETDİYİ TƏKMİLLƏŞDİRMƏ VƏ
İXTİSASARTIRMA KURSLARI
2007:- Əziz Əliyev adına Ümumi Həkimlərin Təkmilləşdirilməsi kursu
2001: – Cavadzadə Klinikası, Urologiya kursu
2011:- Türkiyə Cümhuriyyətində Ümumi Cərrahiyyə kursu
2012: Rusiya Federasiyası Kazan şəhəri, Laporoskopik kursu
2013:- Kazan və Moskva şəhəri, Endouroloji kursu
2017 – Türkiyə Cümhuriyyətndə Plastik Cərrahiyyə kursu
DOKTOR HƏSƏN MƏRDİYEVİN İCRA ETDİYİ ƏMƏLİYYATLAR:
Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatları
Mədəaltı vəzin tam və hissəvi çıxarılması
Dalağın açıq və laparoskopik yolla tam və ya hissəvi çıxarılması
Mədənin, qida borusunun tam və hissəvi çıxarılması
Diafraqma yırtıqlarının laparoskopik təmiri
Laparoskopik appendektomiya
Diaqnostik laparoskopiya və torakoskopiya
Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar
Yırtıqların açıq və laparoskopik üsulla təmiri
Abdominoplastika
Mammoplastika
Periton arxası sahənin kistoz törəmələrinin (o cümlədən təkrarlanan) radikal çıxarılması
Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması
Babasil düyünlərinə lateks həlqələrinin qoyulması
Hemorroidektomiya
Pararektal fistulların ləğvi
Anal çatın cərrahi müalicəsi
Rektoskopiya
ÜMUMİ CƏRRAH DOKTOR HƏSƏN MƏRDİYEVLƏ ƏLAQƏ:
MOBİL TELEFON: 050-322-93-95
İNSTAGRAM PAGE – ÜMUMİ CƏRRAH HƏSƏN MƏRDİYEV
FACEBOOK PROFİLE – HƏSƏN MƏRDİYEV
YOUTUBE VİDEO – TELKEVİZİYADA ÇIXIŞ. QARIN BOŞLUĞU ƏMƏLİYYATLARI. ÖD DAŞI XƏSTƏLİYİ. İTV. Sağlam Yaşamaq 08.10.2021 Ümumi Cərrah Həsən Mərdiyev
YOUTUBE VİDEO – ÜMUMİ LAPAROSKOPİK CƏRRAH HƏSƏN MƏRDİYEV: ÖD DAŞI XƏSTƏLİYİ DÜZGÜN HƏYAT TƏRZİ KEÇİRMƏYƏN İNSANLARDA DAHA ÇOX RAST GƏLİNİR. BƏS NECƏ MÜALİCƏ ETMƏLİ?
YOUTUBE VİDEO – SUMQAYIT HOSPİTAL İŞİNİN PEŞƏSİ OLAN DOKTORLARA CANINIZI HƏVALƏ EDƏ BİLƏRSİNİZ CƏRRAH HƏSƏN MƏRDİYEV DOKTOR.
FACEBOOK VİDEO – Sumqayıt Hospitalın həkimi, Ümumi cərrah Dr. Həsən Mərdiyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilən Laparoskopik Xolesistektomiya əməliyyatı.
FACEBOOK VİDEO – 53 yaşında xəstə klinikamıza düyünlü zob diaqnozu ilə daxil olub, xəstə hərtərəfli müayinə olundu və əməliyyata alındı, Total tireoidektamiya əməliyyatını icra etdik
Facebook Comments