ELŞƏN RZAYEV KARDİOLOQ, İNVAZİV PEDİATRİK KARDİOLOQ

DOKTOR ELŞƏN RZAYEVİN TƏHSİLİ:
1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsi.
2002-2003-cü ilərdə Bakı Şəhəri 5 nömrəli Xəstəxanada internatura.
2013-cü Gülhanə Əsgəri Tibb Akademiyasında Pediatrik İnvaziv Kardiologiya.
2014-2015-ci illərdə Ankara Universiteti tibb fakultəsində Pediatrik İnvaziv Kardiologiya.
2016-cı ildə Ukraynanın Kiyev şəhərində Uşaq Kardiologiyası və Kardiocərrahiyə Mərkəzində Kritik ürək qüsürlarında invaziv müdaxilə.

İŞTİRAK ETDİYİ TƏKMİLLƏŞDİRMƏ KURSLARI:
2012-ci Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kardiologiya üzrə təkmilləşmə kursu.

İCRA ETDİYİ PROSEDURLAR:
1. Fetal dövrdən başlayaraq uşaqlarda anadangəlmə və qazanılmış ürək xəstəliklərinin invaziv və non-invaziv metodlarla diaqnostika (fetal exokardioqrafiya, exokardioqrafiya, elektrokardioqrafiya, stress test, ritm və təziq holteri, tilt test).
2. Anadangəlmə və qazanılmış ürək xəstəliklərinin invaziv və qeyri-invaziv metodlarla müalicəsi, diaqnostik və müalicəvi kateterizasiyalar.

ƏMƏK FƏALİYYƏTİ:
Doktor Elşən Rzayev 2002-2003-cü illərdə 2002-2003-cü illərdə Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutununda həkim-interna işləmişdir
2003-2005-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində Tibbi xidmət zabiti işləmişdir
2005-2012-ci illərdə doctor Elşən Rzayev Sumqayıt şəhər Bərpa Müalicəsi Xəstəxanası və özəl klinikalarda çalışmışdır.
2012-2013-cü illərdə New Med Klinikasında kardioloq işləmişdir.
2015-2016-cı illərdə doktor Elşən Rzayev Mərkəzi Gömrük Hospitalında pediatric invaziv kardioloq işləmişdir
2016-cı ildə hazırki dövrə qədər dr.Elşən Rzayev ATU Tədris-Cərrahiyyə Klinikasında invaziv pediatrik kardioloq işləyir.
2017-ci ildən bəri doktor Elşən Rzayev eyni zamanda ATU, Uşaq xəstəlikləri kafedrasının dissertantıdır.
Doktor Elşən Rzayev 2020-ci il 27 Sentyabr – 9 Noyabr arasında 2-ci Qarabağ müharibəsində cəbhə bölgəsində hərbçilərimizə tibbi yardım etmək məqasədilə həkim kardioloq kimi çalışmışdır.

DR.ELŞƏN RZAYEVİN
ELMİ İŞ VƏ MƏQALƏLƏRİ:
Böbrek nakli yapılan çocuk hastalarda kan basıncı ve sol ventrikül değişikliklerin değerlendirilmesi – Pediatric Heart Journal
ASD kapama cihazında (cardia ultrasept asd occluder) erken dönem polivinil alkol membran perforasyonu – Pediatric Heart Journal
Wolf–parkinson-white (wpw) sendromlu bir bebekte septal diskinezi ve sol ventrikül disfonksiyonu – Pediatric Heart Journal
Sol ventrikül destek cihazı takılmış son dönem kalp yetmezlikli olgularımız – Pediatric Heart Journal
Разработка математических моделей для оценки функционального состояния сердечно-сосудистой системы – Казанский медицинский журнал
Жизнедеятельность человеческого организма – Монография
Способ диагностики стеноза аортального клапана сердечно-сосудистой системы – Патент
Doktor Elşən Rzayev 44 günlük Vətən müharibəsində iştirak edən həkimlərimizdən biridir.
Müharibənin ilk günlərindən könüllü olaraq döyüş bölgəsinə yollanan doktor Elşən Rzayev müsahibələrinin birində bunları bildirir:
“Sentyabrın 27-si müharibə başladı, 28-də hərbi səfərbərlik elan edildi və 29-u biz artıq hərbi hissələrdə idik. Toplanışdan sonra Füzuli istiqamətindən hərəkətə keçdik. Ordumuz irəlilədikcə, biz də onların arxasında irəliləyirdik. Tibb xidmətinin ön və arxa cəbhəsi olmur. Sadəcə, cəbhə xəttinə yaxın və ondan uzaqda yerləşən tibb məntəqələri var. Siz sırf döyüş bölgəsində qanaxmanı dayandırmalısınızsa, təbii ki, böyük əməliyyatlar edə bilməzsiniz. Nəticə etibarilə bütün səhiyyənin burada xidməti olub. Yalnız həkimlərdən danışmaq eqoistlik olar. Burada sürücülər, sanitar təlimatçılar və s. hamı koordinasiyalı şəkildə çalışıb. Hətta mülki sürücülər var idi ki, yaralıları tibb məntəqələrinə daşımağa kömək edirdilər”.

İŞ YERİ:
ATU Tədris-Cərrahiyyə Klinikası
DOKTOR ELŞƏN RZAYEVLƏ ƏLAQƏ TELEFONU:
Telefon
(+994) 12 449-82-54
(+994) 12 440-01-26
Mobil – (+994) 50 672-20-62DOKTOR ELŞƏN RZAYEVİN FACEBOOK PROFİLİ
İNSTAGRAM SƏHİFƏSİ – PEDİATRİK KARDİOLOGİYA- DR. ELŞƏN RZAYEV
XƏBƏR LENTİ – KARDİOLOQ ELŞƏN RZAYEV: Həkim məsləhəti olmadan uşağa sakitləşdirici dərman vermək olmaz
XƏBƏR  LENTİ – Uşaqlar böyüdükcə, ürək döyüntüləri niyə azalır? – Uşaq kardioloqu Elşən Rzayev
XƏBƏR LENTİ – ATU-da ürək qüsurlu uşaqlar üçün “Özəl yaz kampaniyası” keçirilib
XƏBƏR LENTİ – KARDİOLOQ ELŞƏN RZAYEV:  “Ürək qüsuru uşağın həyatına təsir edirsə, onda əməliyyat lazımdır”
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan uşaq inzaviz müdaxilə ilə əməliyyat edilib.
XƏBƏR LENTİ – Ukrayna Uşaq Kardioloji Mərkəzinin nümayəndələri Tibb Universitetinin klinikasında yaradılan şəraitlə tanış olublar
XƏBƏR LENTİ – DR. ELŞƏN RZAYEV: Anadangəlmə ürək xəstəliklərini ana bətnində də müalicə etmək mümkündür
XƏBƏR LENTİ – Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub.
Əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.
XƏBƏR LENTİ – AZƏRBAYCAN KARDİOLOGİYA CƏMIYYƏTI VII MİLLİ KONQRESİNİN ELMI PROQRAMI. HƏMMƏRUZƏÇİ DR.ELŞƏN RZAYEV\YOUTUBE VİDEO – MÜHARİBƏNİN DƏHŞƏTLİ ÜZÜ – HƏRBÇİ HƏKİMLƏR DANIŞIR. DR. ELŞƏN RZAYEV
YOUTUBE VİDEO – TİBBİ XİDMƏT KAPİTANI ELŞƏN RZAYEV 44 GÜNLÜK MÜHARİBƏ BARƏDƏ TƏƏSÜRATLARINI BÖLÜŞÜR. MED NEWS
YOUTUBE VIDEO – Врачи на передовой с первых дней войны. Подвиг медиков в 44-дневной войне. CBS AZERBAIJAN TV. ЕЛЬШАН РЗАЕВ ДЕТСКИЙ КАРДИОЛОГ

Facebook Comments