MEHRIBAN ƏMİROVA, MAMA-GİNEKOLOQ, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU

DOKTOR MEHRİBAN ƏMİROVANIN TƏHSİLİ:
Əmirova Mehriban Cavanşir qızı 1978-ci ildə Bakı şəhərində ziyalı, alim, həkim ailəsində dünyaya gəlib. 1993-cü ildə Mehriban Əmirova Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1999-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1999-2001-ci illərdə Mehriban Əmirova Azərbaycan respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura keçmişdir.
2008-2012-ci illərdə  Mehriban Əmirova Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində  2008-2011-ci illərdə Sankt Peterburq Diplomdansonra Təhsil Tibb Akademiyasında mama-ginekologiya ixtisası üzrə aspiranturada təhsilini davam etdirib və həmin universitetinin klinikalarinda həkim aspirant kimi çalışıb. 2012-ci ildə dissertasiya elmi işini mudafiə edərək tibb elmləri namizədi adına layiq gorülüb.
2013-2014-cü illərdə Turkiyənin İstanbul şəhərində Bahçeçi Sağlamlıq Qrupunda, İstanbul Universitetinin Tibb fakültəsində, Eğitim və Araştırma xəstəxanasında kolposkopiya, histeroskopiya, endovideocərrahiyyə, sonsuzluq və endokrin ginekologiyanın digər sahələri üzrə ixtisasartırma kursları keçib.

DR. MEHRİBAN ƏMİROVANIN ƏMƏK FƏALİYYƏTİ:
2001-2008-ci illərdə Mehriban Əmirova müxtəlif  özəl tibb mərkəzlərində mama-ginekoloq işləmişdir.
Daha sonra 2008-2012-ci illərdə Mehriban Əmirova Rusiya federasiyası, Sertolovo mərkəzi şəhər xəstəxanası, mama-ginekoloq işləmişdir.
2014-cü ildən Mərkəzi Gömrük Hospitalda mama-ginekoloq kimi çalışır

DR. MEHRİBAN ƏMİROVANIN İŞTİRAK ETDİYİ İXTİSASARTIRMA KURSLARI VƏ ELM-PRAKTİK KONFRANSLAR:
2009 RF, Sankt-Peterburq, “Uşaqlıq yolunun və boynunun patalogiyasi”; “Mama-ginekologiya praktikasında ultrasəs diaqnostikasi”; “Ginekologiyada histeroskopiya” ixtisasartırma kursları; “Mama-ginekologiyada əl ilə vakuum aspirasiyası” təlimi
2010 RF, Sankt-Peterburq, “Ginekologiyada endovideocərrahiyyə”; “Sonsuz ailə” ixtisasartırma kursları
2011 RF, Moskva, “Medikamentoz abort: tibbi texnologiya” təlimi; “Müasir kontrasepsiya reproduktiv sağlamlıqda” seminarı
2011 RF, Sankt-Peterburq, “Ginekoloji endokrinologiya”; “Ailə cütlüyünün reproduktiv sağlamlığı” ixtisasartırma kursları
2013-2014 Turkiyə, İstanbul, Bahçeci Sağlamlıq Qrupu (Süni Mayalanma Mərkəzi); İstanbul Universiteti Tibb Fakültəsi, Qadin xəstəliklərı və Doğum Anabilim Dalı; Eğitim və Araştırma xəstəxanasında praktika
2013 Türkiyə, İstanbul, “Ultrasonoqrafi”, “Urojinekolojik əməliyyatlar” kursları
2014 “Ginekologiyada laparoskopiya”,  “Yumurtalıqların polikistoz sindromu”, “Pratik ovulasyon induksiyonu”, “Tibbi və Cərrahi müalicə”,  “Təməl obstetri ustrasonoqrafi” kursları, Türkiyə, İstanbul
2014 “Vaginal Histerektomiya” kursu, Türkiyə, Ankara,
2014 “Laparoskopik sütür texnikaları”, “Histereskopi” kursları, Türkiyə, İzmir
2019 “Ginekologiyada endovideocərrahiyyə” kursu, Rusiya, Sankt-Peterburq
2019 “Ginekologiyada endoskopiya təhsili 1”; “Ginekologiyada endoskopiya təhsili 2” kursları, Türkiyə, Bursa
2020 “Ginekologiyada endoskopiya təhsili 3”  kursu, Türkiyə, Istanbul
2020  Cinsel Sağlık Enstitüsü Derneyi. Vaginizm təlimi, Türkiyə, İstanbul
2021 Türkiyə Qaradəniz Qadın Sağlığı Cəmiyyətinin təşkilatçılıgı ilə hibrit formatında keçirilən IV Qaradəniz Ginekoloji və Mamalıq konqresi, Türkiyə, İstanbul
2022 Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Tibbi Forum.  Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri
2022 Beynəlxalq Genital Estetik və Kosmetik Ginekologiya mövzusunda seminar. Türkiyə, İstanbul şəhəri.
2022 Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Akademik V.İ.Kulakov adına Milli Tibbi Tədqiqat Mamaliq, Ginekologiya və Perinatologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Estetik ginekologya” mövzusunda təlim kursunda iştirak edib. Rusiya, Moskva şəhəri.
Bundan əlavə doktor Mehriban Əmirova 2 defe bu ilde Italiyada kursda olmuşdur
2023 master-klass: “Ginekologiyada lazer tətbiqi”, Italiya, Turin (Mauriziano Hospital)
2023 master-klass: “Ginekologiyada lazer tətbiqi”, Italiya, Avellino (Prof Mario Malzoni clinic)

DOKTOR MEHRİBAN ƏMİROVANIN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Normal ve patoloji hamilelik, hamiləliyin təqibi, fizioloji və cərrahi doğuşlar;
Konservativ (menstrual tsiklin, menopauza və endokrin pozulmalari,
yumurtalıqların polikistik sindromu, uşaqlıq mioması, endometrioz və s.)
və cərrahi (abdominal, vaginal, laparoskopiya və histeroskopiya) ginekologiya;
Uşaqlıq yolunun və uşaqlıq boynunun patologiyasının diaqnostikası (kolposkopiya)
və müalicəsi (LEEP, LLETZ, krioterapiya, lazerterapiya və s.);
Sonsuzluğun diaqnostikası və müalicəsi;
Estetik (vaginoplastika, labioplastika, hudoplastika, perineoplastika, ipli-lifting) və
kosmetik (PRP – plazmolifting, Biorevitalizasiya, Mezoterapiya, Botox) ginekologiya;
Biolitec Leonardo lazer texnologiyasi vasitəsi ilə vaginal atrofiyanin, sidik qaçırmanin
və recurrent infeksiyalarin, kondiloma, servikal ektropion,
vulvar və servikal displaziyalar, polip, mioma, septum, istmocele kimi xesteliklerin mualicesinide istifadesi.
Dr. Mehriban Əmirova yuxarida gostərilən estetik ve kosmetik ginekoloji prossedurlari qadinlarin müalicəsində tətbiq edərək, stress sidik qaçırma,
vaginal toxumanın zəifləməsi ve boşalması, genital sahənin cavanlaşdırılması, deformasiyaların ləğvi, vaginal ve vulvar quruluq, vaginal atrofiyani,
cinsi istəyinin pozulmasi, vaginizm, təkrarlanan infeksiyaların və s.
patoloji vəziyyətləri aradan qaldiraraq xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırmagina komək edir.

DOKTOR MEHRİBAN ƏMİROVANIN ÜZVÜ OLDUĞU PEŞƏKAR ASOSSİASİYALAR:
Ассоциация Специалистов по Эстетической Гинекологии (Rusiya Federasiyası)
Servikal Patolojiler ve Kolposkopi Derneği (TRSCCP) (Türkiyə)
Reproduktiv Təbabət və Cərrahiyyə Cəmiyyəti İctimai təşkilat (Rusiya)
Rusiya Endometrioz Assosiasiyası
Uşaqlı boynu patalogiyaları və Kolposkopiya Assosiasiyası (Rusiya)
Rusiya Endoskopik Ginekoloqlar Assosiasiyası
Rusiya İnsan Reproduksiyası Assosiasiyası

DOKTOR MEHRİBAN ƏMİROVA İLƏ ƏLAQƏ:
İŞ YERİ – MƏRKƏZİ GÖMRÜK HOSPİTAL
TELEFON: 050-321-33-30


FACEBOOK PROFİLE – DOKTOR MEHRİBAN ƏMİROVA, MAMA-GİNEKOLOQ
MƏRKƏZİ GÖMRÜK HOSPİTALIN HƏKİMİ TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU MEHRİBAN ƏMİROVA
XƏBƏR LENTİ – GİNEKOLOJİ XƏSTƏLİKLƏRDƏN ƏZİYYƏT ÇƏKƏNLƏR ÜÇÜN – MAMA-GİNEKOLOQ MEHRİBAN əMİROVA
XƏBƏR LENTİ – Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqları Türkiyədə seminarda iştirak ediblər

     

Facebook Comments