HİDAYƏT MƏMMƏDZADƏ:  “Mən zob xəstəsiyəm”, yaxud “Mənim zobum var” demək həkim üçün heç də qənaətbəxş anlayış deyil

HİDAYƏT MƏMMƏDZADƏ:  “Mən zob xəstəsiyəm”, yaxud “Mənim zobum var” demək həkim üçün heç də qənaətbəxş anlayış deyil
Qalxanabənzər vəzi orqanizmimizdə həcmcə kiçik, lakin mahiyyətcə böyük endokrin orqanımızdır. Nəticədə, bu kiçik orqanın fəaliyyətinin pozulması böyük problemlərə səbəb olur. Bəs bu problemlər hansılardır? Qalxanabənzər vəzinin əhəmiyyəti nədən ibarətdir? Bununla bağlı  jurnalın yeni sayında bu sahə üzrə mütəxəssis, tanınmış  həkim-endokrinoloq Hidayət Məmmədzadə ilə həmsöhbət olduq…
Müsahibəni aldı: Nəzmiyyə Sadıqova

– İnsan orqanizmində qalxa- nabənzər vəzi hansı funksi- yaları yerinə yetirir?
– Qalxanabənzər vəzi boyunun önündə yerləşən kiçik, kəpənək formalı və 20-25 qram ağırlığında bir orqandır. Bu orqan çox çeşidli funksiyalara malikdir və sanki oyuncaqlara yerləşdirilən bata- reyalar kimidir. Yəni, oyuncaq- ların enerji mənbəyi batareyalar olduğu kimi, qalxanvari vəzi də bizim enerji mənbəyimizdir. Bu orqan bədən üçün çox mühüm hormonlar istehsal edir. Həmin hormonların funksiyası isə bizim həyat fəaliyyətimizi müəyyən edir. Bura dəri, ürək, ruhi, cinsi sağlamlıq, termorequlyasiya, hamiləliyin baş verməsi, qadın problemləri, sümük mübadiləsi, osteoporoz məsələləri və s. daxildir. Yəni, qalxanvari vəzi orqanizmin həyat hormonları- nı yaradan orqandır. Hətta hər hansı bir insanın qalxanabənzər vəzisi çıxarılarsa, o, cəmi bir neçə ay yaşaya bilər. Nəticə olaraq, orqanizmimizi həyata bağlayan və bizim yaşamamıza səbəb olan hormonları məhz qalxanvari vəzi istehsal edir. Bu xəstəliyin aktual olmasının digər səbəbi isə onun çox geniş yayılmasıdır. Təsəvvür edin ki, orta yaşlı əhalinin (xü- susən də, qadınların) təxminən hər iki nəfərindən birində tireoid problemi var. Bundan əlavə, bir məsələyə də aydınlıq gətirim ki, qalxanabənzər vəzi orqanın adıdır. Bu orqan dünyada tireoid vəzisi kimi məlumdur. Zob sözü isə əhali arasında daha çox məş- hurdur. Əslində, zob qalxanvari vəzinin böyüməsini ifadə edən bir simptomdur. Bu xəstəliyin elmi adı latın dilində goiter, türk dilin- də guatr, rusca zob, Azərbaycan dilində isə urdur.

– Qalxanabənzər vəzi xəstəlikləri hansılardır?
– Qalxanabənzər vəzi xəstə- likləri çox çeşidlidir. “Mən zob xəstəsiyəm” yaxud “Mənim zobum var” demək həkim üçün heç də qənaətbəxş anlayış deyil. Ümumiyyətlə, bu xəstəliyi izah etmək üçün əsas 3 növü ön plana çıxarırıq. Bunlar nələrdir? İlk hal, yəni tireotoksikoz, hiperti- reoidizm dediyimiz hallar zamanı qalxanvari vəzinin hormon fəaliy- yəti artır və bununla bağlı olaraq, normadan artıq sintez olunan hormon orqanizmdə bütün mad- dələr mübadiləsini sürətləndirir. Sürətlənmiş maddələr mübadiləsi isə xəstə üçün həm toksiki, həm də əziyyətlidir. İkinci hal qalxan- vari vəzidə bunun tam əksi olan hormon çatışmazlığının olmasıdır. Bu, qalxanvari vəzinin hansısa genetik səbəblərdən hormonal defekti, radiasiyaya məruz qal- ması, cərrahiyyə ilə bağlı olaraq fəaliyyətində çatışmazlıq və s. olmasıdır. Biz buna el arasında tənbəl zob və ya ən çox yayıl- mış adı ilə “Haşimato” xəstəliyi deyirik. Bu cür xəstələrə ömür boyu davam edəcək əvəzedici hormonal dərman verilir. Üçüncü hal isə qalxanvari vəzidə hormo- nal tarazlığın pozulmaması ilə xarakterizə olunur. Yəni, hormon- ların səviyyəsi nə aşağı, nə də yuxarıdır, normaldır. Bu zaman bir sual yaranır. Bəs niyə pasiyentin şikayətləri var? Çünki xəstədə vəzi içərisində yaranan düyünlə- rin və ya diffuz olaraq böyümüş orqanın yaratdığı estetik qüsur, yaxud boyun orqanlarında komp- ressiya, təzyiq var.
– Zob xəstəliyinin əlamətləri nələrdir və hansı üsullarla müayinə edilir?
– Zob xəstələri birdən-birə endokrinoloqlara müraciət etmirlər. Həmin insanlar zobun yaratdığı müxtəlif problemlərlə əlaqədar müxtəlif həkimlərə müraciət edir- lər. Bəzən də təəssüf ki, xəstələr lazım olmayan müalicələr alırlar. Buna görə də, zob müalicəsində 2 və ya 3-dən artıq dərman yazan həkimdən uzaqlaşmaq lazımdır. Ümumiyyətlə, müxtəlif dəri və kardioloji problem yaşayanlar, yüksək qan təzyiqi olanlar, idman etsələr və ya pəhriz saxlasalar belə, arıqlaya bilməyənlər mütləq qalxanvari vəzi üçün müayinə olunmalıdırlar. Çünki səbəb yerin- də qalarsa, yəni düzgün diaqnoz qoyulmazsa, aparılan müalicə də effektiv olmayacaq. Bunlarla yanaşı, zobun əlamətləri növünə görə də dəyişir. Məsələn, zəhərli zob zamanı xəstədə ürəkdöyün- mə, gözlərdə bərəlmə, quruma hissi, əllərdə əsmə, titrəmə və tərləmə olduğu halda, hipotire- oidizmdə bunun tam əksi olur. Yəni, hər iki növün əlamətləri bir-birinin əksidir. Düyünlü zobda isə əsasən kosmetik defekt olur. Təsəvvür edin ki, bir hipotireoi- dizm xəstəsinin zoba dair 50-dən çox şikayəti olur və düzgün diaqnoz qoyulduqda, bu şikayətlər sadə bir müalicə ilə tam aradan qalxır. Məsələn, saç tökülməsi, qəbizlik, kökəlməyə meyillilik, üzdə, əl-ayaqlarda ödemlər, göz qapaqlarında şişkinlik, dırnaq qı- rılması, əsəbilik, yaddaş pozğun- luğu, unutqanlıq, qan təzyiqinin yüksəlməsi, davamlı üşümə hissi və s. bunlara bənzər bir çox prob- lemlər həmin şikayətlərə daxildir. Bundan başqa, bu xəstəlik qadın- lar arasında daha çox yayılmışdır. Belə ki, statistik göstəricilərə əsasən, qadınların 40 faizində zob xəstəliyi müəyyən olunur. Əslində, kişilərdə də bu xəstəliyə az rast gəlinmir. Sadəcə olaraq, kişilər həkimlərə daha az mü-raciət edir və statistikadan bir qədər yayınırlar. Həm də qadınlar son protokollara görə, hamiləlik zamanı mütləq şəkildə qalxa- nabənzər vəzi müayinəsindən keçirlər. Bunlardan əlavə, xəstə- liyin yaranmasına qismən coğrafi zona da təsir edir. Yəni, dəniz ətrafı ölkələrdə torpaqda, suda yod az olur və bu da tədricən zob xəstəliyinin yaranmasına şərait yaradır. Çünki qalxanabən- zər vəzi hormon istehsalı üçün yod elementindən istifadə edir. Azərbaycan da qismən həmin endemik ur olan ölkələrə aiddir. Lakin profilaktik olaraq xörək duzunun yodlaşdırılması ilə əlaqədar bu problem bir qədər öz həllini tapmışdır. Qalxanabən- zər vəzi xəstəlikləri dünyada ən asan diaqnoz qoyulan xəstəliklər- dən biridir. Adi bir qan analizi və ultrasəs müayinəsi ilə pasiyentdə zob olub-olmadığını aşkarlamaq mümkündür. Lakin bəzən istisna hallar da ola bilər. Əlavə olaraq düyünün aspirasiya biopsiyası, kompüter tomoqrafiyası, tireoid sintiqrafiyası, MRT, onkomarker- lərin yoxlanılması və s. lazım ola bilər.
– Hansı zoblar xərçəngə çevrilə bilər?
– Zob qalxanabənzər vəzinin xərçəng xaric böyüməsidir. Yəni, qalxanvari vəzinin bəzi xəstə- likləri var ki, onların içərisində düyünlər olur. Düyün isə vəzi içə- risində yerləşən bütün törəmələri əhatə edən bir anlayışdır. Həmin düyünlərin təxminən 10 faizinin xərçəngə çevrilmək riski var. Lakin nəzərə alaq ki, hər düyünlü zobun da xərçəngə çevrilmək ris- ki yoxdur. Belə ki, ultrasəs müa- yinəsi ilə düyünə baxdıqda onun xərçəng şübhəsi daşıyıb-daşıma- yacağı, demək olar ki, bizə aydın olur. Yenə də istisna hallar olurvə bəzi analizlər vermək lazım gəlir. Yəni, düyündən nümunə götürülür və həmin düyünün xərçəng riski daşıyıb-daşımadığı müəyyən edilir. Ümumi olaraq, deyə bilərəm ki, qalxanvari vəzi xəstəlikləri, hətta tireoid xərçəngi belə, əksər hallarda mütəxəssis tərəfindən protokollara əsasən düzgün müalicə edildikdə təh- lükəli xarakter daşımır.

– Düyünlü zob nədir?
– Qalxanvari vəzidə olan ən sadə kistalardan tutmuş, xər- çəngə çevrilə biləcək metastatik kütlələrə qədər bütün ocaqlı törəmələr düyün adlanır. Bura- da düyünün ölçüsü vacib deyil. Çünki xərçəng ölçüdən asılı deyil. Yəni, qalxanvari vəzinin düyünlə- rindəki müəyyən onkoloji risklər, limfa düyünlərinə olan metastaz- lar var ki, onlar ultrasəs müayinəsi ilə aşkar edilir. Onlar lazım olduğu halda biopsiya edilir və araşdırılır. Ümumi olaraq onu deyə bilərəm ki, düyünün onkoloji riskinin yük- sək və ya aşağı olması bizim üçün maraqlıdır. Bu düyünlər həkim-endokrinoloq tərəfindən həmişə müşahidə olunmalı və nəzarətdə saxlanmalıdır. – Hansı hallarda qalxana- bənzər vəzi xəstəliyi üçün əməliyyat vacib hesab olu- nur?

– Pasiyent üç əsas halda əmə- liyyata göndərilir. Birinci halda – əgər pasiyentin qalxanvari vəzisində xərçəng şübhəsi varsa və ya tapılan düyündə xərçəng aşkarlanıbsa, mütləq cərrahi əməliyyat həyata keçirilməlidir. İkinci halda dərman müalicəsinə tabe olmayan, radioaktiv yod müalicəsinə əks göstərişləri olan zəhərli zob xəstələrində radikal olaraq cərrahi əməliyyat məs- ləhət görülür. Üçüncü halda isə qalxanvari vəzidə böyük düyün- lər olur və həmin düyünlər estetik problemlər yaradır, xəstəni boğur, öskürək və s. kimi buna bənzər diskomfort şikayətlər yaradır. Onkoloji problemlər olmasa da, belə düyünlərin yaratdığı şikayətlərə və kosmetik problemlərə görə pasiyent əməliyyata göndərilir.

– Hamiləlik zamanı qalxana- bənzər vəzinin funksiyasının pozulmasının uşağa təsiri varmı? – Bəli, qalxanabənzər vəzinin funksiyasının pozulmasının uşağa çox böyük təsiri var. Buna görə də, qəbul olunmuş protokollara əsasən, hamiləlik planlaşdıran hər bir qadın qalxanvari vəzisini yoxlatdırmalıdır. Bundan əlavə, qalxanabənzər vəzidə olan hor- monal dəyişiklik çox vaxt sonsuz- luğa səbəb olur. Əgər hər hansı bir qadın hamilə qalmışsa, böyük ehtimal ki, onun qalxanabənzər vəzi fəaliyyəti normaldır. Hamilə- liyin növbəti mərhələlərində əgər ananın qalxanabənzər vəzisində hər hansı bir problem varsa, bu, mütləq şəkildə özünü büruzə verəcək. Yəni, uyğun müalicə edilmədikdə, uşaqda əqli inkişaf geriliyi və bir çox qüsurlar əmələ gələcək. Bunların qarşısını almaq məqsədi ilə hamiləliyin erkən dövründə, hətta hamiləlik plan- laşdırılan zaman qalxanabənzər vəzinin hormonları yoxlanılmalıdır. Əgər hormon tarazlığı pozulubsa, hamiləlik baş vermir və ya dünyaya gələn uşaqda ciddi problemlər olur. İllərlə sonsuzluq- la bağlı müxtəlif ginekoloqlarda, androloqlarda olmuş, həkim-hə- kim gəzmiş ailələrdə təkcə qalxanabənzər vəzi müayinəsi edərək zob sürprizi aşkarladığım və sadə bir müalicə ilə müalicə etdiyim onlarla xəstələrim var ki, onlar artıq övlad sahibidirlər. Yəni, bu məsələ aktualdır, sonsuzluq problemi varsa, istər qadın, istər- sə də, kişi qalxanabənzər vəzi üçün müayinə olunmalıdır. Qeyd edim ki, bu xəstəliyin müayinəsi çox sadə olduğu kimi, diaqno- zu da çox sadədir. Adətən, zob xəstəliyində çox bahalı prosedur və müayinələrə ehtiyac qalmır. Bu baxımdan artıq dünyada gineko- loqlar tireoid hormonlarının yoxla- nılmasını hər hamiləlikdə vacib bir analiz paneli kimi qəbul edirlər.

– Bəs uşaqlarda necə, on- larda da zob xəstəliyinə rast gəlmək mümkündürmü?

– İlk olaraq nəzərinizə çatdırım ki, zob xəstəliyi yaş tanımır. Yəni, istənilən yaşda qalxanvari vəzi xəstəlikləri ilə üzləşmək müm- kündür. Uşaqlarda isə bu proses daha aqressivdir. Belə ki, yetkin insanlarda hər tireoid düyünü 10 faiz xərçəng riski daşıyırsa, uşaqlarda isə bu risk daha yük- səkdir. İnkişaf etmiş ölkələrdə uşaq doğulandan sonra ilk 7 gün ərzində daban qanı nümunəsi götürülərək bir çox xəstəliklər, həmçinin, qalxanvari vəzi xəstə- likləri də aşkar edilir. Çünki uşağa gec diaqnoz qoyulduqda, həmin uşaq ailə və cəmiyyət üçün itirilmiş hesab olunur. Bu uşaqlar normal böyümür, əqli inkişafında gerilik baş verir, nitqi qüsurlu olur və ya danışmır. Lakin uşa- ğa vaxtında diaqnoz qoyularsa, onun həyatı xilas olur və normal həyatına davam edir. Mən hətta bətndaxili inkişaf dövründə “fetal ur” diaqnozu qoyduğum və sadə bir müalicə ilə müalicə etdiyim pasiyentlərimi xatırlayıram. Onlar bu gün də həyatlarını tam aktiv və normal şəkildə davam etdirir- lər. Bu baxımdan mən çox istər- dim ki, daban testi bizim ölkəmiz- də də həyata keçirilsin. – El arasında “Zoba bıçaq vurmaq olmaz”, “Zob qurbağa ilə müalicə edilə bilər” kimi fikirlər səslənir. Bu fikir- lərə münasibətiniz necədir? Doğrudurmu? – Bir həkim kimi bu sözlərə münasibətim mənfidir. Bunlar 21-ci əsrlə uyğunlaşmayan və heç bir elmi əsası olmayan fikirlərdir. Təəssüf ki, qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi çoxları tərəfindən asan müalicə olunan xəstəlik hesab olunur. Bunun həyat boyu davam edəcək bir proses olduğu unudulur. Təbii ki, insanlar bu sualları həkimlərə də ünvanlayırlar. Ümumiyyət- lə, mən çalışıram ki, xəstələrin düşüncələrinə hörmətlə yanaşım və onlara bu fikirlərin elmi əsası olmadığını başa salım. – Son olaraq bu sahədə bir mütəxəssis kimi oxuculara tövsiyələriniz… – İlk növbədə, unutmayaq ki, bu xəstəliklər dünyada çox geniş yayılmış xəstəliklərdir. Bu baxım- dan hər bir insan heç olmasa həyatında bir dəfə qalxanabən- zər vəzisini müayinə etdirməlidir. Daha əvvəl də qeyd etdiyim kimi, qalxanabənzər vəzi müa- yinəsi hormon səviyyələrinin qan analizi və ultrasəs müayinəsi ilə həyata keçirilir. Bundan əlavə, qalxanabənzər vəzi problemi olan insanlar bilməlidirlər ki, zob xəstəliyi ömür boyu nəzarət tələb edir. Dərmanın verilməsi isə daim həkim nəzarətində olma- lıdır. Çünki əhalinin çox hissəsi, adətən, qalxanabənzər vəzi əməliyyatından sonrakı nəzarət üçün cərraha müraciət edir. Bu isə yanlış bir yanaşmadır. Dünya praktikasında bu iş komanda şəklində aparılır və bu xəstəliyə hakim olan mütəxəssis həkim-en- dokrinoloqdur. Cərrahlar bu işin əməliyyatdan sonrakı hissəsini, hətta cavab xərçəng olsa belə, endokrinoloqa həvalə etməlidirlər. Xəstənin əməliyyat olunma- sına, əsasən, endokrinoloq qərar verir. Yəni, biz qərarvericiyik, cərrahiyyə isə bu işdə icraedici- dir. Cərrah xəstəni bir dəfə görür, biz isə həyatı boyu. Bu xəstəliyin lazım olduğu hallarda əməliy- yat, radioaktiv yod və dərman müalicəsindən başqa dördüncü müalicə üsulunun olmadığını da əhalimizə bildirmək istəyirəm. Qeyri-endokrinoloq ixtisaslı hə- kim, bu iş nə qədər sadə görünsə belə, mütləq qalxanabənzər vəzi xəstəliyi şübhəsi olan xəstələri düzgün müalicə üçün endokrino- loqa yönləndirməlidir. Əməliyyat- dan əvvəl də, sonra da qalxanvari vəzi xəstəliyinə nəzarət edilməsi endokrinoloqun birbaşa vəzifə- sidir. Mənim sizə söylədiklərim Amerikanın, Avropanın, yəni müasir dünya ölkələrinin təcrü- bəsidir. Bundan başqa, xəstələr onlara təyin edilən dərmanları vaxtlı-vaxtında qəbul etməli, müayinələrini gecikdirməməli, məsləhətlə müalicə almamalı, özfəaliyyətlə məşğul olmamalı- dırlar. Son olaraq qeyd edim ki, qalxanvari vəzi xəstəliklərinin diaqnostikası, müalicəsi və nə- zarəti düzgün şəkildə aparılarsa, bu pasiyentlər heç bir problem yaşamadan normal həyatlarını davam etdirə bilərlər.

HİDAYƏT MƏMMƏDZADƏ
Həkim-endokrinoloq
Tel: +99450 397 18 18
Mail: [email protected]
[email protected]
Youtube: Dr.Hidayət Məmmədzadə
Facebook: Endokrinoloq Dr.Hidayət Məmmədzadə
İnstagram: dr.hidayet_memmedzade
Website: www.drhidayet.az

WIKIMED.AZ – MƏQALƏ:
HİDAYƏT MƏMMƏDZADƏ. ENDOKRİNOLOQ. Hidayat Mammadzada
ZOB. MÜƏLLİF. Dr. Hidayət Məmmədzadə
WIKIMED.AZ – MƏQALƏ: Şəkərli diabet – Əsrimizin epidemiyasıdır. Dr.Hidayət Məmmədzadə.
Doktor Hidayət Məmmədzadənin şəxsi  WEB SƏHİFƏSİ
DOKTOR HİDAYƏT MƏMMƏDZADƏNİN ŞƏXSİ FACEBOOK SƏHİFƏSİ
Doktor Hidayət Məmmədzadənin FACEBOOK PROFİLİ
DR.H.MƏMMƏDZADƏNİN ŞƏXSİ İNSTAGRAM SƏHİFƏSİ
Doktor Hidayət Məmmədzadənin ŞƏXSİ YOUTUBE KANALI
İNSANLAR DİABET OLDUQLARINI GİZLƏTMƏMƏLİDİRLƏR. HİDAYƏT MƏMMƏDZADƏ ENDOKRİNOLOQ
Piylənmə xəstəliyi-əsrin bəlası…Müəllif: Hidayət Məmmədzadə. Endokrinoloq
MƏQALƏ: Şəkərli diabet – Əsrimizin epidemiyasıdır. Dr.Hidayət Məmmədzadə.

Facebook Comments