RƏNA MÜXTAROVA NEVROPATOLOQ

Muxtarova Rəna Niftalı qızı 21 fevral 1962-ci ildə  müəllim ailəsində anadan olmuşdur. R.Muxtarovanın əslən Azərbaycanın şairlər yurdu olan Qazax rayonundan olan valideynləri Sovet dövründə ölkəmizin İmişli rayonunun Poltava kəndinə təyinat alaraq orada məskunlaşmışlar. R.Muxtarova həmin dövrdə  İmişlidə dünyaya gəlmiş və orta təhsilini bu rayonda, daha sonra Bakıda almışdır.
1990-cı illərdə Nəriman Nərimanov adına Azərbaycan tibb İnstitutunun Müalicə və Profilaktika fakültəsini bitirmişdir.
2003-cü ildən bugünə kimi 1 saylı şəhər kliniki xəstəxanasında həkim-nevropatoloq kimi işləyir.Ailəlidir 2 övladı var.
Doktor Rəna Muxtarova nevroloji xəstəliklərin müalicə və profilaktikasında bir sıra ixtisasartırma kursları və konfranslarda iştirak etmişdir.
Əhalinin sağlamlığının keşiyində aktiv və layiqli fəaliyyətinə görə bir sıra mükafatlarla təltif edilmişdir.
Calışdığı müddət ərzində peşəkarlığı və təşkilatçılıq qabiliyyətlərinə görə Səhiyyə strukturları tərəfindən rəhbər vəzifələrə irəli çəkilməsi təklif olunsa da Rəna Muxtarova sıravi həkim kimi ancaq xalqın həkimi olmağı üstün tutmuşdur.
Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə mükafatlar, fərxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
İctimai rəy soruğuları əsasında doktor Rəna Muxtarova “İlin həkimi” adına layiq görülmüşdür.
Tibb sahəsində göstərdiyi uğurlu xidmətlərinə, fəal maarifçilik işinə, səmərəli və qüsursuz əmək fəaliyyətinə görə həkim Rəna Muxtarova “Şərəfli Həkim” adına, Hippokrat mükafatina, İlin Səhiyyə işçisi diplomuna layiq görülüb.
Xəstə məmnuniyyəti baxımdan hər zaman ön sıralarda olan doktor Rəna Muxtarova əhalinin tibbi maarifləndirilməsində aktiv iştirak edir. Televiziyalarda, digər media qurumlarında xəstəliklərin düzgün müayinə və müalicəsində çıxışları və müsahibələri var.
Onun peşə fəaliyyəti və müsbət insani keyfiyyətləri haqda xeyli sayda məqalələr mətbuatda dərc olunub.

ÜZVÜ OLDUĞU TİBBİ ASOSSASİYALAR:
Beynəlxalq Nevroloqlar Cəmiyyəti
Beynəlxalq Epileptoloqlar Cəmiyyəti

Doktor Rəna Muxtarova ilə əlaqə:
Kliniki Tibbi Mərkəz
Tel: +994 50 379 30 21
XƏSTƏ MƏMNUNİYYƏTİ – DOKTOR RƏNA MUXTAROVA HAQQINDA BELƏ DANIŞDILAR

YOUTUBE VİDEO – Həkim Nevropatoloq Muxtarova Rəna: Koronavirusdan sonra yarana bilecek Nevroloji fəsadlar barədə
YOUTUBE VİDEO – NEVROPATOLOQ RƏNA MUXTAROVA

Facebook Comments