ŞAHİN XƏLİLOV. İNVAZİV KARDİOLOQ.

TƏHSİLİ VƏ ƏMƏK FƏALİYYƏTİ
Şahin Cahangir oğlu Xəlilov 5 May 1979-cu ildə Azərbaycanın Şəki şəhərində ziyalı ailəsində anadan olub.
Orta məktəbi fərqlənmə diploma ilə bitirib.
Həmin il orta məktəbi bitirdikdən sonra ən yüksək balla Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.
2002-ci ildə ATU-nu bitirdikdən sonra Şahin Xəlilov Elmi Tədqiqat Kardiologiya İnstitutunda İnternaturada çalışıb.
İnternaturanı bitirdikdən sonra dr.Şahin Xəlilov 2002-2005-ci illərdə Mərkəzi Klinik Xəstəxanada intervension (invaziv) kardioloq kimi fəaliyyət göstərmişdir.
2005-2017-ci illər arasında Şahin Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasında invaziv kardioloq kimi çalışmıdır.
2017-ci ildən indiyə qədər Respublika Müalicə-Diaqnostika Mərkəzində (RDM) şöbə müdiri və intervension kardioloq kimi fəaliyyət göstərir.
2007-ci ildə Şahin Xəlilov dissertasiya müdafiə edərək Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə yiyələnmişdir.
Şahin Xəlilovun dissertasiya mövzusu “İnfarktdan asılı damarın stentləməsinin ürəyin remodellənməsinə olan təsiri” olmuşdur.
Hal-hazırda doctor Şahin Xəlilov doktorluq dissertasiyası üzərində çalışır.
ÜZVÜ OLDUĞU BEYNƏLXALQ TİBBİ TƏŞKİLATLAR:
 Şahin Xəlilov Beynəlxalq İntervension Kardioloqlar Assossiasiyasının üzvüdür
Avropa Kardioloqlar Cəmiyyətinin
(Euoropean Society of Cardiology) üzvüdür
Azərbaycan Kardiologiya Cəmiyyətinin
Amerika Exokardioqrafiya Cəmiyyətinin
Amerika Ürək Cəmiyyətinin (American Heart Assossiasion) üzvüdür.

 Şahin Xəlilov vaxtaşırı beynəlxalq kardioloji elmi-praktik konfrans və seminarlarda iştirak edərək xarici mütəxəssislərlə məlumat mübadiləsi edib. Konfranslarda çıxış və təqdimatlarla Azərbaycanı təmsil edib.

2005-2006-cı illər arasında Şahin Xəlilov İtaliyanın Milan şəhərində yerləşən Sandonato universitetində Fellow-da olmuşdur.
2007-ci ildə dr.Şahin Xəlilov “Uşaq exokardoqrafiyası və pediatrik kardiologiya” üzrə Parmada ixtisasartırma kursunda olmuşdur.
2008-ci ildə  Ş.Xəlilov Amerika Roçester Mayo Clinic-də Fellow-da olmuşdur.
Həmçinin bu illər ərzində dünyanın digər ölkələrində yerləşən qabaqcıl klinika və universitetlərdə ixtisasartırma kurslarında olub.
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Kardiologiyada  Şahin Xəlilov invaziv və qeyri-invaziv müayinə və müalicəvi proseduraları icra edir.
İnvaziv(İntervension) kardiologiyada koronar arteriyaların angioqrafiyası müayinəsini və həmçinin tutulmuş damarların açılması məqsədilə Angioplastika və stent əməliyyatları icra edir.
Doktor Şahin Xəlilovun invaziv kardiolog kimi bəzi anadangəlmə ürək qüsurlarının (Ağciyər arteriyası qapağının darlığı, qulaqcıqlararası çəpərin defekti (ASD) Patent Duktus Arteriosuz (PDA), Aort koarktasiyası) cərrahiyyəsiz (qapalı) müalicəsi də daxildir.
Şahin Xəlilovun icra etdiyi əməliyyat və müalicə prosedurlarına eyni zamanda ürək ritminin problemlərində daimi pacemaker (Ürək batereyası), İCD, CRT cihazlarının implantasiyası, Aort qapağının qapalı üsulla dəyişdirilməsini də (TAVİ) daxildir.

Dr. ŞAHİN XƏLİLOVLA ƏLAQƏ TELEFONU:
055-555-55-73

DOKTOR ŞAHİN XƏLİLOVUN ŞƏXSİ FACEBOOK SƏHİFƏSİ
İNVAZİV KARDİOLOGİYANIN TARİXİ VƏ BU GÜNÜ BARƏDƏ SƏNƏDLİ FİLM
AZƏRBAYCANIN İNVAZİV KARDİOLOQLARI – WIKIQALEREYA
iNVAZİV KARDİOLOGİYA NƏDİR – WIKIMED.AZ
KORONAR ANGIOQRAFIYA VƏ STENT  – WIKIMED.AZ
Ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstənin tac damarına tam əriyən stent (scaffold) implantasiya edilmişdir – 2012-ci il
İnvaziv kardioloq Şahin Xəlilovla müsahibə
Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlandı
OFELIYA SƏNANİ ÜRƏYİNDƏN ƏMƏLİYYAT OLUNUB
RESPUBLİKA-MÜALİCƏVİ DİAQNOSTİKA MƏRKƏZİNDƏ NÖVBƏTİ UNİKAL ƏMƏLİYYAT – TAVİ 
AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN ÜRƏK MƏRKƏZİNDƏN REPORTAJ – DOKTOR ŞAHİN XƏLİLOVLA SÖHBƏT


VİDEO – DOKTOR ŞAHİN XƏLİLOVUN AZTV-DƏ AİLƏ HƏKİMİ VERİLİŞİNDƏ ÇIXIŞI
VİDEO –  DOKTOR ŞAHİN XƏLİLOV – XƏZƏR TELEVİZİYASI. HƏKİMSƏN VERİLİŞİNDƏ
VİDEO – KƏSKİN İNFARKT ZAMNI VƏ PLANLI STENT ƏMƏLİYYATLARI.
DOKTOR ŞAHİN XƏLİLOVLA MÜSAHİBƏ
VİDEO – ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ. RDM KLİNİKASI. DOKTOR ŞAHİN XƏLİLOV
VİDEO – STENT İMPLANTASİYASI. DOKTOR ŞAHİN XƏLİLOV.
VİDEO – ÜRƏK ƏMƏLİYYATI OLUNANLAR PİS VƏRDİŞLƏRDƏN UZAQLAŞMALIDIR – DOKTOR ŞAHİN XƏLİLOV.

 

Facebook Comments