NAZİR ALLAHVERDİYEV USM MÜTƏXƏSSİSİ, RADİOLOQ EKSPERT

MÜTƏXƏSSİS HƏKİM-RADİOLOQ NAZİR ALLAHVERDİYEVİN (NAZİR ALLAHVERDİ) 
TƏHSİLİ VƏ ƏMƏK FƏALİYYƏTİ:
Doktor Nazir Allahverdiyev 17 avqust 1982 ci ildə Bakı şəhərində anadan olmuşdur.
Orta təhsilini müvəffəqiyyətlə bitirib 1999-cu ildə Tibb Universitetinə daxil olmuş və 2004-cü ildə həmin universiteti bitirmişdir.
01.08.2004-cü ildən, 01.07.2005-ci ilədək Azərbaycan Tibb Universitetində internatura kursunu “Qədirli adına Mərkəzi Hövzə Xəstəxanası” funksional-diaqnostika ixtisası üzrə bitirmişdi.
.2005-2006-cı illərdə Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Daha sonra doktor Nazir Allahverdiyev uzun müddət Müdafiə Nazirliyində çalışmışdır.
Hərbi həkim və məhkəmə-tibb eksperti kimi fəaliyyət göstərmişdir.
2007-ci ilin oktyabr ayından 07.01.2013-cü ilədək Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində bölmə rəisi vəzifəsində çalışmışdı.
2011-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda “Məhkəmə təbabəti” üzrə ümumi təkmilləşmə kursunu keçmişdir
Doktor Nazir Allahverdiyev 2018-ci il tarixində dövlət proqramı ilə təhsil almaq üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilmişdi. Həmin akademiyada ixtisaslaşma təhsili almışdır.
Həmin təhsil müddətində bir sıra elmi seminarlarda və Azərbaycan, Türkiyə həkimlərinin birlikdə təşkil etdiyi, elmi konfranslarda iştirak etmişdi.
 2021-ci il 19 dekabrda Nazir Allahverdi Diaqnostik Ultrasonoqrafiyanın imkanları. Master klass kursuna daxil olmuşdur.
Türkiyə Radioloji dərnəyinin keçirdiyi tibbi konfranslarda bir sıra çıxışlar edərək və həmin dərnəyin həqiqi üzvi seçilmişdi.
Türkiyədəki, təhsilinin müddətində 27 sentyabr 2020-ci il tarixində ölkəmizdə başlanan 44 günlük müharibəyə könüllü qatılaraq ön cəbhədə xidmət etmişdir.
Ağdərə rayonunda yerləşən Suqovuşanda və eləcə də Hadrutda yaralıların təxliyəsində birbaşa iştirak edib və məhkəmə tibb eksperti kimi fəaliyyət göstərib. Həmçinin Tərtərdə, Fizulidə olmuşdur.
Şəhidlərin müayinəsində, onların identifikasiya edilməsində Nazir Allahverdiyev aktiv iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq əmri ilə döyüşdə göstərdiyi xidmətlərinə görə “Sücayətinə görə” medalı ilə təltif edilmişdi.
Bununla yanaşı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçirdiyi “Tiroid vəzi problemləri, elmi baxışlar və müasir yanaşmalar” seminarında və İnönü Universitetinin, Tip fakültəsi, adlı Tip Anabilim Dalı Başkanı Professor Dr.Osman Celbişin Azərbaycanda təşkil etdiyi 5 günlük elmi konfransda iştirak edərək məruzə ilə çıxışlar etmişdi.
2020-ci ildən İkinci Qarabağ müharibəsi bitdikdən sonra Tusi klinikasında radioloq kimi fəaliyyətə başlayıb.
Doktor Nazir Allahverdiyev 2021-ci ildən isə Kəpəz Hospitalda həkim-radioloq kimi peşəkar fəaliyyətini davam etdirmişdir.
Hal-hazırda da Kəpəz Hospitalda çalışır.
Türk Radioloji Dərnəyinin üzvüdür.
Ölkədə mütəxəssis hazırlıqlarının tədrisində və beynəlxalq, yerli konfrans və kurslarda fəal iştirak edir. Səhiyyə Nazirliyinin vaxtaşırı təşkil etdiyi master klasslarda çıxışları var.

İş yeri:
KƏPƏZ HOSPİTAL

Cəlil Məmmədquluzadə 101A, Bakı ş.
ƏLAQƏ TELEFONLARI:
050 442 42 03
012 449 67 57
+994 55 990 00 88


İNSTAGRAM PAGE – DOKTOR NAZİR ALLAHVERDİ. İNSTAGRAM SƏHİFƏSİ
FACEBOOK PROFİLE – USM MÜTƏXƏSSİSİ, MƏHKƏMƏ-TİBBİ EKSPERTİZA MÜTƏXƏSİSİ NAZİR ALLAHVERDİ

YOUTUBE VIDEO – 44 GÜNLÜK ZƏFƏRİN AĞ XALATLI FEDAKARLARI. DOKTOR NAZİR ALLAHVERDİ DANIŞIR….
YOURUBE VİDEO – Xərçəngin sevdiyi orqanlar- Hansı düyün xərçəngə çevrilir? – USM mütəxəssisi – BTV
FACEBOOK VİDEO – MÜTƏXƏSSİS RADİOLOQ NAZİR ALLAHVERDİ KƏPƏZ HOSPİTALDA
İNSTAGRAM VİDEO – SKROTAL DOPPLER MÜAYİNƏSİ – RADİOLOQ DOKTOR NAZİR ALLAHVERDİ

Facebook Comments