İcbari tibbi sığorta ilə prostat vəzin adenomasının əməliyyatı kəsiksiz aparılır
Prostat vəzi – sidik kisəsinin altında və sidik yolunun ətrafında yerləşən orqandır. Bu orqan böyüdükdə sidik kanalını sıxır. Nəticədə sidik kisəsi tam boşalmır, gündüzlər və gecələr qəfil və ya tez-tez sidiyə çıxmaq istəyi, sidik axınının təzyiqinin azalması, urinasiya zamanı gücənmə, yanma, göynəmə və ağrı kimi simptomlar yaranır. Bu simptomlar olduqda dərhal həkim-uroloqa müraciət etmək lazımdır.
İlk olaraq pasiyent həkim tərəfindən fiziki müayinə olunur. Xəstəliyin dəqiq diaqnostikası üçün həkim tərəfindən laborator və instrumental müayinələr təyin oluna bilər. Laborator müayinələrə sidiyin ümumi analizi, qanda ümumi və sərbəst prostat spesifik antigenin (PSA) təyini daxildir. İnstrumental müayinələr üçün uroloji ultrasəs müayinəsi, ehtiyac olduqda transrektal USM, KT və MRT müayinələri tövsiyə olunur. Bundan başqa, sidik ifrazat sisteminin funksiyasını dəyərləndirmək üçün uroflumetriya müayinəsi təyin oluna bilər. Ümumi müayinələrin nəticələri əsasında prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa prostat vəzinin biopsiyası da aparıla bilər.
Prostat vəzinin adenomasının dərman müalicəsinə tabe olmaması fonunda yuxarıda qeyd olunan simptomları aradan qaldırmaq məqsədi ilə prostatın transuretral rezeksiyası (TURP) əməliyyatı aparılır. TUR əməliyyatı bəzən prostat vəzin bədxassəli şişi, sidik kisəsinin polipləri və şişlərində, sidik kisəsi boynunun sklerozunda da tətbiq edilir.
Prostatın transuretral rezeksiyası (TURP) – dəridə kəsik aparılmadan təbii sidik kanalından daxil olmaqla sidik axınına maneə törədən prostat vəzin toxumasının kəsilib götürülməsi əməliyyatıdır. Əməliyyat endoskopik üsulla vizual müayinə altında aparılır. Ağırlaşma olmazsa əməliyyatdan bir neçə gün sonra pasiyent ambulator müalicə üçün evə buraxılır.
Qeyd edək ki, instrumental və laborator diaqnostik müayinələr, reanimasiya, anesteziya, əməliyyat və yatış zamanı istifadə olunan dərman və tibbi sərf (kateter), biopsiya və əməliyyat zamanı götürülən toxumanın histoloji müayinəsi, yatış müddətində qidalanma icbari tibbi sığorta ilə tam qarşılanır.
2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 3385 TURP əməliyyatı icra olunub. Beynəlxalq kliniki protokola görə prostat vəzin həcmi 80 sm³-ə qədər TURP əməliyyatı, daha böyük həcmlərdə isə başqa əməliyyat növləri icra edilə bilər. Bu əməliyyatın açıq əməliyyatdan üstünlüyü ondan ibarətdir ki, sidik kisəsinin tamlığı pozulmur. Bədəndə heç yerdə kəsik açılmadığı üçün pasiyentin əmək qabiliyyəti tez bərpa olunur. Əməliyyatdan sonra sidik ifrazının pozulması ilə bağlı kişilərin həyat keyfiyyətinə mənfi təsir göstərən simptomlar aradan qalxır.
TURP əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.
WIKIMED.AZ AZƏRBAYCAN ONLİNE TİBB ENSİKLOPEDİYASI SAYTINDA TƏBİB VƏ İCBARİ TİBBİ SIĞORTA İLƏ BAĞLI DİGƏR ƏN SON XƏBƏRLƏRİN BAŞLIQ VƏ LİNKLƏRİ
XƏBƏR LENTİ – MULTIDISIPLINAR NEYROTRAVMA MƏRKƏZİNİN YARADILMASININ ƏSAS HƏDƏFLƏRİ NƏLƏRDİR? AVSTRİYA TƏCRÜBƏSİNİ ÖYRƏNƏN DR. PƏRVİN ƏKBƏROV BUNA AYDINLIQ GƏTİRİB.
XƏBƏR LENTİ – İCBARİ TİBBİ SIĞORTA XƏTTİ İLƏ APARILAN PROSTAT VƏZİ ADENOMASI ƏMƏLİYYATLARI NECƏ APARILIR?
XƏBƏR LENTİ – ICBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ YAPONİYADA……
XƏBƏR LENTİ – İCBARİ TİBBİ SIĞORTA İLƏ 540 SPLENEKTOMIYA ‘M’LIYYAT; ICRA O;UNUB
XƏBƏR LENTİ – İcbari tibbi sığorta ilə babasilin müalicəsi 6 metodla qarşılanır
XƏBƏR LENTİ – ÜRƏK DAMARLARINA STENT QOYULMASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ ÖDƏNİŞSİZDİR
XƏBƏR LENTİ – TİROİDEKTOMİYA ƏMƏLİYYATI İCBARİ TİBB SIĞORTA İLƏ ÖDƏNİŞSİZDİR
Facebook Comments