SAHİB CƏFƏROV PEDİATR

DOKTOR SAHİB CƏFƏROVUN TƏHSİLİ:
Sahib Cəfərov Azərbaycanın Tovuz rayonunda anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya fakultəsində təhsil alıb. Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-1986-cı illərdə Elmi Tədqiqat Pediatriya İntitutunda İnternatura keçib.
1988-1990-cı illərdə Elmi Tədqiqat Pediatriya İnstitutu “Yenidoğulmuşların anesteziologiyası və reanimatologiyası” ixtisası üzrə klinik ordinatura keçib.
2006 və 2013 illər RF Sankt-Peterburq Pediatriya Akademiyasında “Yenidoğulmuşların anesteziologiyası və reanimssiyası”üzrə sertifikasiyalı kurs keçərək,müvafiq ixtisas üzrə diplomla təltif edilmişdir.

İŞTİRAK ETDİYİ KURSLAR:
2006 və 2013-cü illərdə Rusiya Federasiyasında “Yenidoğulmuşların anesteziologiyası və reanimasiyası” kursunda iştirak edib.

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
0-18 yaşlı uşağlarda xəstəliklərin müasir müayinə, diaqnostika və müalicəsi
-Yenidoğulmuş və südəmər uşaqların təqibi
-Yenidoğulmuşlar və erkən yaş dövrlərində rast gəlinən ən müxtəlif potologiya və vəziyyətlərin dəyərləndirilməsi,diaqnostikası və müalicəsi.
-Peditrik reanimasiya tədbirləri
-Peyvəndləmə işi.
-Tənəffüs sistemi xəstəlikləri(bronxit,bronxiolit, pnevmoniya və s.
-Mədə bağırsaq sistemi xəstəlikləri (qastrit,duodenit,qastro ezofageal reflüks xəstəliyi, mədə və 12 barmaq bağırsa xoralarının konservativ müalicəsi (qastro-enterit, kolit və s) Helmintozlar,
Sidik yollari infeksiyası,
Allergik xəstəliklər(atopik dermatit,övrə,rinit,allergik və infeksion-allergik astmalar,).

İŞ TƏCRÜBƏSİ:
1986 -1988 Xaçmaz şəhəri sahə pediatrı
1988 – 90 ET Pediatriya institutunda Klinik ordinatura və 1998 ilə qədər həmin institutda yenidoğulmuşların reanimasiya şöbəsində neonatoloq-reanimatoloq
1998-2001 Qaradağ rayon 4 saylı Birləşmiş Uşaq Xəstəxanası poliklinik bölməsinin rəhbəri. -2001-2015-ci İllər Leyla Şıxlinskaya klinikasında pediatriya bölməsinin təşkilatçısı və rəhbəri.
2015 ci il sentyabr noyabr ayları Mərkəzi klinika MMC
-2015 noyabrdan bu günə qədər Leyla M.C.Klinikasında aparıcı pediatr vəzifəsində çalışır.

İŞ YERİ:
Leyla Medical Center
Xətai rayonu, Yusif Səfərov küç.19
ƏLAQƏ TELEFONU:
050-368-74-05

DOKTOR SAHİB CƏFƏROVUN FACEBOOK PROFİLİ
XƏBƏR LENTİ – DR.SAHİB CƏFƏROV: Orqanizm stress, qeyri-müəyyən həyat tərzi, digər xəstəliklərdən zəiflədikdə virusa yoluxmaq halı daha çox müşahidə edilir…..
XƏBƏR LENTİ – Pediatrdan Azərbaycanda məktəblərin açılmasına ETİRAZ
XƏBƏR LENTİ – SON GÜNLƏR UŞAQLAR ARASINDA POSTKORONAVİRUS AĞIRLAŞMA KİMİ MİS-C ADLANDIRILAN BİR SİNDROM VƏ KAVASAKİ SİNDROMUNA RAST GƏLİNİR – PEDİATR SAHİB CƏFƏROV


VİDEO YOUTUBE – UŞAQLARDA DƏMİR DEFİSİTLİ ANEMİYA. PEDİATR SAHİB CƏFƏROV.

Facebook Comments