DOKTOR RƏŞİD VƏLİBƏYOV, TİBB ELMLƏRİ NAMİZƏDİ, HƏKİM-NEYROCƏRRAH, RESPUBLİKA NEYROCƏRRAHİYYƏ XƏSTƏXANASININ HƏKİMİ
Doktor Rəşid Vəlibəyov 1959-cu ildə həkim ailəsində dünyaya göz açıb.
O Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda təhsil aldıqdan bir müddət sonra neyrocərrahiyyə üzrə ixtisaslaşıb.
1983-cü ildə Rəşid Vəlibəyov Tibb institutunu bitirdikdən sonra təyinat üzrə 3 il Saatlı rayonunda həkim-nevropatoloq və psixonevroloq işləyib.
Daha sonra Bakıya qayıdaraq peşə fəaliyyətini davam etdirib.
Doktor Rəşid Vəlibəyov bir müddət sonra Kiyev şəhərinə gedib orada Romanov adına Neyrocərrahiyyə İnstitutunda 6 aylıq ixtisasartırma kursunda olub.
Həkim-neyrocərrah peşəsinə yiyələndikdən sonra o Bakıda yaradılan yeni Neyrocərrahiyyə şöbəsində fəaliyyət göstərib.
Yeri gəlmişkən, Respublika Klinik Xəstəxanasında 1967-ci ildə Azərbaycanda ilk Neyrocərrahiyyə şöbəsi açılıb.
“«Professor Surxay Axundova bütün İttifaq səviyyəsində tələb vardı, fəal elmi və praktiki fəaliyyətlə məşğul idi, neyrocərrahiyyə kafedrasına gözəl rəhbərlik edirdi. Əsas istəyi, Azərbaycanda neyrocərrahiyyənin inkişafı və kliniki neyrocərrahiyyə şöbəsinin açılması idi. 1966-cı ildə Moskvada növbəti elmi konfransda olan zaman gənc, perspektivli həkim-neyrocərrah Ağaverdi Şatibəy oğlu Vəlibəyovla tanış olur və ona Bakıda ilk neyrocərrahiyyə şöbəsini açmağı təklif edir. Onun təklifi qəbul olunur və 1967-ci ildə akademik Mirqasımov adına Respublika Xəstəxanasında Azərbaycanın tibb tarixinin ilk neyrocərrahiyyə şöbəsi açılır. Surxay müəllim onun yaradılmasında və işləməsində fəal iştirak edir, bütün həyatı boyunca əvəzsiz elmi müşavir kimi qalıb. Şöbənin ilk iş ilində 68 mürəkkəb əməliyyat edilib! Gözəl insan və Azərbaycan neyrocərrahlar nəslinin müəllimi Surxay Axundovun xatirəsi əzizdir və ona minnətdarıq!» (Mənbə: Dr.Rəşid Vəlibəyovun müsahibəsi)
Dr.Rəşid Vəlibəyov 2000-ci ildə Kiyev şəhərindəki Neyrocərrahiyyə İnstitutunda “Radiasion mənşəli beyin şişləri” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnib.
Bu tədqiqat dünya miqyasında öz unikallığı ilə seçilib və böyük marağa səbəb olub.
Rəşid Vəlibəyov neyrocərrahiyyə sahəsində 20-dən çox elmi məqalənin müəllifidir.
XƏBƏR LENTİ – NEYROCƏRRAH, TİBB ELMLƏRİ NAMİZƏDİ RƏŞİD VƏLİBƏYOV PROFESSOR SURXAY AXUNDOV HAQQINDA
MƏQALƏ – FƏQƏRƏARASI DİSK YIRTIQLARI, ONLARIN SƏBƏBLƏRİ VƏ MÜALİCƏ ÜSULLARI
MÜƏLLİF; RƏŞİD VƏLİBƏYOV, NEYROCƏRRAH, TİBB ELMLƏRİ NAMİZƏDİ
Facebook Comments