Cərrah-oftalmoloq Xəlil Hüseynov 1969-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur.
1986-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 1994-cü ildə həmin universiteti bitirmişdir.
XƏLİL HÜSEYNOVUN İXTİSASLAŞMA TƏHSİLİi:
1997-2001-ci illərdə Dominikan Respublkikasının Santo Domingo şəhərində yerləşən
Xəlil Hüseynov Pedro Henriquez Urena adına Universitetdə tibb təhsili alaraq ümumi oftalmoloq diplomuna layiq görülmüşdür.
2002-2003-cü illərdə ABŞ-ın Florida ştatının Mayami şəhərində yerləşən Bascom Palmer Eye Institute-da ixtisasaslaşma və təkmilləşmə məqsədilə bir illik fellowship “Cornea ve refraktive” cərrahiyyəsindən keçmişdir. Daha sonra Xəlil Hüseynov aşağıdakı təkmilləşmə kurslarında iştirak etmişdir:
“Cornea“ kursları, ABŞ, 2004
“Ön seqment“ kursları, İspaniya, 2005-ci ildə
“Ön seqment“ kursları, Fransa, 2006-cı ildə
“Qlaukoma“ kursları, Avstriya, 2007-ci ildə
“Cornea“ kursları, İtaliya, 2007-ci ildə
“Qlaukoma“ kursları, ABŞ, 2009-cu ildə
Xəlil Hüseynovun İşlədiyi yerlər:
2004-2009-cu illərdə Bakıda CCR Qeyri-hökümət humanitar təşkilatlarının oftalmoloji şöbəsinin rəhbəri olmuşdur.
2007-2014-cü illərdə Bakıda BRİZ-L oftalmoloji klinikasında baş həkim işləmişdir.
2014-cü ildən bu günə kimi Respublika Müalicə Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin rəhbəridir.
Peşəkar fəaliyyəti dövründə əhalinin tibbi maarifləndirilməsində və imkansız şəxslərə yardım məqsədilə televiziyalarda təşkil olunan xeyriyyə aksiyyalarında yaxından iştirak edir. Güzəştli göz əməliyyatlarını da həyata keçirmişdir.
Xəlil Hüseynov Oftalmoloq-cərrah kimi çalışdığı klinikada müxtəlif göz xəstəliklərinin cərrahi müalicəsi, defektlərin korreksiyası ilə məşğul olur. Doktor Xəlil Hüseynov aşağıdakı göz xəstəliklərinin müalicəsini həyata keçirir:
Anadangəlmə katarakta, Katarakta, Qlaukoma, Diabetik retinopatiya, Buynuz qişa xəstəlikləri, Mirvari suyu əməliyyatları, Çəpgözlüyün korreksiyası, aradan qaldırılması, Göz daxili təzyiq, Göz dibinin müayinə və müalicəsi və sairə göz xəstəlikləri.
XƏLİL HÜSEYNOVUN ÜZVÜ OLDUĞU BEYNƏLXALQ QURUMLAR:
American Academy of Oftalmology(AAO)
American Society of Cataract and Refractive Surgery (ASCRS)
European Society of Cataract and Refractive Surgery (ESCRS)
Xəlil Hüseynov vaxtaşırı təmsil olunduğu beynəlxalq oftalmoloji cəmiyyətlərin konfranslarında iştirak edərək xarici həmkarlarla informasiya mübadiləsində aktiv iştirak edir, öz təcrübələrini xarici mütəxəssislərlə bölüşür.
Öz peşəkar fəaliyyəti dövründə doktor Xəlil Hüseynov əhaliyə oftalmoloji tibbi xidmət göstərməklə yanaşı sosial şəbəkələrin müxtəlif seqmentlərində, televiziya efirlərində tibbi maarifləndirmə prosesində yaxından iştirak edir. O həmçinin aztəminatlı ailələrə dəstək məqsədilə keçirilən sosial-ictimai aksiyalarda, televiziyalarda yardım kampaniyalarında fəallıq nümayiş etdirərək yüzlərlə ehtiyacı olan vətəndaşa təmənnasız tibbi müayinə və oftalmoloji əməliyyatlar icra etməkdədir.
“Göz rəngini dəyişdirə bilərik?”
Doktor Xəlil Hüseynov 2024-cü ilin May ayında oftalmologiyada yenilikləri pasientlərə bəxş etmək məqsədilə göz rənginin dəyişdirilməsi üzrə 1-ci beynəlxalq konqresdə iştirak məqsədilə İspaniyada səfərdə olmuşdur. Dünyada məhdud sayda ölkələrin oftalmoçloqlarınmın dəvət olunduğu bu əlamətdar konqresdə Azərbaycanı oftalmoloq-cərrah Xəlil Hüseynov təmsil etmişdir.
Xəlil Hüseynovla əlaqə:. RMDM Hospital, (+994) 050 6230253
051 5000253, 050 5931290, 070 6230253
Doktor Xelil Huseynov. Keratokonus xesteliyi. Cross link . Corneal segment
Dr. Xelil Huseynov. -18 görmə zəifliyi olan pasientin gözünə halqalı linza qoyuldu
Xalil Huseynov. Khalil Huseynov. Oftalmoloq. Mirvari suyu. Katarakta ameliyyatı
Dr.Oftalmoloq. Xelil Huseynov. Revmatizm xestesi. Mirvari suyu. Quru sindrom
Dr.Xelil Huseynov. Video reportaj. Ikincili Qlaukoma. İCL emeliyyatı
RDM-de oftalmoloq-cerrah Xelil Huseynovla reportaj. Ramil Necefli
Dr.Xelil Huseynov. Gozde bir emeliyyatla 3 problem birden hell olundu
Khalil Huseynov. Xalil Huseynov.
Çəpgözlük əməliyyatla necə düzəldilir?
Facebook Comments