Ümumi, qastroenteroloji və onkoloji cərrah Samir Hacıbabayev
Təhsili
Samir Hacıbabayev 1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirmişdir. Ümumi cərrahiyyə və cərrahi onkologiya üzrə ixtisaslaşıb. Hərbi Tibb fakültəsində hərbi – səhra cərrahiyyəsi ixtisası üzrə təhsil alıb.
2006-2009-cu ildə Samir Hacıbabayev Piroqov adına Moskva Milli Cərrahlıq Mərkəzində cərrahiyyə üzrə aspirantura keçib.
2010-cu ildə Samir Hacıbabayev ABŞ-ın Klivlend Klinikasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və Qaraciyər Nəqli” şöbəsində təcrübə keçib.
The Transplantation Society-nin üzvüdür.
İcra olunan prosedurlar
Qida borusu, mədə, qaraciyər, öd yolları, mədəaltı vəzi və digər qarın boşluğu orqanları üzərində planlı və təcili əməliyyatlar.
Əməliyyatdaxili endoskopiyanın, USM və rentgenoloji müayinənin tətbiqi.
Ən müasir avadanlıqlarla (Karl Storz, Covidien, Ethicon) radikal və geniş əməliyyatlar.
Təhlükəsiz əməliyyat və əməliyyat sonrakı dövr üçün müasir protokoların tətbiqi.
Dr. Samir Hacıbabayev tərəfindən həyata keçirilən əməliyyatlar:
Qaraciyər, öd yolları, mədəaltı vəzi üzərində əməliyyatlar:
Qaraciyərin anatomik iri və kiçik həcmli rezeksiyaları, öd yollarında endoskopik və açıq üsulla rekonstruktiv əməliyyatlar, əməliyyatdaxili xolangioskopiya və xolangioqrafiya.
Öd yollarının Rentgen və Ultrasəs rəhbərliyi altında drenajı
Mədəaltı vəzi üzərində əməliyyatlar(Whipple əməliyyatı,distal rezeksiyalar,splenektomiya ilə)
Mədə və qida borusunda əməliyyatlar:
Mədədə rekonstruktiv əməliyyatlar
Qid borusu daralmalarında və törəmələrində 2 və 3 sahəli geniş əməliyyatlar
Qida borusu üzərində endoskopik əməliyyatlar
Diafraqmal yırtıq və axalaziyaya görə əməliyyatlar
Qida borusunun və mədənin yad cisimlərinin çıxarılması
Qida borusunun varikoz damarları üzərində müdaxilələr
Yırtıq əməliyyatları:
Laparoskopik və açıq üsulla yırtıq əməliyyatları
Diafraqmal yırtıq əməliyyatları
Qarnın ön divarının mürəkkəb və nəhəng yırtıqlarının bərpası, süni protezlərin tətbiqi
Bağırsaqlarda əməliyyatlar:
Nazik bağırsaq üzərində endoskopik əməliyyatlar
Laparoskopik üsulla yoğun bağırsaq əməliyyatlarının həyata keçirilməsi, sağ və soltərəfli hemikolektomiyalar,
Total kolektomiya, ileoanal rezervuarların yaradılması
Transanal əməliyyatların aparılması
Samir Hacıbabayevin İş təcrübəsi
Hərbi hospitalda cərrah vəzifəsində xidmət edib.
2004-2005-ci ildə Samir Hacıbabayev İstanbul Universiteti Tibb fakültəsi, İstanbul Memorial xəstəxanasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və Orqan Nəqli” mərkəzində çalıb.
Onkoloji mərkəzin Torakoabdominal cərrahiyyə şöbəsində, Mərkəzi Klinikanın cərrahiyyə şöbəsində cərrah vəzifəsində çalışıb.
Samir Hacıbabayev 30-dan çox məqalə müəllifidir, 400-ə yaxın laparoskopik əməliyyat, 2000-dən çox açıq əməliyyat icra edib.
Qaraciyər, öd yolları, mədəaltı vəzi, qida borusu, mədə və bağırsaqlar üzərində çoxlu sayda mürəkkəb əməliyyatlar aparıb.
Samir Hacıbabayev 35-dən çox II tip şəkərli diabetə görə mürəkkəb əməliyyatların icra edilməsində iştirak edib.
Azərbaycan təbabətində ilk olaraq bir çox mürəkkəb xüsusi əməliyyatları aparıb:
Azərbaycanda ilk dəfə total laparoskopik qastrektomiya (Mədənin qapalı üsulla tam əvəz olunması) əməliyyatını həyata keçirib.
Samir Hacıbabayev Azərbaycanda ilk dəfə tam laparoskopik total kolektomiya (həddindən çox uzanmış yoğun bağırsağa görə) əməliyyatını həyata keçirib.
Samir Hacıbabayev Soltərəfli adrenalektomiya (böyrəküstü vəzin şişinin çıxarılması) əməliyyatını həyata keçirib.
Mədəaltı vəzi əməliyyatından sonrakı mürəkkəb bağırsaq fistulasının ləğv olunması.
Paraaortal qanqlionevromanın çıxarılması
Doktor Samir Hacıbabayevlə əlaqə telefonu: 050-327-16-85
Dr.SAMİR HACIBABAYEVİN ŞƏXSİ İNTERNET SAYTI – ENDOSKOPİST.AZ
SAMİR HACIBABAYEVİN ŞƏXSİ FACEBOOK SƏHİFƏSİ
Op.Dr. SAMİR HACIBABAYEVİN ŞƏXSİ YOUTUBE KANALI
VİDEO – Azərbaycanda möcüzəvi cərrahiyyə əməliyyatı – saglamTV
VİDEO – Dr. Samir Hacıbabayev Ixtisas: Ümumi cərrah Mövzu: Öd daşının yaranma səbəbləri
VİDEO – Op.dr. Samir Hacıbabayev. Nazik və yoğun bağırsaq fistulalarının ləğvi – saglamTV
VİDEO – Dr. Samir Hacıbabayev Sağlam yaşamaq verilişi – İctimai Televiziya
VİDEO – Endoskopik cərrah Dr.Samir Hacıbabayev
VİDEO – Bir ailənin 2 üzvü dəhşətli exinokokk xəstəliyindən əməliyyatla belə xilas oldu – saglamTV
VİDEO – Dr. Samir Hacıbabayev Sağlılqla verilişi. Xəzər TV
VİDEO – Dr. Samir Hacıbabayev Sağlam yaşamaq verilişi. ITV 10.06.2015
VİDEO – Dr. Samir Hacıbabayev Sağlam yaşamaq ITV
VİDEO – Whipple operation(PDR) by Dr.Samir Hacıbabayev- Ligasure(Covidien)-Baku/Azerbaijan
VİDEO – Od kisəsi daşına və çanaqda kistaya görə qapalı əməliyyat.Op.Dr.Samir Hacıbabayev. Tel: 050 327 16 85
VİDEO – DR Samir Hacıbabayev -Sağlıq olsun proqramında 23.01.2014
VİDEO – Total thyroidectomy by Dr.Samir Hajibabayev
VİDEO – Samir Hacibabayev Space tv Ana xəbər
VİDEO – Dr. Samir Hacıbabayev Şən bazar Medera Hospital ATV kanalı.
VİDEO – Dr. Samir Hacıbabayev Sağlam yaşamaq ITV 23.06.2015
VİDEO – Dr Samir Hacibabayev Shen bazar Medera Hospital ATV
VİDEO – Samir Hacibabayev. Rekonstruktiv abdominoplastika
VİDEO – Dr. Samir Hacıbabayev Yaşamaq gözəldir televiziya verilişində. ARB kanalı. 06.06.2015
VİDEO – Umumi, Endoskopik ve onkoloji cerrah Samir Hacibabayev (Yasamaq gozeldir verilişi-ARB Şəki)
Facebook Comments