AZƏR İSMAYILOV. İMPLANTOLOQ

Tibb üzrə Fəlsəfə Doktoru, implantoloq Azər İsmayılov
Azər İsmayıl oğlu İsmayılov 1998-ci ildə dr.Azər İsmayılov Azərbaycan Tibb Universitetini bitirmişdir.
Universitet təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursların və beynəlxalq stomatoloji konfranslarda, seminarlarda iştirak etmişdir.
O, ABŞ (New York College of Dentistry), Almaniya, İsveçrə, İtaliya və digər ölkələrdə keçirilən kurslarda iştirak etmişdir.
2000-2002-ci illərdə Azər İsmayılov MHKH-da çalışmışdır.
2002-ci ildən doktor Azər Ismayılov 2 nömrəli Şəhər Poliklinikasında işləmişdir.
2013-cü ildən doktor Azər İsmayılov Premium Dental Stomatoloji Klinikasının təsisçisi və direktorudur.

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU AZƏR İSMAYILOVUN DİSSERTASİYA İŞİ
İsmayılov Azər İsmayıl oğlunun  tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün rəsmi müdafiəyə təqdim etdiyi dissertasiya 3226.01 – “Stomatologiya”  ixtisasına aid olub, «Xroniki kolitlə assosiasiya olunmuş ağız selikli qişası xəstəliklərinin diaqnostika və müalicəsi»  adlanır.  Dissertasiyanın  müdafiəsi  11 iyun  2018-ci ildə keçirilib.
Ağız boşluğu selikli qişası xəstəlikləri ilə klinikaya müraciət etmiş 450, xronik kolitlitdən əziyyət çəkən 92 xəstənin, arxiv materialı kimi 900 xəstəlik tarixiin araşdırılması nəticəsində məlum olmuşdur ki, xronik kolitlər fonunda 27% hallarda ABSQ xəstəlikləri baş verir, bu xəstəliklər ağız boşluğunun bütün nahiyyələrində müşahidə edilməklə özünü kataral (28,6%), aftoz-herpetik (34,3%), xoralı-nekrotik stomatitlər (17,1%), müxtəlif formalı lixenoid reaksiyalar (20%) şəklindəözünü büruzə verir. Xroniki kolitlərlə assosiasiya olunmuş ağız selikli qişa xəstəlikləri endotoksikoz fonunda iltihabi sitokinlərin sintezinin yüksəlməsi (İL-1β-nın 1,4 dəfə, İL-2-nin 1,7-2,1 dəfə), γ-interferonun isə azalması (1,6-1,8 dəfə) baş verir ki, bu da iltihabi reaksiyaların immunoloji xarakterli olmasını göstərir.
Xroniki kolitlərlə assosiasiya olunmuş stomatitlər zamanı endotoksikoz fonunda zədə nahiyyəsindən götürülmüş yaxmaların sitoloji profilində limfositoz, monositoz və neytrafilyoz müşahidə edilir. Neytrofillərin faqositoz aktivliyində autofloraya qarşı 1,5-1,7 dəfə zəifləmə (p<0,05), destruksiya olunmuş neytrofillərin 2-2,4 dəfə artması (p<0,05) baş verir. Tətbiq edilmiş kompleks müalicə sxemlərinin nəticələrini müqayisəli təhlili onların ənənəvi müalicə sxemlərindən effektivliyini sübut etmişdir. Belə ki, müalicədən sonra İL-1β müsbət dinamikası 22,9% (ənəvi müalicədə 13%), İL-2 müsbət dinamikası 40,4% (ənənəvi müalicədə 21,7%), γ-İFN müsbət dinamikası 30,9% (ənənəvi müalicədə 19,5%) olmuşdur. Təklif olunmuş və klinikada istifadə edilmiş müalicə sxemi ağız selikli qişasında iltihabi proseslərin zəifləməsinə səbəb olur ki, bu da özünü qeyri-spesifik rezistentlik faktorlarının 40,4% artmasında əks etdirir.
Tədqiqatlar nəticəsində ağız selikli qişası xəstəliklərinin həzm aparatı patologiyaları ilə əlaqəsinin bir daha sübut olunması, adı çəkilən kontingentin müayinə və müalicəsində stomatoloq və qastroenteroloqun müştərək fəaliyyətini zəruri edir.
Xroniki kolitlər fonunda baş verən stomatitlərin effektiv müalicəsi üçün ağız suyunda endotoksikoz markeri olan kiçik və orta molekulyar kütləli maddələrin səviyyəsinin təyin olunması vacibdir. Həzm sistemi patologiyaları ilə assosiasiya olunmuş və endotoksikoz fonunda inkişaf etmiş stomatitlərin müalicəsi zamanı sorbentlərin yerli və daxilə tətbiq olunması məqsədə uyğundur. Xroniki kolitlərlə assosiasiya olunmuş stomatitlərin kompleks müalicəsində təbii sorbentlərin daxilə (1 ay müddətində, gündə 2 dəfə, hər dəfə 1 həb) və yerli (10 gün ərzində, gündə 2 dəfə zədə nahiyyəsinə sorbent tərkibli məlhəmin applikasiyası) istifadəsi daha qısa müddət ərzində xəstəliyin remissiyasına nail olmağa və xəstələrin 82%-də 3 ay müddətində, 63%-də isə 6 ay müddətində remissiyanın davam etməsinə imkan verir.
Mənbə: ATU.edu.az

DOKTOR AZƏR İSMAYILOVLA
ƏLAQƏ TEL:  050-336-68-96
Premium Dental Klinikası
Bakı şəhər, Azadlıq prospekti, 187
(Baku Electronics’in yaxınlığı)
+994125616666
+994703366896


DOKTOR AZƏR İSMAYILOVUN ŞƏXSİ FACEBOOK PROFİLİ
İNSTAGRAM SƏHİFƏSİ – IMPLANTOLOQ AZƏR İSMAYILOV
YOUTUBE KANALI – PREMİUM DENTAL STOMATOLOJİ KLİNİKASI
PREİUM DENTAL STOMATOLOJİ KLİNİKA – WEB SƏHİFƏ
Premium Dental Stomatoloji Klinika – FACEBOOK SƏHİFƏSİ
DR.AZƏR İSMAYILOV – PREMİUM DENTAL STOMATOLOJİ KLİNİKANIN DİREKTORU
XƏBƏR LENTİ – Hamı ondan danışır: Deputatlar da, xalq artistləri də, aparıcılar da
XƏBƏR LENTİ – İmplant hansı dişlərə qoyula bilər? – ABŞ təhsilli implantoloq danışır
XƏBƏR LENTİ – Stomatoloq-həkimlər “Dentist dünya simpoziumu”ndan qayıdıblar
XƏBƏR LENTİ – Hansı klinikalarda Hepatit xəstəliyinə yoluxmaq riski azdır?
XƏBƏR LENTİ – Dişlərini düzəltmək istəyənlərə şad xəbər: Qiymətlər 2 dəfə ucuzlaşdı
XƏBƏR LENTİ – Stomatoloq-həkimlər “Dentist dünya simpoziumu”ndan qayıdıblar
XƏBƏR LENTİ – Tanınmış stomatoloqlar Şuşada öz klinikalarının filialını açdılar (Fotolar)
Bakının bir neçə tanınmış stomatoloqu- Azər İsmayılov, Əkbər Məmmədov və Babək Babayev Şuşada öz klinikalarının filialını açıblar.
PASİENTLƏRƏ MÜRACİƏT – Həkim – Stomatoloq,İmplantoloq Azər İsmayılov


YOUTUBE VİDEO – Azer İsmayilov Premium Dental Stomatoloji klinika
YOUTUBE VİDEO – Premium Dental Klinikası
YOUTUBE VİDEO – DOKTOR AZƏR İSMAYILOV. Hansı klinikalarda Hepatit xəstəliyinə yoluxmaq riski azdır?
YOUTUBE VİDEO – Sterilizasiyanın əhəmiyyəti nədir? Premium Dental Klinikasında sterilizasiya prosesi necə aparılır?
YOUTUBE VİDEO – Premium Dental klinikasi ile tanisliq


 

 

Facebook Comments