ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI. Üz-çənə sisteminin zədələnmələri və yaralanmalarının ağırlıq dərəcəsi və təsnifatları

MƏQALƏ:
Üz-çənə sisteminin zədələnmələri və yaralanmalarının ağırlıq dərəcəsi və təsnifatları
Müasir müayinə üsulları ilə daha da mürəkkəb patologiyalar aşkarlamaq mümkün olduğu üçün, onların təsnifatı da bir qədər çətinləşir. Bu çətinlikləri aradan qaldıran təsnifatlardan biri
AO/ASİF təsnifatıdır.
AO\ASİF təsnifatı ilk dəfə B.Spiessl (1989) tərəfindən işlənmiş və A.M.Greenberg (1993) tərəfindən kəllə- üz skeleti sınıqları üçün təkmilləşdirilmişdir.
Bu təsnifatda sınıqların tipi, lokalizasiyası, digər üz skeleti sümüklərinin yanaşı sınıqları, dişlərin, yumşaq toxumaların zədələnməsi, okklüzial dəyişiklər müəyyənləşdirilir. Nahiyələrə
görə; yuxarı və aşağı çənə, kəllə sümükləri, burun və nazo-orbito-etmoidal kompleksin sınıqlarına bölünür.
Müasir sivilizasiyanın travmatizmi nəticəsində üz skeletinin zədələnməsininhəcmi 2 dəfə artmışdır. Ümumiyyətlə travmalar: məişət və qeyri-məişət travmalara bölünür.
Məişət travmaları: kənd təsərrüfatı və istehsalat travmaları. Qeyri-məişət travmaları:
nəqliyyat (avto), küçə, idman travmaları. Üz-çənə sistemi travmalarına dair müxtəlif təsnifatlar vardır:
Üzün orta skeletinin yaralanma və zədələnmələrinin əlamət və simptomları, müayinə metodları.
Üz-çənə sisteminin orqan və toxumalarının zədələnmələri və odlu silah yaralanmalarının dərəcəsi zədələnmənin səviyyəsindən və toxuma defektinin dərinliyindən asılıdır.

Toxuma defektləri;
– Həqiqi toxuma defekti (toxumanın qopması).
– Yalançı toxuma defekti.

Üz- çənə sisteminin izoləolunmuş yaralanmaları dərəcəsinə görə 3 qrupa bölünür.
1. Yüngül dərəcə yaralanmalar.
2. Orta dərəcə yaralanmalar.
3. Ağir dərəcə yaralanmalar.
Yüngül dərəcə yaralanmalara üzün bir və ya bir neçə nahiyəsinin defektlə nəticələnməyən yaralanmaları, dişlərin, alveol çıxıntının çənə sümüklərinin yerdəyişməyən sınıqları, bir və ya
çox qəlpəli kor güllə yaralanmaları aiddir. Magistral damar, sinir kötükləri, vəzi axacaqları zədələnmir.
Orta dərəcəli yaralanmalarda daha geniş yaralanma müşahidə olunur. Toxuma defekti qeyd
edilmir.  Zədə sahəsində anatomik pozğunluq qeyd edilir. Magisrtal damar, sinir kötüklərinin qopması halları ola bilər. Üz skeleti sümüklərinin sınıqlarında sınıq fraqmentlərin də əsaslı yerdəyişmələr müşahidə olunur. Sümük strukturunda defekt olmur.

Ağır dərəcəli yaralanmalarda toxuma qopması ilə müşayiət olunur.
Ağız boşluğu, burun boşluğu, burunətrafı ciblər zədələnir. Həqiqi toxuma defekti əmələ gəlir. Magistral damar sinir (üçlü sinir, üz siniri, dilaltı sinir, dil siniri, uzaqlaşdırıcı sinir, boyun kələfi) zədələnir.

Şəkil 76. Sol infraorbital kənarın, almacıq alın tikişi və almacıq qövsünün yerdəyişməyən sınığı
Orta dərəcəli üz skeleti zədələnməsi
(K/T müayinəsi sol yan proyeksiya)
Sol almacıq sümüyünün, infraorbital kənarın, almacıq qövsünün, almacıq sümüyünün
yerdəyişən sınıqları. Sol haymor cibinin ön və bayır divarının sınıqları qeyd edilir.

Ağır dərəcəli üz skeleti zədələnmələri
Üzün ön və yan nahiyələrinin zədələnmələri. Hər iki almacıq sümüklərinin qapalı yerdəyişən
sınıqları, hər iki infraorbital kənarın yardəyişən sınıqları, almacıq qövslərinin, almacıq alın
tikişlərinin, çənənin sol mental nahiyəsi, hər iki kondilus çıxıntısının yerdəyişən sınıqları. Sol
marginal mandibulyar sinirin,sağ zygomatemporal sinir şaxələrinin zədələnməsi.

MƏNBƏ:
KRANİOMAKSİLLOFASİAL TRAVMALARDA VƏ ODLU SİLAH YARALANMALARINDA (OSY) REKONSTRUKTİV VƏ KORREKTİV SÜMÜK CƏRRAHİYYƏSİ İNTERNAL FİKSASİYANIN PRİNSİPLƏRİ
(Dərs vəsaiti) – ŞAMXAL ƏSGƏR OĞLU MƏMMƏDOV.
RAUF FİZULİ OĞLU ƏZİZOV

ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI
DƏRS VƏSAİTİ –  KRANİOMAKSİLLOFASİAL TRAVMALARDA VƏ ODLU SİLAH YARALANMALARINDA (OSY) REKONSTRUKTİV VƏ KORREKTİV SÜMÜK CƏRRAHİYYƏSİ İNTERNAL FİKSASİYANIN PRİNSİPLƏRİ
(Dərs vəsaiti) – ŞAMXAL ƏSGƏR OĞLU MƏMMƏDOV.
RAUF FİZULİ OĞLU ƏZİZOV

MƏQALƏ – ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI. Üz-çənə sisteminin zədələnmələri və yaralanmalarının ağırlıq dərəcəsi və təsnifatları
MƏQALƏ – ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI. Almacıq sümüklərinin sınıqlarının osteosintezi
MƏQALƏ – MƏQALƏ: Üz-çənə sistemi travmalarında istifadə olunan osteoplastik materiallar. ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI

Facebook Comments