ÜRƏK DAMARLARINA STENT QOYULMASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ ÖDƏNİŞSİZDİR

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir
Ürək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün stentləşmə əməliyyatı (angioplastika) icra olunur. Ürək stentlərinin iki əsas növü var – dərman ifraz etməyən və dərman ifraz edən stentlər. Hər iki növ stentin taxılması icbari tibbi sığorta ilə ödənişsizdir. Stentin qoyulması barədə qərar pasiyentin tibbi vəziyyəti, damarın darlığının dərəcəsi və digər amillər əsasında həkim tərəfindən verilir.
Kəskin miokard infarktı, stenokardiya kimi ürəyin işemik xəstəlikləri koronar damarlara stentin qoyulması üçün əsas göstərici hesab olunur. Bu hallar hərəkət və fiziki aktivlik zamanı döş qəfəsində ağrı, təngnəfəslik və ya yorğunluq kimi ümumi simptomlarla müşahidə olunur.
Xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, holter monitorinq, tredmil test, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, rentgenoloji müayinələr və laborator analizlər icbari tibbi sığorta ilə ödənişsiz aparılır.
Əməliyyat zamanı reanimasiya, stasionarda yatış və bu zaman istifadə olunan dərman, tibbi sərf, həmçinin zəruri müayinələr icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Qeyd edək ki, stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.
Məlumat üçün bildirək ki, stent bədənin müxtəlif hissələrindəki tıxanmış və ya daralmış damarların açılması və  qan dövranının yaxşılaşması üçün yerləşdirilən və xüsusi materialdan hazırlanmış nazik borudur. Bu tıxanmalar ürək əzələsini oksigenlə zəngin qanla təmin edən koronar arteriyaların daxili divarlarında yağ yataqlarının, xolesterin və digər maddələrin yığılması nəticəsində yaranır. Ürəyin işemik xəstəliyinin müalicəsi məqsədi ilə koronar arteriyalara yerləşdirilən stentlər vasitəsilə ürək əzələsinə qan axını bərpa edilir və infarktın qarşısı alınır.

WIKIMED.AZ AZƏRBAYCAN ONLİNE TİBB ENSİKLOPEDİYASI SAYTINDA TƏBİB VƏ İCBARİ TİBBİ SIĞORTA İLƏ BAĞLI DİGƏR ƏN SON XƏBƏRLƏRİN BAŞLIQ VƏ LİNKLƏRİ

XƏBƏR LENTİ – MULTIDISIPLINAR NEYROTRAVMA MƏRKƏZİNİN YARADILMASININ ƏSAS HƏDƏFLƏRİ NƏLƏRDİR? AVSTRİYA TƏCRÜBƏSİNİ ÖYRƏNƏN DR. PƏRVİN ƏKBƏROV BUNA AYDINLIQ GƏTİRİB.
XƏBƏR LENTİ – İCBARİ TİBBİ SIĞORTA XƏTTİ İLƏ APARILAN PROSTAT VƏZİ ADENOMASI ƏMƏLİYYATLARI NECƏ APARILIR?
XƏBƏR LENTİ – ICBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ YAPONİYADA……
XƏBƏR LENTİ – İCBARİ TİBBİ SIĞORTA İLƏ 540 SPLENEKTOMIYA ‘M’LIYYAT; ICRA O;UNUB
XƏBƏR LENTİ – İcbari tibbi sığorta ilə babasilin müalicəsi 6 metodla qarşılanır
XƏBƏR LENTİ – ÜRƏK DAMARLARINA STENT QOYULMASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ ÖDƏNİŞSİZDİR
XƏBƏR LENTİ – TİROİDEKTOMİYA ƏMƏLİYYATI İCBARİ TİBB SIĞORTA İLƏ ÖDƏNİŞSİZDİR
XƏBƏR LENTİ – İCBARİ TİBBİ SIĞORTA İLƏ 182 MİN DOĞUŞ APARILIB

Facebook Comments