Üz-çənə sistemi travmalarında istifadə olunan osteoplastik materiallar və onların təsnifatları
Osteoneytral implantatlar. Alloplastik materiallar (tam inert implantatlar hansı ki anc aq boşluqları doldurmaq üçün istifadə olunur. Xüsusiyyətcə ozlərini toxuma arasında bioloji uyğun yad cism kimi göstərirlər. Yeni sümük üçün dayaq funksiya sı daşımırlar. Bunlara aiddir.
-
Sorulanlar; (betta trikalsiyfosfat).
-
Sorulmayanlar: (durapatit, hidroksilapatit, interpor, osteoqraft).
-
Metallar: (dental implantatlar, vint və lövhələr, endoprotezlər).
-
Osteoinduktiv implantatlar. (Osteoinduksiya – osteogenez, sementogenez.
Parodontal bağın böyüməsinə təsir edirlər).
-
Autotransplantatlar:
-
Ağızxarici
-Qalça sümüyü.
-Qabırğa.
-
Ağızdaxili.
-Əng qabarı.
-Çənə sümüyünün cismi və şaxəsi.
-Çənəaltı hissə.
-Ekstraksiya zonaları.
-
Alloimplantatlar.
Biomexanika və osteosintez
Biomexanika, biologiya və mühəndislik elmlərinin, yaşayan canlılar üzərində uyğunluq
formasıdır. Sınıqların fiksasiyasında 3 biomexanik prinsip vardır.
-
Stabilizasiya.
-Fraqmenlər arası görünən bir distraksiya hərəkəti yoxdursa.
-Osteosintez zərərli distraksiya hərəkətlərini neytrallaşdırırsa.
-Osteosintez,fraqmentlər arasında sürtünmə qüvvəsini azaldırsa.
-Mandibula funksiyası tez bərpa olunursa.
-
Elastik. Osteosintez plasinkası sümüklə ən yaxşı bir tərzdə təmasda olmalıdır.
-
Dinamik.
Osteosintezdə istifadə olunan material və alətlər
Kraniomaksillofasial travmatizmi və sınıqlarının müalicəsində rast gəlinən çətinlikləri aradan qaldırmaq üçün müasir müayinə üsulları ilə yanaşı, müasir müalicə üsulları da üstünlük təşkil edirlər. Osteosintez icrası və yerinə yetirilməsi üsulları daha müasirləşmiş, təkmilləşmişdir. Osteosintez üçün istifadə olunan material və avadanlıqlar materialı və mezaniki özəlliklərinə görə fərqlənirlər. Belə ki, osteosintez material və avadanlıqları istehsal edən firmalara aşağıdakıları göstərmək olar: Synthes, KLS Martin, Lorenz, Stryker, Osteomed və s. Osteosintez sistemlərindən biri mini plaklarla osteosintezdir.
Champy miniplak osteosintez sistemləri Champy tərəfindən hazırlanmış və təkmilləşdirilmişdir. Miniplaklarla aparılan osteosintez kompression deyil, adaptasion bir funksiya yerinə yetirirlər. Osteosintez sistemli plastinkalar material nöqteyi-nəzərindən təmiz titan, titan oksidi və paslanmayan metallardan hazırlanır.
Mikrosistemlər ən çox uşaqlarda, kranial travmalarda, əng ortoqnatik cərrahiyyəsi və travmalarında istifadə olunurlar.
Osteosintezdə istifadə olunan fiksasiya vidaları iki cür olurlar.
-
Self taping (özü girən) vidalar: Müxtəlif ölçüdə olurlar, monokortikal bağlanır. Bu vidalar pilot borlarla deşik açıldıqdan sonra bağlanır.
-
Self drilling (özündən dəlik açan) vidalar: Bu vidalarda pilot bora ehtiyac qalmır. Load bearing osteosintez (yük daşıyan osteosintez). Bu tip osteosintezdə sınıq sağalması müddətində, sınıq fraqmentlərinin üzərinə düşən güc vida və plakların üzərinə düşürlər. Defektli sınıqlar, qəlpəli sınıqlar, şiş rezeksiyasından sonra əmələ gələn sümük defektlərində aparılan osteosintez bu prinsipə əsaslanır.
-
Güc daşıyan plastinka sistemi (Load bearing).
-
Güc paylaşan plastinka sistemi (Load scharing).
Fiksasiya xüsusiyyətlərinə görə bikortikal və monokortikal olurlar. Bikortikal fiksasiyada implantın şrupları hər iki korteksi keçərək fiksasiya edir. Ümumiyyətlə bütün üz skeleti sınıqlarında həyati göstərişlər imkan verirsə lentşəkilli Vasilyev şinası ilə çənələr fiksasiya olunurlar (İntermaksillar fiksasiya. İMF). İntermaksillar fiksasiya (İMF), maksillomandibulyar fiksasiya (MMF). Maksillofasial sınıqların müalicəsində ən vacib elementlərdən biri xəstənin normal okklüziyasının bərpasıdır. Maksillofasial sınıqlarda əməliyyatlardan öncə İMF-nın aparılmasıdır. İMF-nin uzun bir müddət ərzində çənələrə bağlanması nəticəsində, gicgah-çənə oynağının artrozuna və s. başqa xəstəliklərə gətirib çıxara bilən zərərli təsirləri də vardır. Lakin osteosintez məqsədi ilə istifadə olunan İMF-də müddət az olduğu, əməliyyatdan sonra şinalar çıxarıldığı üçün zərərli təsirlərinə rast gəlinmir. İMF-da istifadə olunan müxtəlif sistem və şinalar mövcuddur.
Bunlara: 1887-ci ildə Gilmert tərəfindən irəli sürülmüş (Gilmert metodu), Eyelet metodu, Arkbar və Synthez tərəfindən irəli sürülən Rapid İMF seti,Vasilyev şinası və s. aiddir. Göstərilən bu setlər ancaq dişli çənələrə aid olduğu üçün,bunları dişsiz çənələrdə istifadə etmək mümkün olmadığı üçün bu xəstələrdə 1981-ci ildə Otten tərəfindən təklif olunmuş İMF vidaları istifadə edilməkdədir. İMF sistemi vidaları həm dişli həm də dişsiz çənələrdə istifadə oluna bilirlər. Bunun üçün xüsusi anatomik nöqtələrə diqqət yetirmək, qanunauyğunluqlara rəayət etmək lazımdir. Çənə və əngdə İMF vidalar üçün ideal nöqtələr mavi,riskli olan nöqtələr yaşıl, tam riskli nöqtələr isə qırmızı rəngdə göstərilmişdir.
MƏNBƏ:
KRANİOMAKSİLLOFASİAL TRAVMALARDA VƏ ODLU SİLAH YARALANMALARINDA (OSY) REKONSTRUKTİV VƏ KORREKTİV SÜMÜK CƏRRAHİYYƏSİ İNTERNAL FİKSASİYANIN PRİNSİPLƏRİ
(Dərs vəsaiti) – ŞAMXAL ƏSGƏR OĞLU MƏMMƏDOV.
RAUF FİZULİ OĞLU ƏZİZOV
ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI
DƏRS VƏSAİTİ – KRANİOMAKSİLLOFASİAL TRAVMALARDA VƏ ODLU SİLAH YARALANMALARINDA (OSY) REKONSTRUKTİV VƏ KORREKTİV SÜMÜK CƏRRAHİYYƏSİ İNTERNAL FİKSASİYANIN PRİNSİPLƏRİ
(Dərs vəsaiti) – ŞAMXAL ƏSGƏR OĞLU MƏMMƏDOV.
RAUF FİZULİ OĞLU ƏZİZOV
MƏQALƏ – ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI. Üz-çənə sisteminin zədələnmələri və yaralanmalarının ağırlıq dərəcəsi və təsnifatları
MƏQALƏ – ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI. Almacıq sümüklərinin sınıqlarının osteosintezi
MƏQALƏ – MƏQALƏ: Üz-çənə sistemi travmalarında istifadə olunan osteoplastik materiallar. ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI
Facebook Comments