Xəlilov Azad Cavanşir oğlu Böyük elmi işçi
Xəlilov Azad Cavanşir oğlu 16 mart 1969-cu ildə Baki şəhərində ziyalı həkim ailəsində anadan olub.
DOKTOR AZAD XƏLİLOVUN TƏHSİLİ VƏ ELMİ FƏALİYYƏTİ:
A.C.Xəlilov 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olub və 1991-ci ildə müvəffəqiyyətlə bitirib.
1991-1992-ci illərdə 5 №-li şəhər klinik xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura kursu keçmişdir.
1992-ci ildə Azərbaycan Resbublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunun “Bağırsaq cərrahiyyəsi” şöbəsinə konkurs üzrə kiçik elmi işçi vəzifəsinə keçib. 2000-ci ildə “Диагностика и хирургическое лечение послеоперционных перитонитов” mövzüsunda tibb elmləri namizədlik dissertasiyasını müdafiyyə edib.
İŞTİRAK ETDİYİ TƏKMİLLƏŞDİRMƏ KURSLARI:
2002-ci ildə Rusiya Fedrasiyasında “Lazer təbabəti”,
2008-ci ildə Rusiya Fedrasiyasında “Koloproktoloqiya”, “Endovideocərrahiyyə”,
2013-ci ildə Azərbaycan Respublikasında “Ümümi cərrahiyyə” ixtisasartırma kursları keçmişdir.
AZAD XƏLİLOVUN ƏMƏK FƏALİYYƏTİ:
A.C.Xəlilov 2000-ci ildən akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin
“Cərrahi qastroenterologiya” şöbəsinin kiçik elmi işçisi,
2006-ci ildən “Cərrahi koloproktologiya”,
2011-ci ildən isə “Yoğun və düz bağırsaq cərrahiyyəsi” şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyir.
2015, 2021-ci illərdə SN Həkimlərin Sertifikasiya imtahanını müvəffəqiyətlə vermişdir.
Çoxsaylı beynəlxalq və yerli konfrans və konqreslərin fəal iştirakçısı olmuşdur.
59 elmi məqalənin, 2 səmərələşdirici təklifin və 1 metodik tövsiyənin müəllifidir. 2 dissertantın rəsmi opponenti olub.
DR.AZAD XƏLİLOVUN ÜZVÜ OLDUĞU QURUMLAR:
2008-ci ildən Rusiya Federasiyası Koloproktoloqiya Assosiyasıyasının,
2009-ci ildən Rusiya Fedrasiyasının Endoskopik Cərrahların Cəmiyyətinin və
Türk-Azərbaycan Endoskopik Cərrahların Assosiyasiyasının üzvüdur
DOKTOR AZAD XƏLİLOVUN İŞ YERİ:
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Əlaqə telefonu: 0503173233
E-mail: [email protected]
Facebook Comments