Sabir Etibarlı – Neyrocərrah, əməkdar həkim, tibb elmlər doktoru, professor.
Etibarlı Sabir Abdul oğlu 1953 cü ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub.
1961-1971 ci illərdə Göylər kənd orta məktəbində təhsil alıb.
1971-1977-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnsititutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsində təhsil alıb.
İnternaturanı bitirdikdən sonra 1985-ci ilə kimi Əli-Bayramlı şəhər xəstəxanasında nevropatoloq vəzifəsində çalışıb.
1983 cü ildə Kiyev şəhərində Həkimləri Təkmilləşdirmə institutunda Neyrocərrahlıq üzrə ixtisaslaşma kursu keçib.
1985 ci ildə Bakı şəhərində yerləşən Neyrocərrahlıq xəstəxanasında həkim-neyrocərrah kimi işə başlayıb.
1992-ci ildə yenidən Kiyevdə A.R.Romodanov adına Neyrocərrahlıq İnstitutunda «Baş beyin abseslərinin müxtəlif yaşlarda klinika, diaqnostika və cərrahi müalicəsi üsulları» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1991 ci ildə müsabiqədən keçərək Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kursuna assistent vəzifəsinə seçilib.
1990 cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Həkimləri Təkmilləşdirmə institutunda “Epilepsiyanın diaqnostikası və cərrahi müalicəsi” üzrə təkmilləşdirmə kursu keçib.
1992 ci ildə Kiyev şəhərində Elmi-Tədqiqat Neyrocərrahlıq institutunda „Baş beyin abseslərinin müxtəlif yaş qruplarında klinika, diaqnostika və müalicə üsulları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
1996 cı ildə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Neyrocərrahlıq kafedrasına dosent vəzifəsinə seçilib.
2001 ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Neyrocərrahlıq kafedrasının müdiri vəzifəsinə seçilib.
Respublika prezidentinin 20 sentyabr 2010 cu il tarixli sərəncamı ilə tibb elmlər namizədi Sabir Etibarlıya “Əməkdar Həkim” fəxri adı verilmişdir.
2012 ci il fevral ayında “Baş beynin çoxsaylı həcmli proseslərinin klinika, diaqnostika və cərrahi müalicə üsulları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
2017 ci ildən Azərbaycan Tibb Universitetinin Neyrocərrahlıq kafedrasının professoru diplomunu almışdır.
2004 cü ildə ilk dəfə azərbaycan dilində, latın qrafikası ilə “Neyrocərrahlıq” dərslik kitabı nəşr olunub. 2009 cu ildə kitab cüzi redəktə ilə təkrar çap edilmişdir.
Bundan başqa professor Sabir Etibarlı 5 tədris-metodiki vəsaitin, 150 dən çox məqalə və tezisin müəllifidir.
Professor 17 ildir ki, Azərbaycan Tibb Universitetinin onurğa sütunu hesab olunan Neyrocərrahlıq kafedrasına rəhbərlik edir.
Ailəlidir bir qızı, bir oğlu və iki nəvəsi var. Hər iki övladı da professor Sabir Etibarlının yolunu davam etdirirlər.
Professor Sabir Etibarlının qənaətincə, vətənpərvərlik vətəni sevməkdən, öyrənməkdən, tanımaqdan və tanıtmaqdan ibarətdir. Onun səhiyyə işindəki əməksevərliyi də vətənpərvər olmasının bariz nümunəsidir.
Elmi iş və məqalələri barədə qısa məlumat:
150-yə yaxın elmi məqalə və tezisi vardır.
Doktorluq dissetasiyası: Baş beynin çoxsaylı həcmli proseslərinin klinika, diaqnostika və cərrahi müalicə üsulları” mövzusundadoktorluq dissertasiyası
2004-cü ildə 2004-cü ildə Nyrocərrahlıqdan Aərbaycan dilində çap olunmuş ilk dərsliyin müəllifidir.
Hazırki iş yeri: ATU Neyrocərrahiyyə kafedrası,
ATU Tədris Cərrahiyyə Klinikası
Əlaqə tel: 050 214 13 28
VİDEO – Neyrocerrah Sabir Etibarlı.
ATU TCK. Feqere sutununun osteoxondrozu. Spondilelistez emeliyyatı
Neyrocərrahiyyə
Fəqərəarası disk yırtıqları
Facebook Comments