Doktor Seymur Musayev 1 sentyabr 1974-cü ildə Goranboy rayonunun Xınalı kəndində anadan olub.
1980-1989-cu illərdə Goranboy rayon Xinalı kənd natamam orta məktəbində təhsil almışdır. 1989-1991-ci illərdə orta təhsilini Gəncə şəhər 9 nömrəli orta məktəbində davam etdirmişdir.
Gəncə şəhər 9 nömrəli orta məktəbini qızıl medalla bitirmişdir.
1991-1998-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almış və oranı qızıl medalla bitirmişdir.
1998-2000-ci ildə Goranboy Rayon Mərkəzi Xəstəxanasında cərrah vəzifəsində işləyib.
2000-2004-cü illərdə Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunda (Hazırki Elmi Cərrahiyyə Mərkəzində) aspirantura təhsili almışdır.
Həmin dövrdə dissertasiya müdafiə edərək Tibb elmləri namizədi (Tibb üzrə Fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.
DOKTOR SEYMUR MUSAYEVIN İŞTİRAK ETDİYİ TƏKMİLLƏŞDİRMƏ KURSLARI VƏ KONFRANSLAR:
Dr. Seymur Musayev həkimlik fəaliyyətinə başladığı dövrdən etibarən çoxsaylı ixtisasartırma kurslarında və eləcə də beynəlxalq, yerli konfranslarda iştirak edir.
Bu kurslara misal olaraq bunları qeyd etmək yerinə düşər:
Dr.Seymur Musayev 2005-ci ildən xaricdə keçirilən onlarla beynəlxalq konfransın və Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq konfransın iştirakçısıdır
Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “9-cu Beynəlxalq Konfransı”nın iştirakçısı. 01-05 kasım 2006-cı il, Antalya, Türkiyə
Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “1-ci damar cərrahiyəsi simpozyumu”da “Periferik damar və aort cərrahiyəsi” mövzusunda keçirilən simpozyumun iştirakçısıdır. 06-09 iyul 2007-ci il, Çanaqqala, Türkiyə.
“Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası” İB-nin “Anadangəlmə ürək qüsurlarının müalicəsində yeniliklər və ağciyər hipertenziyası” mövzusunda keçirilən simpozyumda iştirak edib. 22 sentyabr 2007-ci il, Bakı,Azərbaycan.
Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “10-cu Beynəlxalq Konfransı”nın iştirakçısıdır. 17-21 ekim 2008-ci il, Çeşmə, İzmir, Türkiyə.
“Açıq Tibb İnstitutu”, “Nyu-York – Presviterianın Xəstəxanası”, “Bakı Təhlil və Məlumat Mərkəzi” və “Mərkəzi Neftçilər Xəstəxanası”nın birgə keçirdiyi 15 saatı əhatə edən Beynəlxalq “KARDİOLOGİYA OMİ SATELLİTE” simpozyumda iştirak edib, 17-18 aprel 2009-cu il, Bakı, Azərbaycan.
“Türkiyə Ürək və Səhiyyə Fondu”nun “Kardiologiya və ürək-damar cərrahiyəsinə dair yeniliklər” mövzusunda keçirdiyi “5-ci Beynəlxalq Konqres”in iştirakçısıdır, 24-28 sentyabr 2009-cu il, Antalya, Türkiyə.
“Türkiyə Ürək və Səhiyyə Fondu”nun “ESC GUCH” mövzusunda keçirdiyi kursun iştirakçısıdır, 25-26 sentyabr 2009-cu il, Antalya, Türkiyə.
“Türkiyə Ürək və Səhiyyə Fondu”nun “Ürək morfologiya” mövzusunda keçirdiyi kursun iştirakçısıdır, 26 sentyabr 2009-cu il, Antalya, Türkiyə.
“Kardiologiya və ürək-damar cərrahiyəsinə dair yeniliklər” mövzusunda keçirilən “6-cı Beynəlxalq Konqres”lə əlaqədar olaraq “59-cu ESCVS Beynəlxalq Konqres”in iştirakçısıdır, 16 aprel 2010-cu il, Çeşmə, İzmir, Türkiyə.
DOKTOR SEYMUR MUSAYEVİN İŞ TƏCRÜBƏSİ:
Türkiyənin İzmir şəhərində “Şifa Xəstəxanalar Qrupu”da ürək-damarın cərrahiyəsi şöbəsində aparılan ürək-damar əməliyyatlarında fəal iştirak etmiş və xəstələrə intensiv terapiyaya dair məsləhətlər aparıb.
2004-2005-ci illərdə Türkiyənin İzmir şəhərində yerləşən Şifa hastanesində ürək-damar cərrahiyyəsi ixtisası üzrə rotasiya kursunda olub.
2005-2015-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı işləyib.
“Ürək və damar xəstəlikləri mərkəzi”nin rəhbəri Rəşad Mahmudovla birlikdə 4000-dən çox və həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 200-dən çox açıq ürək əməliyyatları aparıb.
2015-2017-ci illərdə 2015-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin 2-ci Cərrahi Xəstəliklər kafedrasında asistent işləmiş.
Tədris prosesində iştirak edərək tibb tələbələrinə öz ixtisasına dair dərs demişdir. Kafedranın müəllimi olmaqla yanaşı eyni zamanda ATU Tədris Cərrahiyyə Klinikasında ürək-damar cərrahı işləmişdir.
2017-2019-cu illərdə yenidən Mərkəzi neftçilər Xəstəxanasında ürək-damar cərrahı işləyib.
2019-2022-ci illərdə doktor Seymur Musayev bakı Sağlamlıq Mərkəzinin Ürək-Damar Cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsində çalışır..
ÜZVÜ OLDUĞU BEYNƏLXALQ TİBBİ ASSOSSİASİYALAR:
Tanınmış kardiocərrah Seymur Musayev Türk Kalp-Damar Cerrahiyyesi Derneyinin, Avropa Ürək Assosiasiyasının, Avropa Ürək-Damar Cərrahiyyəsi Assosiasiyasının üzvüdür..
DOKTOR SEYMUR MUSAYEVLƏ ƏLAQƏ:
050-369-11-78,
070-369-11-78
EGE HOSPİTAL
DOKTOR SEYMUR MUSAYEV – WIKIPEDIYA
Doktor Seymur Musayevin FACEBOOK PROFİLİ
VİDEO – Dr.Seymur Musayev. Urek emeliyyatı. Koronar shuntlama. Hekimler ucun. Only for doctors. saglamTV.
VİDEO – Dr.Seymur Musayev. Kardiocerrah. coronary bypass. Koronar şuntlama emeliyyatı
DOKTOR SEYMUR MUSAYEV – SAĞLAM YAŞAMAQ VERİLİŞİNDƏ
Facebook Comments