DOKTOR RAFAEL HƏSƏNOVUN TƏHSİLİ:
1995-2000 ATU-da təhsil alıb.
2000-2001 Respublika Klinik Xəstəxanasında İnterna keçmişdir
İŞ TƏCRÜBƏSİ:
2001-2006 Səbail rayon 15 saylı BŞX –da həkim endoskopist
2006-2007 New Med klinikası
2007-2011 UNİ klinika
2011-2012 Bakı klinikası
2012-2013 HB Güvən klinikası
2013-2014 Elva klinikas
2014-2015 Medika Hospital
Rafael Həsənov 2007-ci ildən indiyədək “Diaqnoz” Tibb Mərkəzində Qastroenteroloq-Endoskopist vəzifəsində çalışır.
Kurs və konfranslar:
2003-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb fakultəsində qastroenterologiya üzrə kurs keçib.
Rafael Həsənov 2011-ci ildə Bezmi Aləm Vakıf Universitetində endoskopiya üzrə kurs keçmişdir. Müxtəlif illərdə Azərbaycan , Türkiyə və Almaniya ölkələrində Beynəlxalq Konfranslarda iştirak edib.
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ
A) Endoskopiya
1.Qastroskopiya
2.Kolonoskpiya
3.Rektoskopiya
4.Duodenoskopiya
B) Terapevtik endoskopiya
C) Qastroenteroloji xəstəliklər
MÜALİCƏ ETDİYİ XƏSTƏLİKLƏR:
Qida borusu, Mədə, 12 barmaq bağırsaq xəstəlikləri (ezofagit, qastrit, reflüks, mədə xorası, mədə yırtığı, mədə polipi, bulbit,xoralar və s.)
Öd kisəsi, mədəaltı vəz xəstəlikləri (ponkreatit, xolangit, xolesistit və s.)
Qaraciyərin infeksiyon və qeyri-infeksion xəstəlikləri (hepatitlər, qaraciyər piylənməsi və s.)
Yoğun və nazik bağırsaq xəstəlikləri (kron xəstəliyi, qeyri-spesifik xoralı kolit, bağırsaq iltihabı, qəbizlik, qıcıqlanmış bağırsaq sidromu və s.)
Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri, Qastroeneteroloq-endoskopist doktor Rafael Həsənov Rəfael Həsənov 18-21 may 2024-cü il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən “Həzm Xəstəlikləri Həftəsi (Digestive Disease Week 2024)” də iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirak etdiyi tədbirdə həzm sistemi xəstəliklərinin müasir müalicə üsulları, həzm orqanlarında aparılan əməliyyatlar, həmçinin qastrologiya problemlərinə dair məruzələr dinlənilib, müzakirələr aparılıb
Doktor Rafael Həsənovun bilik və təcrübə mübadiləsi məqsədilə beynəlxalq konfranslarda iştirakı davam edir.
Son illər mühüm beynəlxalq master klasslarda iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirən Rafael Həsənov çalışdığı şöbədə daha innovativ texnologiyalarla bir sıra yeni prosedurlar icra edir.
Yoğun bağırsağın törəməsi.
Bağırsaq keçməzliyi zamanı
Bağırsağa metalik stentin yerləşdiriləmsi proseduru icra edilir.
Həmçinin Peroral Endoskopik Miotomiya axalaziya və ya bəzi yemək borusu xəstəliklərində istifadə edilən qabaqcıl endoskopik müalicə üsuludur. Yemək borusunda olan əzələlərə endoskopik yolla müdaxilə edilərək xəstənin yenidən rahat şəkildə qidalanmasına şərait yaradılır.
Endoskopik Submukozal Disseksiya metodu vasitəsilə həzm sistemində olan böyük ölçülü poliplər və ilkin mərhələ xərçəng cərrahi kəsik aparılmadan endoskopik yolla çıxarılır.
ESD metodu xəstələrin qısa müddətdə sağalmasına və gündəlik həyatlarına davam etmələrinə imkan yaradır
ERCP Endoskopik retrograd xolangiopankreatogrofi #öd və #mədəaltı vəzi kanalları problemlərini müalicə etmək üçün üst mədə-bağırsaq endoskopiya və rentgen şüalarını birləşdirən əməliyyatdır.
ERCP öd və mədəaltı vəzi kanallarındakı problemləri diaqnoz etmək, öd yollarındakı daşların xaric edilməsi üçün icra edilir.
Doktor Rafael Həsənov tərəfindən diaqnostik ERCP və müalicəvi ERCP o cümlədən öd yollarının daşlarının çıxarılması, öd yollarının dilatasiyası, öd yoluna metalik stent taxılması, Pankreatik kistlərin mədəyə drenajı proseduru həyata keçirilir.
Onun tərəfindən habelə Varikoz venaların elastik həlqələr vasitəsilə bağlanması və mədə varikozlarının skleroterapiyası
Həzm traktına wall stentlərin yerləşdirilməsi
Endoskopik perkutan qastrostomiyanın qoyulması icra edilir.
Doktor Rafael Həsənovun
şəxsi əlaqə telefonu: 050 220 84 41
Rafael Həsənovun ŞƏXSİ FACEBOOK SƏHİFƏSİ
Dr.Rafael Həsənovun ŞƏXSİ WEB SƏHİFƏSİ
Dr.Rafael Həsənovun ŞƏXSİ FACEBOOK PROFİLİ
VİDEO – Qastroenteroloq-endoskopist Rafael Həsənov
VİDEO – saglamTV. Rafael Hasanov. ERCP. ERCP proseduru. ERCP ameliyyatı. Diaqnoz Tİbb Merkezi.
VİDEO – Dr.Rəfael Həsənov-Mədə balonu yerləşdirilməsi
VİDEO – Dr.Rəfael Həsnov-ERCP əməliyyatı(Xoledoxolitiaz,xoledoxdan daşın cixarılması)
Facebook Comments