Real Hospitalın baş həkimi anestezioloq- reanimatoloq
Dr. Rövşən Yusifovun
TƏHSİLİ:
Rövşən Yusifov Azərbaycan Tibb Universitetini bitirib və anestezioloq-reanimatoloq ixtisasına yiyələnib.
DR.RÖVŞƏN YUSİFOVUN ƏMƏK FƏALİYYƏTİ:
Rövşən Yusifov Cəbhə N Saylı Hərbi Hospital reanimasiya və anesteziologiya bölməsinin rəisi işləyib.
Regional Diaqnostika Mərkəzi süni böyrək, reanimasina və anesteziologiya şöbəsinin müdiri
Mərkəzi Neftçilər Xəstəxanası Açıq ürək-damar cərrahiyyəsi və invaziv kardiologiya
Mərkəzi Neftçilər Xəstəxanası Cərrahiyyə və canlıdan – canlıya qaraciyər və böyrək transplantasiyası
Real Hospitalda cərrahiyyə və anesteziologiya şöbəsinin müdiri və Real Hospitalın baş həkimi işləyir.
DOKTOR RÖVŞƏN YUSİFOV TƏRƏFİNDƏN İCRA EDİLƏN
Müayinə və müalicələr:
– Ağır ürək çatışmamazlığı zamanı qandövranının müasir üsulları ilə mexaniki dəstəyi;
– Sepsizin və infeksion-toksikli şokun intensiv terapiyası;
– Hemodinamikin invaziv nəzarəti.
YERİ GƏLMİŞKƏN:
11.06.2015 ildə fəaliyyətə başlayan və doktor Rövşən Yusifovun baş həkim olduğu REAL HOSPİTAL KLİNİKASININ 2023-cü ildə 8 yaşı tamam oldu
Qarşısına heç də asan olmayan, olduqca məsuliyyətli, insan ömrü üçün çox dəyərli olan sağlamlığın keşiyində durmaq kimi bir vəzifə qoyub. İlk öncə tibbin bütün sahələrini əhatə edən müasir avadanlıqlarla təchiz olunmuş bir sağlamlıq ocağı yaradılıb..
Real Hospital qısa müddət ərzində özəl səhiyyə sektorunda böyük uğurlar qazanmış tibb ocaqlarından biridir. Bu uğurların özəyində isə pasientlərə göstərilən yüksək tibbi xidmət, peşəkar həkim kollektivi və insanlarımıza doğru və dürüst şəkildə yanaşmaq durur.
Real Hospital” mütəmadi olaraq sanitar epidemioloji baxışdan keçirilir. Klinikaya müraciət edən bütün pasientlərə sanitar-bakterioloji xidmətin ən yüksək səviyyədə qorunacağına dair tam zəmanət verilir. Klinikanın fəaliyyəti şəffafdır və istənilən halda hər bir vətəndaş sərbəst şəkildə müraciət edərək klinikada tibbi və sanitar ekspertizadan keçirə bilər.
Buna heç bir məhdudiyyət qoyulmur.
Buraya yüksək ixtisaslı, peşəsini sevib onun önəmliliyini dərk edən kadrlar cəlb etdik. Və hədəfə doğru inamla irəliləməyə başladıq.
Klinika personalının gərgin əməyinin bəhrəsi özünü çox gözlətmədi. Çoxsaylı tibb müəssisələri arasında seçilir. Klinikanın uğurları bu gün də davam edir. Minlərlə insan bu klinikanın həkimləri sayəsində öz sağlamlığına qovuşur.
Real klinikası geniş profilli tibbi xidmət göstərir.
TƏCİLİ TİBBİ YARDIM xidməti REAL HOSPİTALDA 7/24 fəaliyyətdədir və xəstələrin daşınmasını həyata keçirmək üçün müasir avadanlıqlarla təchiz olunmuşdur.
2020-ci ildə Sentyabrın 27-də Qarabağın düşmən işğalından azad olunması uğrunda başlayan 44 günlük VƏTƏN MÜHARİBƏSİ zamanı Real Hospitalın başda doktor Rövşən Yusifov olmaqla qələbəmizə öz töhvəsini vermiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yanında olmuşdur.
Real Hospitalın peşəkar həkim kollektivi vaxtaşırı Azərbaycanın regionlarında yerləşən tibb mərkəzlərində əhaliyə tibbi yardımım keyfiyyətini artırmaq və ehtiyacı olan şəxslərə tibbi yardım göstərmək məqsədilə aksiyalar həyata keçirir.
Dr. Rövşən Yusifov cəbhədə böyük əhəmiyyət kəsb edən tibb ixtisası olan anestezioloq-reanimatoloq kimi müharibənin ilk günlərindən cəbhə bölgəsində yerləşən hərbi hospitalda öz həkim heyəti ilə birgə iştirak etmişdir. Yüzlərlə yaralı əsgərimizə tibb yardım göstərmişdir.
Onlar həm həkim kimi öz töhvəsini vermiş, həm də qospitallara lazım olan zəruri tibbi ləvazimatlar, qurğularla yardım etmişlər.
DOKTOR RÖVŞƏN YUSİFOVLA ƏLAQƏ:
REAL HOSPİTAL
Zahid Xəlilov küç,
99-103 Bakı, Azərbaycan
EMAİL: [email protected]
[email protected]
+994 55 525 23 23
+994 12 537 23 23
050-358-68-50
FACEBOOK PROFİLE – RÖVŞƏN YUSİFOV
FACEBOOK PAGE – REAL HOSPİTAL
YOUTUBE CHANNEL – REAL HOSPİTALIN YOUTUBE KANALI
YOUTUBE VIDEO – DOKTOR RÖVŞƏN YUSİFOV: 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ 42 TİBB İŞÇİSİ ŞƏHİD OLUB.
YOUTUBE VİDEO – REAL HOSPİTAL HAQDA VİDEO ÇARX
YOUTUBE VİDEO – REAL HOSPİTAL HAQQINDA TANITIM ÇARXI
Facebook Comments