ÜRƏK ÇATIŞMAZLIĞINDA YENİLİKLƏR KONQRESSİ. AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİ. HEART FAİLURE UPDATE CONGRESS. 3-4 İYUN 2022-Cİ İL. BAKI

ÜRƏK ÇATIŞMAZLIĞINDA YENİLİKLƏR KONQRESSİ. AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİ. HEART FAİLURE UPDATE CONGRESS. 3-4 İYUN 2022-Cİ İL. BAKI

2022-ci il 3-4 İyun tarixlərində Bakıda Fairmont Hoteldə Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən “Ürək çatışmazlığında yeniliklər konqresi keçirildi.
200-dən çox yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən konqresdə  dünyada ürək çatışmazlığının diaqnostikası və müalicəsində ən son yeniliklər, müalicə taktikaları, ürək çatışmazlığının digər xəstəliklərlə  və orqanizmin digər sistemləri ilə əlaqəsi barədə çoxsaylı təqdimatlar, çıxışlar və müzakirələr aparıldı.

Tədbirdə çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov tədbirin məqsədinin kardiologiyada ən çox qeydə alınan ürək çatışmazlığı xəstələrinin müalicəsi, profilaktikası sahəsində həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi olduğunu deyib.

“Tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Avropa Kardiologiya Cəmiyyətindən mütəxəssislər iştirak edirlər. Konqres Türkiyə Kardiologiya Cəmiyyəti və Avropa Kardiologiya Cəmiyyətinin dəstəyi ilə keçirilir. Ümid edirəm ki, konqres xalqımız üçün faydalı olacaq və vətəndaşlara göstərilən kardioloji xidmətin keyfiyyətinin daha da artırılmasına kömək edəcək”, – deyə cəmiyyətin sədri bildirib.

Ü.Rəhimov cəmiyyətin kardiologiya sahəsində təşkil etdiyi konfranslar, həkimlər üçün EXQ kursları, həyata keçirilən sosial layihələr barəsində məlumat verib və gələcək planlardan danışıb. O, sentyabrda Şuşada kardiologiya sahəsinə dair konfrans keçiriləcəyini də diqqətə çatdırıb.

Konqresdə çıxış edən Səhiyyə Nazirliyinin nümayəndəsi Ülvi Mirzəyev ürək çatışmazlığının yoluxucu olmayan xəstəliklər arasında ən vacib xəstəliklərdən biri olduğunu vurğulayıb: “Səhiyyə sistemlərinin effektivliyi ürək çatışmazlığı ilə əlaqədar olan meyarlarla – xəstələrin vəziyyəti, onların xəstəxanaya yatışı, xəstəliyin mortallıq və morbidliyi ilə ölçülür. Ürək çatışmazlığı hər birimiz üçün prioritet məsələlərdən biridir. Həmin xəstəliklə mübarizədə hər kəsin dəstəyi, poliklinika, xəstəxana həkimləri, terapevtlər, kardioloqlar, ümumi ailə həkimləri, kardiologiya cərrahları, kardioreabilitoloqların birgə komanda şəklində çalışması çox vacibdir”.

Azərbaycan Kardiologiya Cəmiyyətinin ürək çatışmazlığı işçi qrupunun sədri Aysel İslamlı, Türkiyə Kardiologiya Cəmiyyətinin ürək çatışmazlığı işçi qrupunun sədri Ahmet Çelik, Avropa Kardiologiya Cəmiyyətinin nümayəndəsi Ana Abreu bu sahədə bilik və təcrübə mübadiləsinin, yeniliklərin bölüşülməsinin xəstəliklə mübarizədə daha effektiv nəticə əldə edilməsinə töhfə verəcəyinə inandıqlarını bildiriblər.

Tədbir “Ağır ürək çatışmazlığı”, “Kəskin ürək çatışmazlığının idarə olunması”, “HFrEF və aritmiyalar”, “Ürək çatışmazlığında tövsiyədən kənar yanaşmalar” və “Ürək çatışmazlığı və pulmonar hipertenziya” mövzularında panel sessiyalarla davam edib.

Bakıda keçirilən Ürək çatışmazlığında yeniliklər Konqresi haqqında saglam TV və wikimed.az tərəfindən hazırlanan video reportaj – ÜRƏK ÇATIŞMAZLIĞINDA YENİLİKLƏR KONQRESİ.

AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİ
VİDEO REPORTAJDA ADI KEÇƏN, FİKİRLƏRİNİ ÖYRƏNDİYİMİZ XARİCİ VƏ YERLİ MÜTƏXƏSSİSLƏR:
Meral Kayıkçıoğlu Profesor doktor Eger Universitesi.
İsax Mustafayev Tibb elmləri doktoru professor.
Tofiq Cahangirov tibb elmləri doktoru, professor.
Seymur Musayev tibb elmləri nbamizədi, kardiocərrah.
Ruslan Nəcəfov tibb elmləri namizədi, tibb üzrə fəlsəfə doktoru, kardioloq.
Tahir Əhmədov Tusi Klinikasının kardioloqu.
Cəmil Babayev kardioloq, Mərkəzi Klinikanın həkimi.
Zviyad Kipiyani kardioloq, Gürcüstan, Tbilisi.
Vuqar Qapaqov kardiocərrah, Gəncə Mərkəzi Klinika 
İlqar İsmayılov kardioloq Qəbələr rayonu

Facebook Comments