Cəmil Əliyev – tibb elmləri doktoru, professor, əməkdar elm xadimi (2000), Respublika Milli Onkologiya Mərkəzinin direktoru, Rusiya TEA-nın və Azərbaycan MEA-nın akademiki, cərrah-onkoloq
Həyatı
Əliyev Cəmil Əziz oğlu 1946-cı il martın 30-da Bakıda doğulub. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib. Tibb elmləri doktoru, professordur. 2001-ci ildən Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
C.Əliyev həmçinin Nyu-York Elmlər Akademiyasının üzvü, Rusiya Tibb Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, İngiltərə Nammersmit Kral Universitetinin professoru, Anderson xərçəng əleyhinə Mərkəzin professorudur.
230-dan çox elmi əsəri çapdan çıxıb. 80-ə yaxın elmi əsəri xaricdə çap olunub.
1979-cu ildə yazdığı monoqrafiyaya (“Dərinin bədxassəli şişlərində plastik operasiyalar”) görə SSRİ Tibb Elmlər Akademiyasının
N.N.Petrov adına mükafatına layiq görülüb.
2000-ci ildə Respublika Milli Onkologiya Mərkəzinin direktoru, Rusiya TEA-nın və Azərbaycan MEA-nın akademiki Əliyev Cəmil Əziz oğlu Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
2006-cı ildə Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif olunub.
2016-cı ildə Səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “Şərəf” ordeni ilə təltif olunub.
Uzun müddətdir Milli Onkologiya Mərkəzinin direktoru işləyən C.Əliyev Azərbaycanın hazırkı prezidenti İ.Əliyevin dayısıdır.
Niy-York Elmlər Akademiyasının üzvü, Rusiya Tibb Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, İngiltərə Nammersmit Kral Universitetinin professoru, Anderson xərçəng əleyhinə Mərkəzin professoru, Beynəlxalq Ekoenergetika Avademiyasının üzvü, Avropa Tibb Onkologiya Elmi Cəmiyyətinin üzvüdür.
Əsas elmi nailiyyətləri
Cəmil Əliyev 1979-cu ildə yazdığı monoqrafiya “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” SSRİ TEA N.N.Petrov adına mükafatına layiq görülüb. Dünyada ilk dəfə sübut edilmişdir ki, süd vəzisi xərçəngi olan xəstələrdə müalicə proqnozuna əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Prof. C.Əliyev operasiya önü müalicənin yeni və effektiv metodlarının işlənib hazırlanması və praktik onkologiyada müvəffəqiyyətlə tətbiq edilməsi nəticəsində bir sıra onkoloji xəstəliklər zamanı orqansaxlayıcı cərrahiyyə əməliyyatlarının yerinə yetirilməsi mümkün olmuşdur.
Əsas elmi işləri
“Dərinin bədxassəli şişlərində plastik əməliyyatlar”. M. 1979, (N. Bloxin, N. Trapernikov birgə)
“Disseminasiya etmiş bədxassəli şişlərin müalicəsi”. Bakı, 1988 (A. Qarin ilə birgə)
“Viruslar, virus infeksiyaları və bədxassəli şişlər”. (M.Q. Məmmədov, N.O. Qüdrətov ilə birgə)
“B-virus hepatitlərinin onkoloji aspektləri”. (M.Q. Məmmədov, N.O. Qüdrətov ilə birgə)
“Süd vəzisi xərçəngi və qara ciyərin funksional vəziyyəti”. Bakı, 1996. (M.Q. Məmmədov, N.O. Qüdrətov ilə birgə)
Facebook Comments