Pornoqrafıya seksual oyanma halını əldə etmək üçün icra olunan vulqar, əxlaqsız, pozğun, ədəbsiz təsvir və ya cinsi akt haqqında danışıqlardır. Seksual xarakterdə fəaliyyət göstərən qız, oğlan və ya qadın, kişi və ya şəxslərin cinsi orqanlarına diqqətin cəlb edilməsi ilə ədəbi və incəsənət əsərlərinə, məsələn fılmlərə pornoqrafıya deyilir.
Pornoqrafıya həqiqi sevgiyə və insanın seksuallığına yaddır, onun buna dəxli yoxdur. Pornoqrafik ədəbiyyat və kinofılmlər gənc şəxslərə mürtəd stereotip davranışı təbliğ edir. Buraya hər şeyin hər yerdə seksual mümkünlüyü, özbaşınalıq, məsuliyyətsizlik və hətta zalımlıq və sair yol verilməz seksual davranış aiddir.
Erotika ilə müqayisədə pornoqrafıya qeyri-düzgün istiqamətdədir. İnsanın sağlam ruhi-təəsürat və təbii seksuallığı təsvir edən erotikadan fərqli olaraq, pornoqrafıya çox sayda müxtəlif pozalarda cinsi aktları çoxlu miqdarda vasitələrlə təsvir edir. Burada cinsi partnyora sevgi hisslərinin vacib olması lazım sayılmır.
Pornoqrafıyaya görə cinsi əlaqə somatik və fıziki aktdır. Hazırda pornoqrafıya videobiznes ilə əlaqədar olaraq, çox aktualdır. Yeniyetmə və gənclər çox həssas insanlar olduğundan tele və videofılmlərdə, seksual proqramlarda gördüklərindən, bir qayda olaraq çaşqınlığa düçar olurlar, qeyri-düz istiqamət alaraq, xoşagəlməz və xatalı nəticələrə düçar olurlar. Digər tərəfdən kütləvi informasiya vasitələr ilə yeniyetmələri sağlam və müasir tərbiyəyə cəlb edirlər.
Mənbə: “Seksologiya və seksopatologiya” kitabı. Bakı. 2017-ci il nəşriyyatı
Andrologiya
Cinsi həyat
Parnoqrafiya
Erotika
Urologiya-andrologiya
Seksologiya və seksopatologiya
Seksologiya və andrologiya barədə videolar-Wikimed.az
Rauf Rzayev. Uroloq-androloq
Facebook Comments